Vergilər Nazirliyi xüsusi qərargah yaradıb

11:11 / 05.12.2017

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və qurum qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
 
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, iclasda çıxış edən kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov ölkə Prezidenti tərəfindən aparılan uğurlu və düşünülmüş iqtisadi siyasət nəticəsində, ölkə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu bildirib, xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait nəticəsində Azərbaycanda qlobal maliyyə böhranlarının uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi baza formalaşdırıldığını qeyd edib.
 
F.Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə danışaraq bildirib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir: "Bununla yanaşı, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar da öz nəticələrini göstərməkdədir. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə "risklərin idarə edilməsi” sistemi kimi innovativ alətlərin uğurlu tətbiqi, iri vergi ödəyicilərində elektron auditin tətbiq dairəsinin genişləndirilməsi, vergi yoxlamalarının həyata keçirilməsinin təkmilləşdirilməsi dövlət büdcəsinin vergi gəlirlərinin artmasına müsbət təsir göstərib”.
 
Vergilər naziri iqtisadi fəallığın artmasını xüsusi vurğulayaraq bildirib ki, 2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864 hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Qeyd olunub ki, müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. Ümumilikdə cari ilin 10 ayı ərzində qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.
 
F.Məmmədov qeyd edib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, vergi orqanları 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsi və büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmalı, vergi nəzarətinin təmin edilməsi sahəsində işləri daha intensiv və səmərəli aparılmalıdır. Onun sözlərinə görə, görülən işlərin davamı olaraq real vergi potensialının düzgün müəyyən edilməsi istiqamətində vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritet kimi nəzərdə tutulur.
 
Vergilər naziri əlavə edib ki, ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb: "Həmçinin, "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 saylı Qərarına əsasən bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Vergilər Nazirliyinin elektron informasiya sisteminin günün tələblərinə uyğun qurulmasına zərurət yaranıb”.
 
Sonra gündəlikdə duran məsələlərlə bağlı, eləcə də hər bir struktur vahidi üzrə nəzərdə tutulan konkret vəzifələr barədə Kollegiyada ətraflı müzakirə aparılıb. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlarını verib.
 
Sonda Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.
 
Bununla yanaşı, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsi ilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM