Aybəniz Vəkilova haqqında

16:02 / 12.06.2014

   Vəkilova  Aybəniz  Səməd  Vurğun  qızı  9  sentyabr  1937-ci  ildə  Bakıda  anadan  olmuşdur. 1944-1951-ci  illərdə  Azərbaycan  Dövlət  Konservatoriyası  nəzdindəki  10  illik  musiqi  məktəbində  oxumuş, sonra  132  saylı  məktəbə  dəyişilib  1954-cü  ildə  oranı  bitirmişdir.

         1954-1960-cı  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsində təhsil  almış, oranı  “Azərbaycan  dili  və  ədəbiyyatı”  ixtisası  üzrə  bitirmişdir.

       1962-1967-ci  illərdə  Nizami  adına  Ədəbiyyat  muzeyində  kiçik  elmi  işçi  vəzifəsində  çalışmışdır. 1967-1970-ci  illərdə EA-nın  Nizami  adına  Ədəbiyyat  İnstitutunun  aspiranturasında  oxumuşdur. Aspiranturanı  bitirdikdən  sonra  1975-ci  ilin  oktyabr  ayına  qədər  həmin  institutda  isləmişdir.

         1975-ci  ilin  oktyabr  ayında  Səməd  Vurğunun ev   muzeyi  açılan  vaxtdan  burada  baş  mühafiz  olmuş, 2006-cı  ildən  muzeyin  direktoru  vəzifəsində  çalışmışdır. İşlədiyi  müddətdə  vaxtilə SSRİ-nin  Mədəniyyət  Nazirliyinin və Azərbaycan  Mədəniyyət  Nazirliyinin  mükafat  və  fəxri  fərmanları  ilə  təltif  olunmuşdur. 1986-cı  ildə  SSRİ  Ali  Sovetinin  fərmanı  ilə  “Şərəf  nişanı” ordeninə  layiq  görülmüşdür.

         A.Vəkilovanın  muzey  fəaliyyəti  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  də  qiymətləndirilmiş, 1997-ci  ildə  anadan  olmağının  60  illiyi  münasibətilə  ona  təbrik  məktubu  göndərmiş, 2002-ci  ildə  “Əməkdar  mədəniyyət  işçisi”  adına  layiq  görülmüş, 2003-cü  ildə  “Prezident  təqaüdü”  verilmişdir.

           Beynəlxalq  Muzeylər  Şurasının  üzvü  kimi  Amerika, Norveç  və  İspaniyada  konfranslarda  iştirak  etmişdir. Səməd  Vurğunun  yubileyləri  münasibətilə  1966, 1976  və  1986-cı  illərdə  nəşr  edilmiş  kitablarının  tərtibçisi, 1976-cı  ildə  çəkilmiş  “Səməd  Vurğun”  sənədli  filminin  elmi  məsləhətçisi  olmuşdur.

    1994-cü  ildə  təsis  etdiyi  “Səməd  Vurğun  Fondu”nun  prezidenti  olmuşdur. Fond  tərəfindən  muzeyin  fəaliyyətinə  həsr  olunmuş “Vurğun  ocağı-25”adlı  albom  və  “Sözləri  Səməd  Vurğunundur”  adlı  mahnı  diski  yaradılmış, internetdə  şairin  həyat  və  yaradıcılığına  və  muzeyin  fəaliyyətinə  həsr  olunmuş  sayt  açılmışdır ( www.samedvurgun.com). 

        1996-cı  ildə  şairin  90  illik  yubileyi  ilə  əlaqədar  çap  edilmiş  Ş.Nəzirlinin  “Vurğun  ömrü  məktublarda” kitabının  və  A.Bayramovun “Vurğun  ocağı”  kitabının  elmi  məsləhətçisi  və  rəyçisi  olmuşdur. 2003-cü  ildə  çap  edilən  İ.Umudlunun “Vəkiloğulları”  kitabının  da  elmi  məsləhətçisi  olmuşdur. 2004-cü  ildə  şairin  “Seçilmiş  əsərləri”ni  tərtib  etmişdir.  2005-ci  ildə  çap  olunan  Səməd  Vurğunun  5  cildlik  “Seçilmiş  əsərləri”nin  redaktorudur. 2006-cı  ildə  onun  redaktorluğu  ilə  Səməd  Vurğunun  100  illiyi  münasibətilə MEA-nın  Tarix  İnstitutunun  əməkdaşları  F.Vəliyev  və  R.Əfəndiyevin  “Səməd  Vurğun  və  Azərbaycan  etnoqrafiyası”  kitabı  çap  edilmişdir. Həmin  ildə  “ Səməd  Vurğun-100 “ bukletini (3 dildə)  tərtib  etmişdir.

         2007-ci  ildə Türk  xalqları  mədəniyyətinin  inkişafına  göstərdiyi  xidmətlərinə  görə Türk  Dünyası  Araşdırmaları  Beynəlxalq Elmlər  Akademiyasının  fəxri  professoru  adına  layiq  görülmüşdür. Təqdimat  2008-ci  il  noyabr  ayının  5-də  Səməd  Vurğun  ev  muzeyində  keçirilmişdir.

        Aybəniz  xanım  Vəkilova  2009-cu  il  iyun  ayının  13-də  vəfat  etmişdir. 

 Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM