12:58 18 İyul 2017
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

“Еrfurt Thueringer Allgemeine” nəşri Erfurtda uzun illər saxta kredit biznesi təşkil etmiş erməni mafioz klanları haqqında məlumat yayıb (bax: http://erfurt.thueringer-allgemeine.de/). Nəşrin yazdığına görə, izlər Hessen və Türingiya tikinti əmanət kassasına, Türingiya mərkəzi əmanət kassasına və digər banklara aparıb çıxarır. Bu məlumat Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqat sənədlərində əks olunub.

Bu biznesə erməni mafiyasının ehtimal olunan iştirakçıları, sabiq bank işçiləri və kredit alınması üzrə digər vasitəçilər cəlb ediliblər. Müstəntiqlər hesab edirlər ki, bu kredit biznesinin arxasında pulların yuyulması sistemi dayanır. Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi və dövlət prokurorluğu 2009 və 2015-ci illərdə erməni mafiyasına qarşı təhqiqat aparıblar. Bu geniş təhqiqat zamanı həmin orqanlar məlum saxta strukturlarla üzləşiblər.

Əksər hallarda kreditləri uydurma şəxslər alıblar. Müvafiq təkliflər üçün banklarda əməkhaqqı, vergi haqqında arayışlar və digər sənədlər saxtalaşdırılıb. Uydurma şəxslər kredit vasitəçiləri ilə əlaqələr quran mafiya başçıları tərəfindən təşkil edilib. Banklar kreditləri saxta sənədlərə əsasən veriblər.

Məbləğ əksər hallarda 60 və ya 70 min avronu ötməyib. Müstəntiqlər güman edirlər ki, borcların ödənilməsi üçün kriminal strukturların pullarından istifadə olunub. Borcların ödənilməsindən sonra mafiya “təmiz” pullar alıb. Televiziya təhqiqatına görə, məlum biznes hazırda da davam edir.

Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyi təhqiqat zamanı Hessen və Türingiya əmanət kassalarının binalarında axtarışlar aparıb. Bank mərkəzi alman radiosunda məlumat verib ki, məlum biznesdə iştirakı ehtimal olunan əməkdaş işdən azad edilib. Türingiya mərkəzi əmanət kassası da saxta biznesə cəlb olunub.

Əmanət kassasına işləyən, kredit alınması üzrə vasitəçi də bu əməliyyatda iştirak edib. Əmanət kassası məlumat verib ki, Cinayətkarlığa qarşı Mübarizə Federal Agentliyinin təhqiqatlarından xəbərsiz olub. Lakin təhqiqat aktlarından görünür ki, əmanət kassası artıq məlum məsələ üzrə hesabat təqdim edib. Kredit verilməsi üzrə vasitəçi və sabiq bank meneceri şərhlərdən boyun qaçırıblar.


Müəllifin digər yazıları

  1. Almaniyada “reyxsbürger”lərin sayı artır
  2. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  3. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  4. Səmimi, amma nəticəsiz olmuş görüş
  5. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  6. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  7. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  8. Deyəsən Avropa dağılır
  9. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  10. Almaniyada erməni fırıldaqları
  11. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  12. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  13. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  14. AFR Prezidenti Moskvaya səfər edəcək
  15. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  16. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  17. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  18. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  19. Dünya güclü kiberhücuma məruz qalıb
  20. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  21. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  22. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  23. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  24. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  25. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  26. Almaniyada prezidenti necə seçirlər?
  27. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  28. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  29. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  30. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  31. Potensial terrorçular güclü müşahidə altındadırlar
  32. Berlindəki hadisə terror aktıdırmı?
  33. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  34. Drezden sarayında ən məxfi illik forum keçirilir
  35. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  36. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.3918 san