ABŞ kəşfiyyatı və Dağlıq Qarabağ: erməniləri qorxuya salan məqamlar

08:27 / 05.03.2018

Bir neçə gün bundan öncə ABŞ Milli Kəşfiyyatı Senatda 2018-ci il üçün hesabatla çıxış edib. Orada bütövlükdə dünya üzrə meydana gələ biləcək təhlükə və risklər barədə proqnozlar əks olunub. Rusiya faktoruna xüsusi yer ayrılıb. Məruzədə Kremlin Ukrayna, Belarus və Gürcüstanda hansı riskləri yarada biləcəyi haqda müəyyən qənaətlər səsləndirilib. Amerikalıların fikrinə görə, sadalanan məkanlarda Moskva dağıdıcı, risk yaradıcı və silahlı toqquşmalara apara biləcək faktor rolunu oynayacaq. Yəni böyük bir geosiyasi məkanda Rusiya 2018-ci ildə təhlükə mənbəyi ola bilər. Bunun fonunda da ABŞ kəşfiyyatı Dağlıq Qarabağda müharibə riskinin yüksələ biləcəyini vurğulayır. Ayrıca qeyd edir ki, Moskva Cənubi Qafqazdakı müttəfiqinə hərbi yardım edəcək. Məlumdur ki, Rusiyanın buradakı hərbi müttəfiqi Ermənistandır. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regionda genişmiqyaslı savaş yarana bilər. Doğrusu, bu proqnozların nə dərəcədə reallığa əsaslandığı aydın deyil. Ondan daha çox Rusiya düşmənçiliyinin iyi gəlir. Ancaq ermənilərin hər bir əsassız məqamdan öz maraqları üçün istifadə etmək vərdişini nəzərə alaraq məsələnin bir sıra geosiyasi aspektləri üzərində dayanmaq istərdik.

Senatdakı məruzə: ABŞ kəşfiyyatının xəbərdarlıqları

Azərbaycan Prezidenti İlham Əliyevin hakim partiyanın VI qurultayındakı nitqi erməniləri sözün həqiqi mənasında silkələyib. Onlar qarşılarına kim çıxdı, bu barədə sual verir və özlərinə uyğun cavab qondarmağa çalışırlar. KİV-in səthi monitorinqi göstərir ki, Ermənistan rəhbərliyi başını itirib, hər tərəfdən olan iradlara düzgün cavab verməyə halı qalmayıb. Digər tərəfdən isə bir sıra erməni ekspertləri ABŞ, Avropa və Rusiyaya şikayətlərində davam etməkdədirlər. Bu, onların köhnə adətidir – bir çətinliyə düşən kimi onları ortalığa atanların üstünə gedirlər ki, yardım alsınlar.

Öncə, ABŞ Milli Kəşfiyyatının bir hesabatına Ermənistan mətbuatının göstərdiyi münasibətə nəzər salaq. Bu il fevralın 13-də Vaşinqtonda Senat komitəsində çıxış edən Milli Kəşfiyyatın direktoru Den Kouts Amerika üçün risk yarada biləcək faktorlara da toxunub. O, müxtəlif regionlarda meydana gələ bilən proseslər haqqında informasiya verib. Təbii ki, bu, hər şeydən əvvəl, bir məruzədir. Digər yandan, ABŞ-ın maraqları onun məzmununda yox deyildir. Nəhayət, D.Kouts ehtimali-proqnostik xarakterli müddəalar ifadə edib.

Ancaq ermənilər onun Dağlıq Qarabağla bağlı dediklərini böyük həyəcanla mütləq baş verəcək hadisə kimi çatdırmağa çalışırlar. Məqsəd aydındır: dünyanı əsassız olaraq bəri başdan Azərbaycanın üstünə qaldırmaq! Bunun üçün bütün günahları Bakının üzərinə yıxmaq gərəkdir. Eyni zamanda, bu üsulla danışıqlar prosesini dalana dirəmək niyyəti də ortadadır.

Məsələ belədir ki, Azərbaycan diplomatiyasının fəallığı nəticəsində danışıqlarda gözəçarpan dəyişikliklər ola bilər. Həmsədrlər Ermənistandan zəbt etdiyi rayonların bir qismini tərk etmələrini birbaşa tələb edə bilərlər. Sonrakı mərhələdə isə digər problemlərin həlli üçün əsas yaranar. Rəsmi İrəvan və bir sıra xarici dairələr bu ssenari ilə razılaşmaq istəmirlər. Ermənistan rəhbərləri hələ də "dqr"-in müstəqilliyindən danışır və rasional mövqedən çox uzaq görünür.

Onu da deməliyik ki, bütün bunlar ermənilərə həm də ona görə qorxulu röya kimi görünür ki, Azərbaycan dinamik inkişaf edir, onun ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bakı müasir silahların alınmasında da İrəvandan qat-qat yüksək mövqedədir. Çünki ödəməyə pulu var. Ermənistan isə ancaq Rusiyanın hərbi sisteminin mərhəmətinə ümid edə bilir.

Buraya son vaxtlar Türkiyənin atdığı bir sıra qətiyyətli addımları da əlavə etmək lazımdır. Ankara açıq bəyan edir ki, öz maraqlarını təmin etmək üçün heç nədən çəkinməyəcək. O cümlədən harada lazım bilsə, orada hərbi əməliyyatlar aparıb terrorun kökünü kəsməyə çalışacaq.

Bu kimi informasiyaların fonunda ermənilərin əl-ayağa düşməsi tamamilə gözləniləndir. Onlar məğlub olacaqlarından çox ehtiyat edirlər. ABŞ kəşfiyyatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi proqnozlara da həmin qorxu hissi prizmasından yanaşırlar. D.Kouts deyib ki, Dağlıq Qarabağ ətrafında gərginlik 2018-ci ildə arta bilər. Bu, Azərbaycanla Ermənistan arasında genişmiqyaslı hərbi toqquşmaya gətirib çıxarar. Rusiya isə özünün regional müttəfiqinə yardım etməyə çalışar.

Bundan başqa, kəşfiyyatın hesabatında o da göstərilir ki, münaqişə edən tərəflər bir-birlərinə güzəştə getmirlər. Azərbaycan hərbi sistemini modernləşdirməkdə davam edir. Ermənistan da 2018-ci ildə Rusiyadan yeni silahlar almağa hazırlaşır. Nəticədə, münaqişə ətrafında riskli vəziyyət yaranır və onun müharibəyə səbəb olması ehtimalı vardır.

Ermənistan: təlaş və iftira

ABŞ kəşfiyyatı, əslində, məsələni Cənubi Qafqaz kontekstində qiymətləndirir. Çünki burada xüsusi vurğulanır ki, Rusiya Gürcüstanda qeyri-sabitlik yaratmaqla onun Qərbə inteqrasiyasına mane olmağa cəhd göstərə bilər.

Deməli, söhbət, əslində, ABŞ-ın bütövlükdə Cənubi Qafqazda 2018-ci ildə geosiyasi proseslərin dinamikasını proqnozlaşdırmaq cəhdindən gedir. Diqqət edilsə, D.Kouts vurğuladığımız bağlılıqda iki faktoru qabardır. Birincisi, Cənubi Qafqazda təhlükə və risk mənbəyi Moskvanın addımları ilə bağlıdır. İkincisi, Rusiyanın bu regiondakı müttəfiqinə yardım etməsi Dağlıq Qarabağda hərbi əməliyyatların başlamasının əsas səbəblərindən biridir. Yekun olaraq, Rusiyanın məqsədi özünün bu regiondakı geosiyasi maraqlarını nəyin bahasına olur-olsun saxlamaqdan ibarətdir.

Bunlar Vaşinqtonun Cənubi Qafqazda Ermənistanın mənfi rol oynadığını üstüörtülü də olsa, qəbul etdiyini göstərir. Çünki, əgər ABŞ kəşfiyyatı burada vəziyyəti Rusiyanın kəskinləşdirdiyini düşünürsə, onun isə müttəfiqi Ermənistandırsa, onda mənzərə aydındır. Belə çıxır ki, Den Kouts həm də Ermənistana mesaj verir ki, geosiyasi-hərbi istiqamətini dəyişsin, əks halda, müharibə qaçılmaz olacaq!

Məsələnin bu tərəfini Ermənistanda etiraf etmək istəmirlər. Burada daha çox Azərbaycanı ittiham edirlər. Yazırlar ki, Azərbaycanın sürətlə silahlanması vəziyyəti çətinliyə salır. Bu, çox əsassız və reallığa uyğun olmayan iddiadır. ABŞ kəşfiyyatı da yaxşı bilir ki, Azərbaycan özünü müdafiə etmək və işğal altında olan torpaqlarını azad etmək üçün güclü orduya sahib olmalıdır. Bu, BMT Nizamnaməsində də normal dövlətlər üçün nəzərdə tutulan şərtlərdən biridir. Maddə olaraq adı belədir: "Hər bir dövlətin təbii müdafiə hüququ var"!

Azərbaycan indiyə qədər kimin ərazisinə hücum edib? Heç kəsin. Əksinə, Azərbaycan daima ona olan hücumlardan özünü qorumağa çalışıb. 1988-ci ildən başlayaraq isə kənardan istiqamətləndirilən Ermənistanın hərbi təcavüzü ilə mübarizə aparır. Dəfələrlə Azərbaycana qarşı terror törədilib. Ərazisinin 20%-i zəbt edilib. İndi də oradan çıxmaq fikrində deyillər. Belə vəziyyətdə Azərbaycan nə etməlidir? Təbii ki, ordusunu modernləşdirməli, hərbi qüdrətini artırmalı və işğalçıları zəbt etdikləri ərazilərdən çıxarmalıdır ki, BMT Nizamnaməsinə uyğun şəkildə ərazi bütövlüyünü, suverenliyini təmin etsin.

Buna qarşılıq olaraq Ermənistan necə davranır? Onun havadarları nə deyirlər? Ermənilər müxtəlif iftira, böhtan, yalan və əsassız informasiyalar ortaya ataraq həm işğalçılıqlarına davam edir, həm də Azərbaycanı günahlandırmağa cəhd göstərirlər. Prezident İlham Əliyevin İrəvan, Zəngəzur və Göyçə haqqında dediklərini də eyni saxtakarlıq, həyasızlıq və şərəfsizliklə müxtəlif yerlərdə dilə gətirirlər.

Erməni "ekspert"lərindən biri iddia edir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Azərbaycanı ittiham edir. Niyə? Sən demə, rusiyalı diplomat keçirdiyi mətbuat konfransında erməni jurnalistin verdiyi suala cavab olaraq deyib ki, İlham Əliyevin dedikləri mövcud gərginliyi azaltmır. Gərginlik nəyə görə mövcuddur? Ona görə mövcuddur ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmır və bunu həmsədr ölkələr ciddi tələb etmirlər. Ermənilər özlərinin təcavüzkar oyununu aparırlar, ona yardım edənlər isə geosiyasi maraqlarına oynayırlar. Onların hər ikisi ədalət prinsipindən uzaq, yerli xalqların və dövlətlərin maraqlarını gözləmədən hərəkət edirlər. Belə olan halda İlham Əliyevin sözlərinin gərginliyə nə aidiyyəti var? Əksinə, Azərbaycan Prezidenti əsrlərdir bölgə xalqları üçün gərginlik mənbəyi olan faktorları aradan qaldırmaq strategiyasından bəhs edir. Bunun üçün də haqlı olaraq Azərbaycan dövlətinin əlindən gələn hər bir sivil və demokratik tədbirləri həyata keçirəcək.

Bunlardan belə çıxır ki, ABŞ-ın və Rusiyanın Cənubi Qafqazda öz maraqları var və həmin prizmadan fikir söyləyir, proqnozlar irəli sürürlər. Orada tam obyektivlikdən söhbət gedə bilməz. Bu cür durumun mövcud olduğu müddətdə isə bu bölgədə sabitlikdən danışmaq çox çətin olacaq. Üstəlik, Azərbaycanın təhlükəsizliyini təmin etmək istiqamətində atdığı hər addıma qərəzli yanaşılacaqsa, bəzilərinin bəhs etdiyi gərginlik daha da artacaq.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM