Bizə göndərilən yalançı SMS-lər...

10:15 / 25.12.2017

Hazırkı dövrdə ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır. Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.

Strategiya.az xəbər verir ki, vəkil Allahverən Oruclu "Marja"ya bildirib ki, bunun müxtəlif səbəbləri ola bilər: "Bəzi hallarda biz bilərəkdən və ya bilməyərəkdən belə sms-lərin gəlməsinə yol açmış oluruq. 

Bəzən isə nömrələrimiz və digər məlumatlarımız mobil operatorlar və ya digər xidmət subyektləri tərəfindən sms-reklam yayan şirkətlərə, reklamvericilərə razılığımız olmadan qanunsuz olaraq ötürülür.

Abunəçinin yazılı müqavilə ilə verdiyi razılığı olmadıqda ona reklam sms-ləri göndərilə bilməz".

Qeyd edək ki, Azərbaycan qanunları ilə SMS-reklamlar məhdudlaşdırılıb. Belə ki, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər.

Vəkil deyir ki, telekommunikasiya operatoru və ya provayderilə bağlanılan müqavilələrdə reklam göndərməsinə razılıq verilməsi qeyd edilməyibsə, o zaman mobil operator tərəfindən abunəçiyə reklam göndərməsi qanunsuzdur.

 Allahverən Oruclu bildirib ki, SMS göndərən şirkətlər bəzi hallarda istehlakçı hüquqlarını da pozur: "Təcrübə göstərir ki, istehlakçılara göndərilən sms-reklamlarda verilən məlumatlar yarımçıq, qısa, çaşdırıcı, bəzi hallarda isə aldadıcı olur.

Bu halda əlavə olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi istehlakçıların hüquqlarının pozulması sayılır və buna görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir". 

SMS-reklamlardan necə xilas olmaq olar?

1. İlk növbədə əvvəldən diqqətli olmaq, mobil operatorlarla bağlanılan müqaviləni ətraflı oxumaq, müqavilə bağlanan anda belə reklam sms-lərinin qəbul etmək və ya etməmək istəyini bildirmək lazımdır.

2. Sübutlar toplamaq: gələn SMS-reklamları skrinşot etmək, sms-lərin şəklini çəkmək lazımdır.

3. Mobil operatora müraciət etmək: belə sms-lərin dayandırılmasını, bu növ xidmətlərin bağlanılmasını tələb etmək və reklamlardan imtina edildiyini bildirmək lazımdır. Müvafiq razılıq verməyibsinizsə, bunu mütləq ərizənizdə bildirin. Razılığın verildiyini sübut etmək vəzifəsi mobil operatora və reklam yayana aiddir. İstənilən halda, belə razılığın verilməsi heç bir halda sizi sonradan bu paylaşımın dayandırılmasını tələb etmək hüququndan məhrum etmir.  Sizin dayandırma (reklamlardan imtina) barədə müraciətiniz əsasında mobil operator belə sms-ləri dayandırmaları, onları öz şəbəkəsindən sizin nömrənizə buraxmamalıdır.

4. Müvafiq nəzarət orqanlarına və ya məhkəməyə müraciət edin. Mobil operatorunuz müraciətinizi təmin etmədiyi halda siz, mobil operatorun qanunvericiliyi və hüquqlarınızı pozması səbəbi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, müəyyən hallarda əlavə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və ya birbaşa məhkəməyə şikayət edə bilərsiniz. Bu zaman şikayətinizə müvafiq sübutları: abunə müqaviləsini, mobil operatora müraciətinizi, onun cavabını (əgər olubsa), sms-lərin skrinşot şəkilləri və digər zəruri sübutları əlavə etməlisiniz.

Məhkəməyə müraciət edərkən hüquqların bərpa edilməsini, habelə, dəymiş maddi və mənəvi zərəri də mülki qanunvericiliyə əsasən tələb etmək olar".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM