Vüqar Əliyev: Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi dövlətin media siyasətinin başlıca istiqamətləridir

14:29 / 08.11.2017

Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-lərin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan dövlətinin, ictimaiyyətinin mövqeyini ifadə edən və onun haqq səsini dünyaya çatdıran medianın formalaşdırılması və inkişafına hərtərəfli dəstək göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətin media siyasətinin başlıca istiqamətləridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bu gün Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

V.Əliyev bildirib ki, hazıda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentlikləri, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir, böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edirlər: "Ancaq bəzi hallarda KİV-lər, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV və dövlət orqanları mətbuat xidmətləri rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan Prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu”.

PA rəsmisi bildirib ki, son iki həftə həm Azərbaycan, həm də regionumuz və dünya miqyasında olduqca əlamətdar və tarixi hadisələr ilə yadda qaldı: “Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyəti hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur”.

V.Əliyev bildirib ki, bu hadisələr Azərbaycan KİV-ləri tərəfindən geniş işıqlandırıldı, təhlil edildi, onların əhəmiyyəti xüsusi vurğulandı: “Ancaq eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində fokuslaşdıraraq ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları istər cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Soruşula bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxs edə bilər?! Ümumiyyətlə, krimianl elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər”.

PA rəsmisi vurğulayıb ki, KİV-lərin fəaliyyəti sahəsində rəqabət mühiti mövcuddur: “Öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı? Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhval-ruhiyyə aşılanır. Düşünürəm ki, bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları pozitiv əhvala kökləyən materiallar və məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdur?! İnsanlara Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?”

V.Əliyev bildirib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməli deyil və öz faliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır: “Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır. Bu hallar pozulanda informasiyaların ziyanlı şəkildə təqdim olunması KİV rəhbərlərinin iştirakı ilə müşavirənin keçirilməsinə, Azərbaycanın informasiya mühitinin daha etibarlı qorunması haqqında sənədin imzalanmasına gətirib çıxardı”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM