Paytaxtın sərnişin avtobuslarından birində hər kəsin qəzəbinə səbəb olacaq hadisə yaşanıb. Milli.Az əməkdaşı dünən 50 saylı xətt üzrə hərəkət edən avtobusda ürəkbulandıran mənzərə ilə qarşılaşıb. Yeni Günəşli qəsəbəsi istiqamətində hərəkət edən avtobusda orta yaşlı bir kişi sərnişinlərə qarşı hörmətsizlik edib. O, hamının gözü qarşısında çırtladığı tumu avtobusun pilləkənlərinə töküb.
Budur, həmin kadrları sizə təqdim edirik.