Əli Həsənov: "Mehman Əliyevin iddiaları kökündən yanlış mülahizələrdir və dövlətin informasiya siyasətini qaralamaq məqsədi daşıyır"

10:56 / 27.01.2018

"Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən əsassız iddialar irəli sürüb"
 
Musavat.com Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin bir müddət əvvəl həbs olunması və sonradan ölkə başçısının tövsiyyəsi ilə azadlığa buraxılmasına, o cümlədən bu məsələ ətrafında son dövrlər bəzi xüsusi saytlar tərəfindən spekulyasiya edilən “müəmmalı suallara” münasibət öyrənib. Strategiya.az  müsahibəni təqdim edir. 
 
- Əli müəllim, Azərbaycan Prezidentinin media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?
 
- Təəssüf edirəm ki, Mehman Əliyev heç bir fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır. 
 
- Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir? 
 
- Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır... "Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm" Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki, qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.
 
- Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu? 
 
- Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda “Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub. Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir. "Mehman Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır" M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formaılaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər. Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM