17:31 22 Sentyabr 2017
257 dəfə oxunub
Çap versiyası
...

Qab yuduğumuz süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir.
 
Medicina.az xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.

Strategiya.az medicina.az-a istinadən bildirir ki, alimlər istifadə edilmiş süngərləri mikroskop altında nəzərdən keçirdikdən sonra bu qənaətə gəliblər ki, əşyanın hər kub santimetrində minlərlə mikrob və bakteriyalar yatır. Bu isə, yer kürəsində yaşayan insanların sayından 7 dəfə çoxdur.

Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır.

Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktı aşkara çıxarıblar.

 

Məlum olub ki, süngəri qaynatmaq və ya mikrodalğalı sobada isitmək onun tərkibindəki mikrobları tam məhv etmir. Alimlər düşünür ki, heç təmizlənməyən süngərə nisbətən tez-tez yuyulan süngərin tərkibində mikrob daha çox olur. Bu isə insan sağlamlığına ciddi ziyan vuran bakteriyaların yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, məhz bu mikroblar daha dayanıqlıdır. Onlar yuyulma zamanı məhv olan digər bakteriyaların yerinə keçərək artırlar.
Tədqiqatlar göstərir ki, buna bənzər hal antibiotik qəbul etdikdən sonra bizim bağırsaqlarımızda da baş verir.
 
Alimlər isə bu qənaətə gəlirlər ki, mətbəx süngəri hər həftə dəyişilməlidir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2358 san