Qızlara oğlan peşələri öyrədiləcək - PEŞƏ TƏHSİLİNDƏ YENİLİK - VİDEO

15:20 / 09.02.2018

Azərbaycanda 105 peşə litseyi və peşə məktəbləri var. Var olanı dövlət maddi texniki bazasını yaxşılaşdırdı. Bunun təsiri də o oldu ki, hazırda şagirdlərin bəlli bir faizi 9-cu sinifdən 10-cu sinifə keçmir, onların seçdiyi yol peşə məktəbləri olur.

Strategiya.az bildirir ki, ARB TV-nin “Günə doğru” proqramı peşə məktəbləriylə bağlı maraqlı süjet hazırlayıb.

Peşə məktəblərini seçənlər ildən ilə artır. Artım sual meydana çıxarır, peşə məktəblərinə axının çoxalması yaxşıdır, yoxsa şagirdlər hökmən ali təhsilli olmaq üçün təhsillərini davam etdirməlidir? Suala bir neçə istiqamətdən yanaşacağıq. Hələlik vəziyyətin yarandığı səbəbə baxaq.

Qalib Həsənov - Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru: “Kütləvi halda ali təhsil diplomu almaq ənənəsi yaranmışdı. Bu da peşə məktəblərinin imicinə təsir göstərmişdi. Lakin avropa ölkələrində, şərqi Asiyada orta məktəbi bitirənlərin 60-70 %-i birbaşa peşə məktəblərinə gedirlər”.

Hətta bu yaxınlarda Yeni peşə tədris mərkəzinin əsası da qoyuldu. Bu əsas verir ki peşə məktəblərinə üz tutanların sayı çox olacaq. Olsun. Təki üzləri ağ, alınları açıq, peşəkar səviyyədə sənət öyrənsinlər. Həmin bu yeni peşə tədris mərkəzidə tədrisin aparılması Cənubi koreyalılarla birgə olacaq. Bu isə nahaq yerə seçilməyib. Çünki, cənubi Koreya, Finlandiya kimi təhsildə irəli getmiş ölkələrdə peşə məktəblərində oxuyan şagirdlərin sayı ali təhsillli insanların sayımdan daha çoxdur. Hətta dəfələrlə çoxdur. Və bu sahə ölkələrin inkişafına gətirib çıxarır. Çünki hər kəs istədiyi peşəyə yiyələnib, onun peşəkarına çevrilir. Bu da peşə məktəblərində daha tez və çevik olur.

Baxın sizə konkret misallar çəkəcəm. Azərbaycanda ali təhsil müəsisələrini bitirənlərin sayı 32.000 nəfərdir, bu rəqəmin fonunda cəmi təxminən 42 %-i iş tapa bilir. İş tapa bilməyənlər isə 58 faizdir. Amma baxaq digər tərəfə, yəni peşə məktəblərini bitirənlərə. Burda vəziyyət yaxşıdır. Peşə məktəblərini bitirənlərin 90%-i  iş tapa bilirlər. Bu olduqca tez baş verir. Məsələn, saç ustası, aşpaz, çilingər, avtomobil ustası, kompyüter mühəndisliyi  və s. peşələrə yiyələnən işsiz qalmayacaq. Çünki bazarda buna konkret təlabat var. Bunun geniş izahı ilə bağlı Təhsil Nazirliyi ilə ASAN xidmətin peşə ixtisasları ilə bağlı layihəsi barədə məlumat almaq istədik, amma istək olaraq qaldı. Çünki Təhsil Nazirliyinin Mətbuat xidməti rəhbəri Cəsarət Valehov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Eldar Salahov bu barədə danışmadılar. Günlərlə buna israr etsək də. Amma bu danışılası mövzudur. Çünki dövlətin ixtisaslı kadrların hazırlanmasına göstərdiyi dəstəyi rəsmilər də təşviq etməlidir.

Nübar Hüseynova - Tələbə: “Elektrik qaynaqçısı ixtisasında oxuyuram. Sevərək gəlmişəm. İnternetdə də izləyirdim. Çox yaxşı öyrədirlər”.

Adi peşə məktəbidir, ixtisasıdır deyib keçməyin. Gələcəkdə də şirkətlər özlərinə lazım olan işçinin hazırlanmasını peşə məktəblərinə sifariş edəcəklər. Çünki universitetlərdə bu iş uzun və bahalı olur. Və bu heç bir şirkətə maraqlı deyil. Ona görə də peşə məktəblərində oxuyanların artması Azərbaycanın gələcəyi üçün pis heç nə vəd etmir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM