10:49 14 Sentyabr 2017
303 dəfə oxunub
Çap versiyası
...

"Dünyanın ən məşhur qanqsteri" kimi tanınan amerikalı aktyor Frenk Vinsent vəfat edib.

Ötən həftə ürəktutma diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş F.Vinsent cərrahiyyə əməliyyatına məruz qalmışdı. O, əməliyyatdan sonra vəziyyətinin ağırlaşmasından dolayı keçinib.

78 yaşlı Frenk Vinsent həyatının 41 ilini kino sahəsinə həsr edib. O, mafiya haqqında çəkilən filmlərdə canlandırdığı obrazlarla məşhurluq qazanıb. Frenk, Martin Skorsezenin “Raging Bull” (1980), “Goodfellas” (1990) və “Casino” (1995) filmlərində, həmçinin “Klan Soprano” serialında rol alıb. Aktyor habelə "Grand Theft Auto 3", "GTA San Andreas" və "GTA Liberty City Stories" kompüter oyunlarında da mafiya bossu Salvatore Leone obrazı yaradıb. O, 2006-cı ildə "A Guy's Guide to Being a Man's Man" adlı ilk kitabını çap etdirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2017
23-09-2017
23.09.2017 Payız gəldi...
22-09-2017
22.09.2017 Sabahın havası

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2922 san