Əli Həsənov: Bölgədə keçirilən əksər ikitərəfli və çoxtərəfli görüşlərin təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur (MÜSAHİBƏ)

19:52 / 02.11.2017

Strategiya.az Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend-ə müsahibəsini təqdim edir

- Ötən gün İranın paytaxtı Tehranda baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Son bir həftədə Azərbaycan Prezidenti bölgənin demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə bölgənin siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə, dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb.

Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək.

Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.

Onu da qeyd etməliyəm ki, son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Ona görə də, bütün digər məsələlərdə olduğu kimi, dünənki görüşdə də Azərbaycanın liderliyi özünü göstərirdi və gələcəkdə də özünü göstərəcək.

Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaıları da artıq formalaşıb və fəaliyyət göstərirlər. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar bölgədə sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək.

- Üçtərəfli görüşün yekun bəyanatında münaqişələrin regionun inkişafına maneə törətdiyi qeyd edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi baxımından bu bəyanatı necə xarakterizə etmək olar?

- Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsləndirdikləri bəyanatlar bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər.

Regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir. Beynəlxalq səviyyədə Yaxın Şərqdə – Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və digər münaqişələrə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə mürəkkəb məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Btün bunlar prezidentlərinin Tehran görüşündə də səsləndi.

Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldığını diqqətə çatdırdı. Bildirildi ki, bu münaqişə Cənubi Qafqazda və ümumiyyətlə, Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxması zəruriliyi ortaya qoyuldu. Düşünürəm ki, prinsipcə bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyanatı üst-üstə düşdü.

Qeyd edim ki, Birgə Bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı.

- Görüşdə Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ətrafında da fikir mübadiləsi aparıldı. Bu nəqliyyat dəhlizlərinin gələcək perspektivi baxımından Azərbaycanın mövqeyini və rolunu necə qiymətləndirmək olar?

- Tehranda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir-birini tamamladığı, ətraf ölkələrə iqtisadi cəhətdən daha səmərəli imkanlar yaradacağı birmənalı şəkildə qeyd olundu. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub istiqaməti üzrə digər nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığı vurğulandı və region ölkələrinin – İran, Rusiya və Azərbaycanın hər iki dəhlizdən öz maraqları çərçivəsində istifadə edəcəkləri iradəsi ortaya qoyuldu. Yəni həm Azərbaycan İranın və Rusiyanın mövcud nəqliyyat-tranzit infrastrukturlarından, həm də İran və Rusiya Azərbaycanın mövcud nəqliyyat-tranzit imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcəklər. Ticari-iqtisadi əlaqələrin elə istiqamətləri var ki, burada Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə daha sərfəli olacaq. Bütün bunlar bir-birinə rəqabət yaratmayan, bir-birini tamamlayan layihələr kimi dəyərləndirilir.

Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq bu iki nəqliyyat-tranzit xəttinin bir-birinə uyğunlaşdırılması məsələsi də müzakirə olundu. Yəni gələcəkdə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərindən əlaqəli şəkildə, bir-birini tamamlayaraq istifadə olunması əzmi nümayiş etdirildi və düşünürük ki, belə də olacaq. Bütövlükdə Avropanı Asiya ilə, Şimalı Cənubla, Şərqi Qərblə birləşdirmə anlamında həmin layihələrin alternativi yoxdur. Bunlar digər layihələrlə birlikdə dünyada ticari-iqtisadi əlaqələrin daha intensivləşməsinə, daha rahat şəkildə həyata keçirilməsinə xidmət göstərir və Azərbaycan da müvafiq olaraq onların mərkəzində dayanan üç ölkədən biridir.

- İlk üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığı qeyd olundu. Budəfəki görüşdən sonra da bu istiqamətdə artıma proqnoz vermək mümkündürmü?

- Tehran görüşündə ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivi hərtərəfli müzakirə olundu. Azərbaycan və İran arasındakı ticarət dövriyyəsinin artım tempindən bəhs edildi. Dövlət başçıları bildirdilər ki, bu göstərici iki ölkənin iqtisadi potensialına hələ də tam cavab vermir və artırıla bilər. Məsələn, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizə yaxın artmışdı. Bu ilin 9 ayında isə 37 faiz də artıb. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi cari ilin 9 ayında 60 faizə yaxın olub. Baxmayaraq ki, bu göstərici ticari-iqtisadi əlaqələrdə mühüm elementlərdən birini təşkil edən enerji daşıyıcılarının qiymətinin düşməsi fonunda müşahidə olunub.

Görüşdə hər üç ölkə öz iradəsini ortaya qoydu ki, bundan sonra da tərəfdaşlıq kursunu, bölgədə qarşılıqlı iqtisadi maraqların təmin olunması üçün həm energetika, həm nəqliyyat-tranzit, həm də təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq formatını davam etdirsinlər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM