10:36 23 İyun 2017
4189 dəfə oxunub
Çap versiyası

 

100-cü ildönümündə Şuşada hərbi parad arzusu ilə, bayramın mübarək, AZƏRBAYCAN ƏSGƏRİ!

 

Ordu dövlətin ən vacib atributlarından biri və müstəqilliyin qarantı hesab edilir. Azərbaycan Respulikası kimi işğala məruz qalan dövlətlərdə Silahlı Qüvvələrə münasibət və qayğı daha hərtərəfli və ciddi olmalıdır. Qarabağ müharibəsinin ilk illəri ilə müqayisədə Ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmizdə həm ordu qurculuğu, həm də orduya münasibətdə ciddi dönüş yaradıldı və Azərbaycan Ordusu Qafqazın ən güclü ordusu hesab olunacaq qədər qüvvətli orduya çevrildi. Artıq 19 ildir Azərbaycanda ordu günü kimi qeyd olunan 26 iyun tarixinin bərpa olunması da məhz Ümumilli liderin adı ilə bağlıdır. Azərbaycan Silahlı Qüvvələrinin 99-cu ildönümünün qeyd olunduğu bu günlərdə maraqlı fakt və nailiyyətləri özündə əks etdirən ordumuzun tarixinə nəzər salmağı özümüzə borc bilirik.

Tarixi faktlara əsaslanaraq söyləmək olar ki, Rusiya imperiyasının dağılmasının ilk dövrlərində, yəni 1917-ci il oktyabr inqilabından sonra Rusiya Müsəlmanlarının Qurultayı müsəlman hərbi hissələrinin yaradılması haqda qərar qəbul etmişdi. Təbii ki, bu qərar bütün Rusiya müsəlmanlarına aid idi. Bundan bir müddət sonra 1917-ci ilin 11 dekabrında Zaqafqaziya Komissarlığı Müsəlman Kol (Nizami) Ordusu yaradılması haqqında qətnamə qəbul etmişdi. Lakin bu qətnamənin nəzərdə tutduğu ordu yaradılmadı.

Azərbaycanda Silahlı Qüvvələrin yaranması yolunda ilk addım Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra atıldı, 1918-ci ilin 28 mayında müstəqillik qazanan Azərbaycanın ilk hökumətinin tərkibində Hərbiyyə Nazirliyi yaradıldı. İlk hərbi nazir isə mülki şəxs doktor Xosrov bəy Sultanov idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsasının qoyulmasında ilk mühüm addım isə 1918-ci ilin 26 iyununda qəbul edilən «Müsəlman korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında» və «Əlahiddə Azərbaycan korpusu yanında diviziya rəisi hüququnda Xüsusi tapşırıqlar üzrə general vəzifəsinin təsis edilməsi haqqında» tarixi qərarlar idi.

Həmin dövrdə Azərbaycan hökuməti yalnız 1500 nəfərlik hərbi qüvvəyə arxalana bilərdi. Bu qərarların qəbulundan sonra Silahlı Qüvvələrin sayının artması yönündə ciddi addımlar atıldı. İlk qoşunlarımız isə Azərbaycanın erməni millətçilərinin rəhbərlik etdiyi daşnak-bolşevik hibrid silahlı dəstələrindən təmizlənməsi yönündə əməliyyatlara cəlb edildi.

Əlahiddə Azərbaycan Korpusunun yaranması barədə qərar Silahlı Qüvvələrin yaranmasını real müstəviyə keçirdiyi üçün bu olay Azərbaycan hökumətinin ordu yaradılması yönündə ilk addımı kimi qəbul olunurdu. Buna görə də 1 il sonra, 1919-cu il tarixi ordu günü kimi qeyd edildi. Bu arada Azərbaycan Silahlı Qüvvələrinin hərbi bayrağı da hazırlanmışdı. Cümhuriyyətin mövcud olduğu illərdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və dgiər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək nizam-intizam və hərbi hazırlığa və döyüş qabiliyyətinə malik silahlı qüvvələr formalaşdırılmışdı. Bu kimi tarixi faktları danmaq olmaz.

XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycanda ordu quruculuğuna ilk cəhd 1991-ci ildə olub. Moskvadakı uğursuz avqust çevrilişindən sonra güzəştə gedən A.Mütəllibov Milli Ordu yaradılmasının Ali Sovetdə müzakirəsinə razılıq vermişdi. Amma hakimiyyətin maraqlarını müdafiə edən yüksək rütbəli hərbçilərin canfəşanlığı ilə Ali Sovet Silahlı Qüvvələrin deyil, Milli Özünümüdafiə Qüvvələrinin yaradılması haqqında qərar qəbul etdi. Halbuki bir neçə il idi ki, Ermənistanın 100 min nəfər canlı qüvvəyə malik milli ordusu artıq yaradılmışdı.

Azərbaycan Respublikasında silahlı qüvvələrin yaranması yolunda atılmış ilk addım kimi dəyərləndirilən 30 avqust 1991-ci il tarixli həmin qərarda deyilirdi: «Respublikanın suverenliyinin və ərazi bütövlüyünün ciddi təhlükə altında olduğunu qeyd edərək, respublikanın dövlət müstəqilliyinin elan edilməsini əsas götürərək, Azərbaycanda Milli Özünümüdafiə Qüvvələrinin yaranması haqqında Ali Sovetin qərarı nəzərə alınsın».

Bu qərardan 40 gün sonra A.Mütəllibovun «hərbi» kadrları mövqelərini dəyişdilər və Azərbaycanın Ali Sovetində Silahlı Qüvvələrin yaradılması haqqında qanun layihəsi qəbul edildi. Bu tarix 9 oktyabr 1991-ci ilə təsadüf edirdi. Qanunun qəbul edilməsi baxımından 9 oktyabrı tarixi gün kimi qəbul etmək olardı. Amma heç kimə sirr deyil ki, 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin öz Silahlı Qüvvələri olmuşdu. Həmin qüvvələrin tərkibinə müxtəlif qoşunlar daxil idi. 1920-ci ilin 27 aprelində Bakını işğal edən XI Qızıl Orduya qarşı Silahlı Qüvvələrin minlərlə əsgəri müqavimət göstərərək Vətən uğrunda şəhid olmuşdular. Həmin orduya rəhbərlik

edən zabitlərin bir hissəsi qətlə yetirilmiş, generallarımız alçaldılmış, həbs edilmiş, sürgünlərə göndərilmişdi. Bununla yanaşı, hələ cümhuriyyətin yaranmasının ilk dövrlərində AXC-nin ərazi bütövlüyü üçün Qarabağda ermənilərə qarşı şücaətlə vuruşan, 15 sentyabrda Bakının azad olunmasında xüsusi qəhrəmanlıq göstərən də həmin Silahlı Qüvvələrin əsgərləri idi.

Bütün bunları və «Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı»nın elan olunması zamanı varisçilik prinsiplərinin əsas götürülməsini nəzərə alaraq ordu quruculuğunda da bu prinsip tətbiq olunmalıydı. Amma nə yazıq ki, həmin dövrdə Azərbaycanın müstəqilliyinin elan olunmasına belə ögey və düşmənçilik münasibət göstərən A.Mütəllibov hakimiyyəti, nə də sonradan dövlət çevrilişi yoluyla ölkə rəhbərliyinə yiyələnənlər bu tarixi faktın fərqinə varmaqda aciz idilər.

Əslində ordu quruculuğunun tarixini bilənlər tapılsaydı belə, hakimiyyət hərisliyi cəbhəçilərin gözünü elə örtmüşdü ki, onlar Azərbaycanın müstəqilliyini özlərinin əməyi hesab edirdilər. Bu baxımdan 9 oktyabrda qəbul olunmuş qərarı da öz adlarına çıxırdılar. Amma onu başa düşməkdə aciz idilər ki, quru kağızda qanun qəbul etməklə ordu qurulmur. Silahlı Qüvvələr yaratmaq üçün ciddi addımlar atmaq lazımdır. 1 illik hakimiyyətləri dövründə bunu başa düşməkdən uzaq olduqları üçün ordu qurculuğu yolunda gələcəyi yönəlik heç bir iş görmədilər. Azərbaycanda Silahlı Qüvvələrin yaradılması üçün ciddi addımlar isə məhz 1993-cü ilin noyabrından, ümummilli lider Heydər Əliyevin prezident seçilməsindən dərhal sonra atıldı.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda hakimiyyəti ələ keçirən cəbhəçilər hər şeyi öz adları ilə bağlamaq üçün 1992-ci ilin 12 sentyabrında prezident Ə.Elçibəyin fərmanı ilə 9 oktyabr Silahlı Qüvvələr günü elan olundu. Amma bu fakt mövcuddur ki, həmin fərman prezident o vaxtkı müdafiə naziri, sonradan «Moskvanın adamı» kimi tanınan, qiyamçı S.Hüseynovu dəstəkləyən Rəhim Qazıyevin təzyiqi ilə imzalanmışdı. R.Qazıyev həmin dövrdə S.Hüseynova «Milli Qəhrəman» adı verilməsi, 9 oktyabrda parad keçirilməsini də təkidlə tələb etmiş və bu fərmanın imzalanmasına nail olmuşdu.

Silahlı Qüvvələrin yaranması gününün bayram elan olunmasının belə bir tarixçəyə malik olması isə doğrudan da utancvericidir. Belə ki, onlar ordunun yaranması gününü bayram etsələr də, torpaqların müdafiəsi üçün nizami ordu yaratmaq üçün ciddi addım ata bilməmişdilər. Yaradılan batalyonların hərəsi bir cəbhəçi bəyə tabe idi. Təbii ki, bir çoxu R.Qazıyevə, digəri S.Hüseynova və s. Ordudakı bu acınacaqlı vəziyyət isə Azərbaycanın müvəqqəti hərbi üstünlüyünü təhlükə altına qoyurdu. Bu baxımdan 1993-cü ilin yanvarında S.Hüseynovun özbaşına qəbul etdiyi qərar həm Azərbaycanın, həm də o vaxtkı iqtidarın məğlubiyyətinin əsasını qoydu. S.Hüseynov tabeçiliyindəki dəstələri Ağdərədən çəkməsi ilə Kəlbəcərin işğalına şərait yaratdı. Daha sonra S.Hüseynovu zərəsizləşdirmək cəhdləri heç bir nəticə vermədi, əksinə 4 iyun qiyami ilə polkovnik bütün iqtidarı iflic vəziyyətinə saldı, Azərbaycanın bir çox rayonlarını nəzarətə götürdü. O vaxtkı iqtidar isə S.Hüseynovun dəstələrinin qabağına silahlı qüvvə çıxara bilmədi. Bu fakt isə Azərbaycanda nizami ordunun yaradılmadığının sübutu idi.

Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yenidən yaradılması və sözün əsl mənasında ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycan müstəqillik əldə etməmiş H.Əliyevin uzaqgörənliyi sayəsində azərbaycanlıların hərb sənətinə marağını artırmaq üçün işlər görülmüş, respublikaya rəhbərlik etdiyi dövrdə böyük riskə gedərək min bir çətinliklə də olsa Bakıda C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail olmuşdu. İndi də fəaliyyət göstərən həmin məktəbin o vaxt təsis edilməsi respublikada zabit kadrların hazırlığının yüksəlməsi və hərb sənətinə marağın artmasında xüsusi rolu olmuşdu.

İndiki ordu qurculuğuna gəlincə, 1993-cü ilin noyabrından başlanan bu proses birbaşa Ali Baş Komandan Heydər Əliyevin nəzarəti altında həyata keçirildi. Onun ciddi səyi ilə atəşkəs dövründən istifadə olunaraq bir neçə ilin ərzində bütün növ qoşunlara malik Silahlı Qüvvələr formalaşdırıldı. Onun sözləri ilə desək: «Bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızını milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizini sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarımızın müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır». Hazırda Azərbaycan Ordusunun əsgər və zabitləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərdə, sülhməramlı qüvvələrin tərkibində beynəlxalq antiterror əməliyyatlarında (İraq və Əfqanıstan) iştirak edirlər.

Ordu quruculuğu sahəsində ciddi işlər görməklə yanaşı, Ulu öndər Heydər Əliyev Azərbaycan Milli Ordusunun tarixi haqqını da özünə qaytardı. Tarixi ədaləti bərpa edən Azərbaycan Prezidenti 22 may 1998-ci ildə imzaladığı fərmana əsasən, «9 oktyabrın Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edilməsi haqqqında» 18 sentyabr 1992-ci il tarixdə Ə.Elçibəyin imzaladığı fərmanın qüvvədən düşdüyü qeyd olundu və bundan sonra Silahlı Qüvvələr Gününün 26 iyun tarixində bayram edilməsi qərara alındı. Həmin fərman imzalanandan sonra sabiq prezident Ə.Elçibəy də etiraf etmişdi ki, Heydər Əliyev onların səhvini düzəldib.

Artıq 19 ildir ki, həmin bayram ordu quruculuğunda əldə olunan nailiyyətlərin fonunda və hər gün müasirləşən qüdrətli Azərbaycan Ordusuna böyük inamla qeyd olunur. Bütün bunlar Azərbaycana belə bir ordu bəxş edən Ümummilli lider Heydər Əliyevin böyük zəhməti sayəsində əldə olunub və ölkənin müstəqilliyinin, təhlükəsizliyinin və ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində mühüm faktor kimi dəyərləndirilən Silahlı Qüvvələrin daha gücləndirilməsi yönündə işləri onun layiqli davamçısı, indiki Prezident İlham Əliyev layiqli şəkildə davam etdirir.

Ümummilli liderin layiqli davamçısı İlham Əliyev prezident seçiləndən sonra orduya diqqət daha da artıb, Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, döyüş bacarığı olduqca yüksəlib. Hərbi qulluqçuların həyat şəraitinin daha da yaxşılaşması üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibətilə 26 iyun 2008-ci ildə Bakıda hərbi parad keçirildi. Bununla düşmənlərimizə və bütün dünyaya Azərbaycanın mütəşəkkil və qüdrətli orduya malik olduğu bir daha nümayiş etdirildi. Paradda iştirak edən Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması barədə həqiqəti diqqətə çatdırıb və ordunun güclənməsi üçün bundan sonra da lazımi addımlar atılacağını bildirdi. Bu addımlar bu gün də davam etdirilir və ordumuz Ali Baş Komandanın hərtərəfli qayğısı ilə əhətə olunub.

Ötən ilin aprelində erməni tərəfinin təxribatı nəticəsində baş verən döyüşlərdə Azərbaycanın qəhrəman hərbçilərinin şücaəti, ordunun əldə etdiyi nailiyyətlər, azad edilən torpaqlar Silahlı Qüvvələrin gücünü bir daha göstərdi. 99-cu ilini qeyd edən Azərbaycan Ordusunun 100-cü ildönümündə Şuşada hərbi parad keçirmə arzusu ilə, bayramın mübarək, AZƏRBAYCAN ƏSGƏRİ.

Qaşqay ZİYƏDDİNOĞLU


Müəllifin digər yazıları

  1. Türkiyə cənubundakı terror yuvalarını təmizləyəcək
  2. Seçki-2018: namizədlər, vədlər və reallıqlar
  3. QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ
  4. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  5. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  6. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  7. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  8. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  9. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  10. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  11. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  12. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  13. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  14. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  15. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  16. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  17. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  18. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  19. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2888 san