11:33 14 Sentyabr 2017
521 dəfə oxunub
Çap versiyası
...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.

Təhsil Nazirliyindən  bildiriblər ki, bu mərhələdə 933 nəfər müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 müəllim bu mərhələdə iş yerini dəyişib.

Müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.

Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4 min 454 nəfər müəllim adını qazanıb.

Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumtəhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.75 san