BMT-nin baş qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib

08:11 / 08.02.2018

Fevralın 7-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Ümumdünya Sərgisi “Ekspo 2025”in Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındaki daimi nümayəndəsi Yaşar Əliyev hamını salamlayaraq BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirib. Səfir Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.

Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakının “Ekspo 2025" sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim edib. O, Bakının təklif etdiyi mövzunu - "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını ətraflı izah edib.

Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izləyiblər.

“Bakı Ekspo 2025” layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv dövlətlərini Bakının sərgiyə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sessiyasında keçiriləcək seçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət edib.

Tədbir haqqında danışan E.Əmirbəyov deyib: “Ekspo 2025" sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. “Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümumdünya "Ekspo" sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman "Ekspo" sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Bu gün burada, BMT-nin baş qərargahında, "Ekspo 2025" sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki baş qərargahında Bakının “Ekspo 2025” təklifinin rəsmı təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv dövlətlərinə məlumat vermək imkanından məmnun olduq".

“Bakı Ekspo 2025” layihəsinin təqdimatından sonra, tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.

“Ekspo 2025" sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha ətraflı məlumatı layihənin saytından əldə etmək olar: www.bakuexpo2025.com “Bakı Ekspo 2025” sərgisini bu sosial şəbəkələrdə izləmək olar: FacebookTwitterInstagram və YouTube.

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
18.06.2019

“Le-Burje-2019” aviasalonunun ilk günündə “Boeing” heç bir sifariş almayıb

18.06.2019

"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi

18.06.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər

18.06.2019

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb

18.06.2019

Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək

18.06.2019

Paytaxtda narkotacir polis tərəfindən saxlanıldı

18.06.2019

Yeni sosial şəbəkə sürətlə populyarlaşır

18.06.2019

Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar

18.06.2019

“Azeri Light”ın bir barreli 63,35 dollara satılır

18.06.2019

DİQQƏT! Bu yolda təmir və rənglənmə var

18.06.2019

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

18.06.2019

Balakən sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

18.06.2019

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

18.06.2019

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə pozuldu

18.06.2019

Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

18.06.2019

İyunun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.06.2019

Neft yenidən ucuzlaşıb

18.06.2019

"Qarabağ"ın rəqibi müəyyənləşir

18.06.2019

Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb

18.06.2019

Türkiyədə sel 4 nəfərin ölümünə səbəb olub

18.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

18.06.2019

Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb

18.06.2019

YAÇ-2019: İki yunan-Roma güləşçimiz finalda

18.06.2019

Polşa ABŞ hərbçilərini Belarus sərhədinə yerləşdirəcək

18.06.2019

Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: İlk yerdə bu xəstəlik durur

17.06.2019

Məhəmməd Mursi vəfat edib

17.06.2019

Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb

17.06.2019

İyunun 17-si Dünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17.06.2019

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

17.06.2019

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

17.06.2019

Mayda qlobal neft tədarükü azalıb

17.06.2019

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

17.06.2019

15 yaşlı Anna Frankın gündəliyi Holokostun aynası kimi

17.06.2019

Yunanıstanın Baş naziri Türkiyəni hədələdi

17.06.2019

Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanılıb

17.06.2019

Baş Prokurorluq və DİN Ağstafada 4 nəfərin qətli ilə bağlı rəsmi məlumat yayıb

17.06.2019

“Şahdəniz” təbii qazı Avropa sərhədinə çatdırılıb

17.06.2019

Göygöldə mikroavtobus aşdı

17.06.2019

Uruqvay millisi darmadağınla başladı 

17.06.2019

Sabah hava necə olacaq?

17.06.2019

“Azeri Light”ın bir barreli 64,21 dollara satılır

17.06.2019

Ağstafada DƏHŞƏT: Həbsdən çıxıb üç nəfəri öldürdü, yaralılar var

17.06.2019

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

17.06.2019

"Xaş-xaş 2019" 

17.06.2019

İndoneziyada dəhşətli zəlzələ BAŞ VERDİ

17.06.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib

17.06.2019

Saakaşvili Ali Radanı Kiyevdən köçürməyi təklif etdi

17.06.2019

Azərbaycanlı alim beynəlxalq simpoziumda məruzə edib

17.06.2019

Lənkəran çayından meyit tapılıb

17.06.2019

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu