15:50 13 Sentyabr 2017
298 dəfə oxunub
Çap versiyası
...

Misir ordusunun hərbçiləri Sinay yarımadasının şimalındakı nəzarət-buraxılış məntəqələrindən birində terror aktının qarşısını alıblar. Bu barədə məlumat Misir Silahlı Qüvvələri tərəfindən yayılıb.

Strategiya.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, məlumata görə, çərşənbə günü səhər tezdən terrorçu-kamikadze pis hava şəraitindən istifadə edərək hərbi nəzarət-buraxılış məntəqəsinə soxulmağa cəhd göstərib. Lakin hərbçilər terror aktının qarşısını ala biliblər. Beş terrorçu öldürülüb, ikisi yaralı olaraq ələ keçirilib, qalanları qaçıb. Əməliyyatın gedişində, həmçinin iki hərbçinin həlak olduğu bildirilir.

Xatırladaq ki, sentyabrın 11-də Sinay yarımadasının şimalında terror aktı nəticəsində 18 polis işçisi həyatını itirmişdi. Terrorçular nəzarət-buraxılış məntəqəsi rayonunda partlayış törətmiş və polislərə avtomat silahlardan atəş açmışdılar.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2946 san