12:41 14 Sentyabr 2017
346 dəfə oxunub
Çap versiyası
...

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Strategiya.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə millimiz 13  pillə geriləyərək 92-ci yerdə qərarlaşıb.

Seçmə mərhələdə Norveçə 0:2 hesabı ilə uduzan, ardınca San-Marinoya 5:1 hesabı ilə qalib gələn Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib.  Bu matçlardan sonra xalımız 427-dən 388-ə düşüb.

Yığmamızın "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1606 xalla 1-ci (+1),  Şimali İrlandiya 945  xalla 20-ci (+3),  Çexiya 630 xalla 58-ci (-18), Norveç 472 xalla 73-ci (+12), San Marino isə 10 xalla 204-cü (0) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahının ikinci pilləsində 1590 xalla Braziliya , üçüncü pilləsində 1386 xalla Portuqaliya qərarlaşıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017
24.11.2017 Neft ucuzlaşıb
24.11.2017 Paytaxtda yanğın
23-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6431 san