Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib

11:01 / 27.02.2018

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin TRT WORLD kanalına geniş müsahibə verib.
 
Strategiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezidentin köməkçisi TRT WORLD-ün müxbirinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, azərbaycanlı əsir və girovların azad edilməsi məsələsində Ermənistanın Azərbaycanla və beynəlxalq təşkilatlarla danışıqlar aparmaq və işləmək niyyəti varmı sualının cavabında bildirib ki, Ermənistan artıq 30 ilə yaxındır Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşayır. BMT Təhlükəsizlik Şurası işğala son qoyulması, Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtması barədə 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatların da bu cür qərar və qətnamələri var. Lakin Ermənistan beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymur, Azərbaycanın torpaqlarını işğal altında saxlamaqda davam edir. Bunun da səbəbi beynəlxalq aləmdə mövcud olan ikili standartlardır. Ermənistan bu ikili standartlardan istifadə edərək beynəlxalq təşkilatların, o cümlədən bu münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun qərarlarına əməl etmir. Münaqişənin sülh yolu ilə həllinə dair Azərbaycanın dəyişməz mövqeyi ondan ibarətdir ki, ölkənin ərazi bütövlüyü bərpa olunmalı, qaçqınlar və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Əsir və girovlarla bağlı məsələyə gəldikdə, deməliyəm ki, minlərlə azərbaycanlı hələ də Ermənistanda əsirlikdədir. Azərbaycan bütün əsirləri qaytarsa da, Ermənistan azərbaycanlı əsir və girovları qaytarmaq istəmir. Ermənistan bu məsələdə də beynəlxalq təşkilatların tələblərinə əməl etmir.
 
Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların ehtiyaclarının necə ödənildiyi barədə sualı cavablandıran Əli Həsənov deyib ki, dövlətimiz 30 ilə yaxındır bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur. Dağlıq Qarabağ müharibəsi başlayanda Azərbaycanın 8 milyon əhalisi var idi. Münaqişə nəticəsində əhalimizin hər 8 nəfərindən biri öz doğma yurdundan didərgin düşüb. Onlar çadır şəhərciklərində, yataqxanalarda, uşaq bağçalarında, dəmir yolu vaqonlarında yerləşmişdilər. Azərbaycan hökuməti bu qəbildən vətəndaşlarının sosial-məişət problemlərini həll etmək üçün mühüm qərarlar qəbul etdi və uğurla yerinə yetirdi. Çadır şəhərcikləri ləğv edildi, yeni qəsəbələr salındı, qaçqın və məcburi köçkünlər mənzillə təmin olundu. Bizim bu qəbildən vətəndaşlarımızın bir istəyi var – doğma yurdlarına qayıtmaq. Onlar inanırlar ki, tezliklə bu arzularına qovuşacaqlar. Əlbəttə, bu, belə də olacaq. Azərbaycan işğal olunmuş ərazilərindəki şəhərləri, kəndləri, infrastrukturu bərpa edəcək. Amma ən ağrılı məsələ insanların həyatlarını itirmələridir. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı şəhəri yerlə-yeksan edilib, tarixi, mədəni, dini abidələrimiz dağıdılıb, Xocalının 613 sakini bir gecədə məhv edilib.
 
Müxbirin cəbhə xəttində atəşkəsin tez-tez pozulduğunu, 2016-cı ilin apreldə də hərbi qarşıdurmanın və həmin döyüşlərdə Azərbaycan ordusunun uğurlu əməliyyatlarının şahidi olduğumuzu, Ermənistan hakimiyyətinin danışıqlar prosesindən boyun qaçırdığını nəzərə alsaq, yeni hərbi qarşıdurmanın başlanması təhlükəsi ehtimalı barədə nə deyə bilərsiniz sualını cavablandıran Prezidentin köməkçisi bildirib ki, qoşunların təmas xəttində hər an qarşıdurma baş verə və bu da hər an müharibəyə çevrilə bilər. Ermənistan hər gün atəşkəsi pozur, işğal etdiyi yüksəkliklərdən kəndlərimizi, dinc sakinlərimizi atəşə tutur. 2016-cı ilin aprelində də belə oldu. Ermənistan ordusu strateji yüksəkliklərdən yaxınlıqdakı kəndləri atəşə tutdu. Azərbaycan Ordusu məcbur olub əks-hücuma keçdi və böyük uğur qazandı. İnsanlar öz doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmaq istəyirlər. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. Azərbaycan Ordusu buna tam hazırdır. Aprel döyüşləri ordumuzun gücünü göstərdi. Təəssüflər olsun ki, Azərbaycana qarşı bu savaşı təkcə Ermənistan həyata keçirmir, bunun arxasında həm də çox güclü erməni lobbisi, həmçinin bəzi beynəlxalq güclər, erməni lobbisi tərəfindən maliyyələşdirilən dairələr, siyasətçilər dayanırlar.
 
Azərbaycan öz haqq işini müdafiə etmək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylər göstərir. Artıq bir çox uğurlarımız da var. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Biz bu işi o vaxta qədər davam etdirəcəyik ki, Ermənistan Xocalı soyqırımı zamanı törətdiyi vəhşiliklərə görə Azərbaycan xalqından üzr istəsin.
 
Müsahibədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə toxunan Əli Həsənov qeyd edib ki, bütün məsələlərdə qardaş ölkələrimiz daim bir mövqedən çıxış edir. Bilirsiniz ki, Türkiyənin də bölgədə çoxlu problemləri var. Türkiyə həm daxildə, həm də sərhədləri boyunca terrora qarşı mübarizə aparır. Türkiyə müsəlman ölkəsi olduğu üçün Avropada və dünyada ona qarşı bəzi ədalətsiz addımlar atılır. Azərbaycan da eyni hala məruz qalır. Buna görə də biz Türkiyə ilə bərabər bu problemlərin öhdəsindən birlikdə gəlməliyik. Nə Türkiyə, nə də Azərbaycan dünyada heç bir dövləti hədələmir, nə də dünyanın heç bir ölkəsinin torpaqlarında gözü yoxdur. Eyni zamanda, bu iki dövlət öz ərazi toxunulmazlığını, müstəqilliyini və təhlükəsizliyini heç kimə güzəştə getmək niyyətində deyil. Həm Türkiyə, həm də Azərbaycan regionda və dünyada sülhün bərqərar edilməsinə çalışır. Hər iki dövlət bu sahədə nailiyyətlər əldə edib. Təkrar edirəm, qardaş ölkələrimizin birliyi heç bir başqa ölkənin ərazi bütövlüyünü pozmağa, daxili işlərinə qarışmağa yönəlməyib. Bizim birliyimiz bölgədə və dünyada sülhə, inkişafa və insanlar arasında əmin-amanlığa xidmət edir.
 
Azərbaycanın balanslaşdırılmış siyasət yürütdüyünü vurğulayan Əli Həsənov bildirib ki, bu siyasətin təməlini ulu öndər Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu siyasəti müasir dövrün çağırışlarına uyğun olaraq davam etdirir. Azərbaycan öz qonşuları ilə münasibətlərində ortaq maraqlar tapmağa çalışır. Biz öz siyasətimizi bu istiqamətdə davam etdiririk.
 
Artıq Azərbaycanın qlobal mövqeyi Avropada daha aydın görünməyə başlayıb. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan bir sıra qlobal enerji və nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan logistik mərkəzə çevrilib. Bakı-Tbilisi-Ceyhan, neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP layihələri məhz Azərbaycanın təşəbbüsü və dostlarının dəstəyi ilə reallaşıb. Biz Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə ilə birgə tikmişik. Biz Şərq ilə Qərbi dəmir yolu ilə birləşdirməyə nail olmuşuq. Əgər yüklər Çindən Avropaya 35-40 günə çatdırılırdısa, bu, indi yalnız 14 gün çəkəcək. İndi Azərbaycan İran və Rusiya ilə eyni qaydada dəmir yolu çəkir. Azərbaycan bu yolların mərkəzində yerləşir. Biz Azərbaycanın dünyanın mərkəzi olmasını istəyirik. Bütün bu nailiyyətlərə Azərbaycan son 20 ildə nail olub.
 
Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müxbirin sualını cavablandıran Əli Həsənov bildirib ki, biz müstəqillik illərində 15 seçki keçirmişik - beş prezident, beş parlament və beş bələdiyyə seçkisi. Seçkilərlə bağlı ölkəmizin yaxşı təcrübəsi var. Azərbaycan növbəti prezident seçkilərini də şəffaf və demokratik keçirməyə nail olacaq. Seçkiləri izləmək üçün beynəlxalq müşahidəçilər dəvət olunub.

Etiket:

Strategiya.az

Xəbərlər
27.06.2019

Azərbaycanda bu məhsullar vergidən azad ediləcək

27.06.2019

Müddətli həqiqi hərbi xidmət çağırışçılarının nəzərinə

27.06.2019

Daha iki qadın güləşçimiz II Avropa Oyunlarının yarımfinalına vəsiqə qazandı

27.06.2019

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

27.06.2019

Azərbaycana qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb

27.06.2019

“Minsk 2019”: Qadın güləşçimiz Mariya Stadnik yarımfinala yüksəlib

27.06.2019

Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

27.06.2019

Bu şəxslərə verilən pul təminatı artırılır - Parlament təsdiq etdi

27.06.2019

"Barselona" yeni futbolçu aldı - rəsmi

27.06.2019

Temperatur aşağı düşəcək, yağış yağacaq

27.06.2019

Maştağada daha bir istixananı narkoplantasiyaya çevirdilər 

27.06.2019

Rusiyadan Azərbaycana telefonlar və dərman preparatları keçirmək istədi, saxlanıldı

27.06.2019

Angela Merkel rəsmi tədbir zamanı yenidən özünü pis hiss edib

27.06.2019

Yol polisinin təqib etməsi doğrudurmu? – VİDEO

27.06.2019

Daşınmaz əmlak necə kadastr uçotuna alınır?

27.06.2019

Dünya nəfəsini tutdu, bütün hazırlıqlar tamamlandı - 9 İYULDA BAŞLAYIR

27.06.2019

Qubada əlinə keçəni oğurlayan şəxs yaxalandı

27.06.2019

Tramp İran rəhbərliyini "eqoist və axmaq" adlandırdı

27.06.2019

Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırılıb

27.06.2019

Sabah Bakıda FIDE Prezident Şurasının iclası öz işinə başlayacaq

27.06.2019

Bakıda qardaş bacısını bıçaqlayaraq öldürüb

27.06.2019

AQTA-dan vətəndaşlara müraciət: Qanun pozuntuları ilə rastlaşanlar...

27.06.2019

Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi - “Minsk 2019”da bu gün nələr olacaq?

27.06.2019

Magistraturaya qəbul olunan bakalavrların nəzərinə!

27.06.2019

Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ - Ərizə qəbulu sistemi yenidən aktiv edilib

27.06.2019

Bağçalarda monitorinqlər aparılacaq - Uşaqların düzgün qidalanması ilə bağlı

27.06.2019

Rusiya yeni üzən tank yaradır

27.06.2019

"Atletiko" 19 yaşlı hücumçu aldı -126 milyona

27.06.2019

Təmas xəttində nisbi sakitlik müşahidə olunub

27.06.2019

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

27.06.2019

Yevlaxlı Massallıda oğurluq etdi, 7000 manatlıq qızıl götürdü

27.06.2019

Pentaqon: Türkiyə S-400 komplekslərini aldığı təqdirdə F-35 qırıcılarına sahib ola bilməyəcək

27.06.2019

İyunun 27-də xarici valyutaların manata qarşı məzənnələri

27.06.2019

Neft yenidən ucuzlaşıb

27.06.2019

Şirvana ezam olunmuş Sumqayıt sakininin moteldə meyiti tapılıb

27.06.2019

Minsk 2019: Boksçumuz Alfonso Dominges yarımfinala vəsiqə qazanıb

27.06.2019

“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb

27.06.2019

Avropa Şurasının yeni Baş katibi seçilib

27.06.2019

AŞPA-nı tərk ediblər

26.06.2019

Mahir Əmiraslanov II Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb

26.06.2019

Prezident İlham Əliyev: Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək

26.06.2019

Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib

26.06.2019

Kəmaləddin Heydərov: İlkin versiyaya görə yanğın quru otdan başlayıb

26.06.2019

Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub

26.06.2019

Zığ şosesi yaxınlığında baş vermiş yanğın söndürülüb

26.06.2019

“Türk dünyası” beşcildliyi qazax dilində işıq üzü görüb

26.06.2019

Hacı Əliyevdən növbəti qələbə - Güləşçi "Minsk-2019"un yarımfinalında

26.06.2019

Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb

26.06.2019

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər

26.06.2019

SON DƏQİQƏ! Zığ şosesində fərdi yaşayış evləri yanır