Əli Həsənov: 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir (FOTO)

16:27 / 17.03.2018

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülən mətbuat işçilərinin martın 17-də mükafatlandırılması mərasimi keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə medianın fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb.

Vüqar Səfərli qeyd edib ki, Fond KİV-lərin inkişafı, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Ötən illər ərzində onlarla belə müsabiqə təşkil edilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb.

Bu il ilk yazı müsabiqəsinin Novruz bayramı ərəfəsində keçirildiyini söyləyən V.Səfərli bu müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və müsabiqəyə 169 yazının təqdim olunduğunu vurğulayıb. Müsabiqəyə təqdim olunmuş yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Hər bir istiqamət üzrə birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub.

Novruz bayramı münasibətilə mətbuat işçilərini təbrik edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizin reallıqlarının media mənsubları tərəfindən dünyaya çatdırıldığını vurğulayaraq deyib: “Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox xoşdur. Jurnalistlər arasında mən özümü çox güclü hesab edirəm. Qələm sahibləri olan yerdə dövlətin, millətin problemləri lazımi dairələrə çatdırılır, onlar vasitəsilə biz həm öz cəmiyyətimiz, həm də xarici aləmlə ünsiyyətə giririk”.

Əli Həsənov əlavə edib ki, 2017-ci il dövlətimizin inkişafında uğurlu il olub. Dövlətin inkişafı, sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir. 2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Seçkilərə intensiv hazırlıq işləri gedir. Martın 19-dan aprelin 10-dək seçkiqabağı təbliğat dövrü olacaq. Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz KİV-lərin üzərinə düşəcək. Siz qarşıdan gələn prezident seçkilərində həm vətəndaş kimi iştirak edərək namizədlərə öz münasibətini bildirəcəksiniz, həm də bilavasitə seçkilərin gedişini işıqlandıracaqsınız.

Prezidentin köməkçisi deyib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Bilirsiniz ki, dövlətimizin başçısının Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu səbəbdən də nəinki Azərbaycanda, dünyanın hər yerində bu əlamətdar yubileylərlə bağlı silsilə tədbirlər keçiriləcək.

Əli Həsənov qeyd edib ki, ölkədə jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürüb. Düşünürəm ki, bu il də jurnalistlərin ciddi müdafiəyə ehtiyacı olmayacaq. Əksinə, jurnalistlər dövlətin yaratdığı müdafiə mexanizmlərindən məharətlə istifadə edəcəklər.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi əmin olduğunu bildirib ki, Azərbaycan 2018-ci ili də uğurla başa çatdıracaq. Azərbaycanın mühüm, hələ də həll edilməyən problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, nəhayət, öz həllini tapacaq, işğal altında olan torpaqlarımız azad ediləcək, qaçqın və köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi oldu.

 

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və Qarabağ həqiqətləri haqqında KİV əməkdaşlarının elmi maarifləndirilməsinə yönəlmiş təbliğat fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Mətbuat Şurasının xüsusi mükafatına layiq görülüb.

Tədbirdə Novruz bayramının adətlərinə uyğun olaraq yumurta döyüşdürülüb, qalib qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM