Elanda tələbələrin çimərlik geyimlərində universitetə gəlməsi qadağan edilir. Virtualaz.org saytı xəbər verir ki, elanın fotosunu sosial şəbəkələrdə universitet tələbələri paylaşıblar.
Elanda tələbələrin universitetə “vyetnamka”da və şortikdə gəlməsinin qadağan olunduğu vurğulanır. Universitet rəhbərliyi tərəfindən qoyulduğu deyilən qadağada bu geyimlər çimərlik geyimləri hesab edilir və bu formada tələbələrin dərsə gəlməsinə icazə verilmir.