"Yeni soyuq müharibə": təhlükə realdırmı?

10:38 / 27.09.2017

Mütəxəssislər dünyada geosiyasi mənzərənin mürəkkəbləşdiyini yekdilliklə etiraf edirlər. Bu prosesdə ABŞ və Rusiyanın fəaliyyətinin də ayrıca analizini aparırlar. Amerikalı ekspert Maykl Lind "The National Interest" nəşrində dərc etdirdiyi məqalədə artıq "yeni soyuq müharibə"nin getdiyini iddia edir. Bunun üçün o, bir sıra faktlar gətirib onları təhlil edir. XX əsrin ikinci yarısında özünü göstərən "soyuq müharibə" ilə indiki situasiyanı müqayisə etməyə çalışır. Onun qənaəti belədir ki, Vaşinqton və Moskva qarşıdurmadan geri çəkilmək fikrində deyillər. İdeoloji səviyyədə də onlar toqquşurlar. Bununla razılaşmayan mütəxəssislər də vardır. Onlar müasir mərhələnin əvvəllərdən kəskin fərqləndiyi tezisini irəli sürür, Rusiyanın SSRİ-dən fərqli siyasət yürütdüyünü deyirlər. Bu səbəbdən "yeni soyuq müharibə" hələ yoxdur. Lakin gərginlik hökm sürür. Bütün bunlar Amerika-Rusiya münasibətlərinin qlobal geosiyasətə necə təsir edə biləcəyi ilə bağlı bir sıra suallar doğurur. Onlar üzərində dayanmağa ehtiyac duyulur.

Tarixi müqayisə: əsası varmı?

Amerika-Rusiya münasibətlərinin böhran vəziyyətində olduğunu demək olar ki, əksər analitiklər etiraf edirlər. Müşahidələr göstərir ki, dünyanın müxtəlif regionlarında iki böyük dövlətin maraqları toqquşur. Meydana gələn ziddiyyətləri isə danışıqlar və dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə vəziyyəti öz xeyrinə dəyişmək vasitəsilə həll etməyə cəhd göstərirlər.

Bu cür yanaşmanın bariz nümunəsi kimi Ukrayna, Suriya və Şimali Koreya ilə bağlı yaranmış situasiyanı götürmək olar. Ekspertlər vurğulayırlar ki, sadalanan problemlərin heç birində Vaşinqtonla Moskva konstruktiv əməkdaşlıq edə bilmirlər. Ukraynada onlar faktiki olaraq qarşı-qarşıya dayanıblar. Müharibə gah şiddətlənir, gah da səngiyir, lakin problemin həllində zərrə qədər də irəliləyiş müşahidə edilmir.

Suriyada da əməlli-başlı hərbi qarşıdurma mövcuddur. Son 2 ildə Rusiyanın bu ölkədə qazandığı hərbi uğurlar amerikalıları çox qıcıqlandırır. Artıq Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiya ilə bərabər Rusiyanın rəhbərlik etdiyi Moskva-Ankara-Tehran əməkdaşlıq xətti mövcuddur. Hazırda Bəşər Əsədin ordusu Kremlin güclü dəstəyi ilə dalbadal qələbələr əldə edir. İndi Dəməşq Amerikadan ölkədəki hərbi bazalarını çıxarmağı tələb edir. Və buna Rusiya xarici işlər naziri Sergey Lavrovun dili ilə dəstək verir. B.Əsəd açıq bəyan edib ki, Suriyada Rusiya, İran və "Hizbullah"ın hərbi əməliyyatlar aparmasına icazə veriblər. Beləliklə, Suriya məsələsində demək olar ki, Vaşinqtonla Moskvanın yolları ayrılıb.

Təxminən eyni vəziyyət Şimali Koreya ilə əlaqəli də meydana gəlib. Rusiya Amerikanın hədələrinə baxmayaraq, Şimali Koreyaya qarşı müharibənin başlamasını mümkün saymır. Ümumi səviyyədə Moskva Pxenyanı qınasa da, konkret əməllərə gəldikdə, Kim Çen Ina dəstək verir.

Bu misallar onu göstərir ki, artıq Rusiya ABŞ-a qarşı ciddi mövqe tutub və öz maraqlarını qətiyyətlə müdafiə edir. Bununla yanaşı, ekspert və analitiklər vurğulayırlar ki, məsələ daha ciddi məzmun kəsb etməkdədir. Konkret olaraq, dünyada yeni "soyuq savaş" başlayıb. Maykl Lind "The National Interest"də dərc etdirdiyi yazıda bu problemin müxtəlif tərəflərini analiz edib (bax: Michael Lind. The 'New Cold War' Was Never Inevitable / "nationalinterest.org", 23 avqust 2017).

Müəllif bu prosesin əsasının Bill Klinton administrasiyasının NATO-nu şərqə – keçmiş sovet məkanına doğru genişləndirmək qərarında qoyulduğunu vurğulayır. Hətta bu barədə 1998-ci ildə ABŞ-ın Moskvadakı keçmiş səfiri Corc Kennan bəyan etmişdi. O, B.Klinton administrasiyasının yanlış addım atdığını ayrıca ifadə etmişdi.

M.Lind fikirlərinə davam edərək yazır ki, bu proqnoz özünü doğruldub. İndi Gürcüstan, Ukrayna, Suriya, Şimali Koreya, Baltikyanı ölkələr, Aİ "soyuq müharibə"nin obyektləridirlər. Bunlardan müəllif belə nəticə çıxarır ki, ABŞ-Rusiya münasibətlərini "yeni soyuq müharibə" kimi xarakterizə etmək olar. Bu zaman Rusiyanın Avropada neofaşizmin "alternativ sağ" ideologiyasını yaydığını iddia edirlər. Həmin faktordan isə Amerika isteblişmenti demokratların uğursuzluqlarının səbəbi kimi təbliğatda istifadə edirlər (bax: əvvəlki mənbəyə).

Çıxış yolu: düşünən yoxdur

Konkret deyilsə, Maykl Lində görə, Amerika siyasi elitası üzləşdiyi problemləri ictimaiyyətə kənardan olan təsirlərin nəticəsi kimi çatdırır. Siyasi elita özünün səriştəsizliyini bununla ört-basdır etməyə cəhd göstərir. Maraqlıdır ki, amerikalılar bir zaman rusların istifadə etdiyi xarici təhlükə sindromuna yoluxmuş kimi görünürlər. Onlar Rusiya faktorunu real qiymətləndirmək əvəzinə, onun şişirdilmiş düşmən obrazını yaradırlar. Təcrübə göstərir ki, bu cür mövqenin sonu yoxdur.

Ekspertlər də hesab edirlər ki, bu süni şişirdilmiş məsələ 10 ildən sonra aradan qalxacaq. Ancaq həmin müddət ərzində dünya siyasətində nələrin baş verə biləcəyini kimsə dəqiq proqnozlaşdıra bilmir. Digər tərəfdən, ABŞ-ın nəhəng strateqlərinin hazırladığı ideoloji konsepsiyalar gücdən düşübmü? Onlar artıq reallığa uyğun deyilmi? Əgər belə bir əlamət varsa, onda bütövlükdə Qərb siyasi və geosiyasi şüurunun böhran vəziyyətində olduğunu demək mümkündür.

Bu baxımdan bizim üçün Avropada neofaşizmin baş qaldırması haqqında deyilən fikir də çox düşündürücüdür. Bizcə, onu kənardan yeridə bilməzlər, çünki ideologiya elə bir faktordur ki, cəmiyyətdə dayaqları olmasa, uzun zaman mövcud ola bilməz. Faşizm isə Avropanın tarixində uzun müddətdir ki, vardır. Deməli, bu mənfur hadisənin kökünü Avropa cəmiyyətlərinin özündə axtarmaq gərəkdir.

İslamofobiyanı da Avropaya kənardan diqtə ediblər? Təcrübə göstərir ki, bu hal Avropa cəmiyyətlərinin daxildən radikallaşmasının, fərqli dinlərə dözümsüz yanaşmanın birbaşa nəticəsidir. Üstəlik, bir sıra siyasi dairələr müsəlman dövlətlərinin inkişafından qorxaraq müxtəlif bəhanələrlə anti-İslam əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Hazırda Avropada gənclər arasında radikal ultramillətçi hisslər güclənir.

Bu prosesə Qərbin xüsusi xidmət orqanlarının müsəlman ölkələrində yaratdıqları radikal dini qruplaşmalar da öz təsirini göstərir. Belə ki, terrorçular Qərbə yayılaraq aksiyalar təşkil edir, ümumən gərginliyi artırırlar. Mütəxəssislər bu prosesin dərinləşmə və genişlənmə təhlükəsinin olduğunu vurğulayırlar. Belə olan halda neofaşizmi kənardan Avropaya yeritməyə ehtiyac yoxdur.

Maraqlıdır ki, rusiyalı ekspertlər Moskvanın "soyuq müharibə"yə getməyəcəyini qeyd edirlər. Bunun bir neçə səbəbini göstərirlər. İlk növbədə, artıq "soyuq müharibə" şəraiti yoxdur. Bu hadisə SSRİ-nin yanlış olaraq özünü təcrid etməsi nəticəsində meydana gəlmişdi. Məsələn, professor Andrey Sidorov deyir ki, əgər bir vaxtlar SSRİ diplomatları "Marşal planı" ilə bağlı aparılan danışıqlardan çəkilməsəydilər, "soyuq müharibə" olmaya bilərdi (bax: Назад в 80-е: Россия уже стоит на грани холодной войны / "ridus.ru", 28 avqust 2017).

A.Sidorov davam edərək təsdiq edir ki, indi Rusiya heç bir danışıqlardan özünü təcrid etmir. Əksinə, istənilən mövzuda müzakirələrə hazırdır və bir sıra hallarda özü bu istiqamətdə təşəbbüslər göstərir. Eyni zamanda, Rusiya bu məsələdə tək deyil. Çin, Braziliya, Hindistan və sürətlə inkişaf edən başqa ölkələr də öz maraqlarını aktiv surətdə müdafiə edirlər. Bu səbəbdən Moskvanın təklənməsindən söhbət gedə bilməz. "Soyuq müharibə"də isə iki tərəfdən birinin təcrid edilməsi şərtdir. Belə çıxır ki, Rusiya faktiki olaraq Amerikanın onu təcrid etmək addımlarını neytrallaşdırır və bununla "soyuq müharibə"dən qaçır.

Bu aspektdə rusiyalı mütəxəssis maraqlı bir özəlliyə diqqət çəkir. Andrey Sidorov xatırladır ki, "soyuq müharibə"də tərəflərdən biri alternativ inkişaf modeli ilə çıxış etməlidir. SSRİ o zaman kommunizm ideyası ilə Qərb liberalizminə alternativ idi. İndi isə Rusiya nəinki alternativ ideologiya ortaya atır, hətta Qərbin inkişaf modelinə maksimum dərəcədə uyğunlaşmağa çalışır. Bu da onu göstərir ki, Rusiya "soyuq müharibə" aparmaq fikrində deyil.

Yuxarıdakı müqayisələr göstərir ki, ABŞ-Rusiya münasibətlərində qarşılıqlı ittihamlar daha çox yer alır. Tərəflər dünya üzrə gərginliyin azaldılması istiqamətində tutarlı addımlar atmırlar. Bu isə qlobal geosiyasəti kifayət qədər riskli müstəviyə çəkir.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
28.07.2021

Azərbaycan MN: Ermənistan atəşkəs rejiminin tələblərinə əməl etmir

28.07.2021

Mustafa Şentopla Ceyhun Bayramov görüş keçirib

28.07.2021

Tələbə təhsil kreditini 10 ilə qaytara bilər

28.07.2021

Mustafa Şəntop: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələri üçün çox əhəmiyyətlidir

28.07.2021

Ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq - XİN

28.07.2021

Kəlbəcər istiqamətində gərginlik davam edir - MN

24.07.2021

“Qənərçay” qum-çınqıl yatağı hərrac qaydasında istifadəyə verilib

24.07.2021

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

24.07.2021

Son 24 saatda dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alınıb

24.07.2021

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb 

23.07.2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23.07.2021

“Ltv 7” kanalının direktoru və bir neçə əməkdaşı barəsində cinayət işi başlanılıb

23.07.2021

Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur

23.07.2021

Prezident İlham Əliyev: Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir

23.07.2021

Prezident İlham Əliyev: Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır, amma pulu Ermənistana verirlər

22.07.2021

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır

22.07.2021

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

22.07.2021

Prezident İlham Əliyevin adından Kəlbəcərdə şəhid olmuş jurnalistlərin ailələrinə mənzil sənədləri təqdim edildi

20.07.2021

Toya dəvət edilən qonaqlar içərisində koronavirus xəstəsi aşkarlandı 

20.07.2021

Qurban bayramı ilə əlaqədar bayram namazı qılınıb

20.07.2021

“Azeri Light” neftinin bir bareli 69,33 dollara satılır

20.07.2021

Zərdabda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb

20.07.2021

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır

20.07.2021

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub, hərbi qulluqçumuz yaralanıb

16.07.2021

Ermənistan Naxçıvanda Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

16.07.2021

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinə sədr təyin edilib - SƏRƏNCAM

16.07.2021

Rusiya ilə Azərbaycan arasında sığorta Memorandumu imzalanıb

16.07.2021

Vətən Müharibəsi Qəhrəmanları üçün nəzərdə tutulan güzəştlər məlum olub - SİYAHI

16.07.2021

Ağdamda növbəti yeni hərbi hissənin açılışı olub

15.07.2021

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin beşinci ildönümü ilə bağlı Ərdoğana məktub ünvanlayıb

15.07.2021

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

15.07.2021

Səfirlik Azərbaycan vətəndaşlarını qısa zamanda Rusiya ərazisində hüquqi vəziyyətlərini tənzimləməyə çağırıb

15.07.2021

Prezident İlham Əliyevdən Ermənistana xəbərdarlıq: Sonra gec ola bilər

15.07.2021

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir

15.07.2021

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

13.07.2021

Leyla Abdullayeva: Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz

13.07.2021

İlin ikinci yarısında qlobal neft tələbatı sutkada 4,6 milyon barel artacaq

13.07.2021

Azərbaycana gələn 31 nəfərdə "Delta" ştammı aşkarlanıb

13.07.2021

Prezident İlham Əliyev-Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi” narahatlıq doğurur

13.07.2021

COVID-19 sertifikatları artıq “myGov”da

13.07.2021

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

13.07.2021

Hərbi qulluqçunun özünü öldürməsi ilə bağlı cinayət işi açıldı

13.07.2021

HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER

11.07.2021

İtkin düşən daha bir hərbi qulluqçunun şəhid olduğu müəyyənləşdi - Hərbi Prokurorluq

10.07.2021

DİN narkotikə qarşı təbliğat üçün vətəndaşlara müraciət edib

10.07.2021

Ermənistan Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutub - MN

10.07.2021

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

09.07.2021

Qəbul imtahanlarında bu suallar salınmayacaq 

09.07.2021

Qubadlı və Laçın rayonlarında Dövlət Sərhəd Xidmətinin iki yeni hərbi hissəsi xidməti istifadəyə verilib