Multikulturalizm müasir cəmiyyətin sosial-mədəni modeli kimi

12:00 / 02.04.2018

Qloballaşan cəmiyyətin sosial və intellektual inkişafı müasir dünyada baş verən siyasi proseslərə birbaşa təsir etmək mexanizminə malikdir. Etik cəhətdən inkişaf etmiş cəmiyyətlər dünyada sülhün bərqərar olmasına və beynəlxalq münasibətlərin müsbət məcrada inkişafına böyük təsir göstərir. Müasir multimədəniyyətlərin toplusu olan cəmiyyətlər kulturaloji kontekstdə düzgün siyasi kurs seçməklə, sabit inkişafa nail ola bilərlər.
Hər bir xalqın milli mədəniyyəti ümumbəşəri mədəniyyyətin tərkib hissəsidir. Ümumbəşəri mədəniyyət isə özlüyündə tarixən yaradılmış mənəvi dəyərləri əks etdirərək, ümumplanetar xarakter daşıyır və dünya xalqları ilə mədəni əlaqələr sayəsində harmonik inkişaf edir. Dünya miqyasında mədəniyyətlərarası dialoqun qurulması və coxmədəniyyətlilik, çoxkonfessiyalılıq fonunda dözümlülük mühitinin yaradılmasında humanist dünyagörüşü olan multikulturalizm fəlsəfi nəzəriyyəsi sivil cəmiyyətlərin ideoloji sahədə yürütdükləri siyasətə çevrilməkdədir. Müasir multikultural cəmiyyətin yaranması prosеsi nəticəsində ictimaiyyətin fəlsəfi konsеpsiyaları da əhəmiyyətli dəyişikliklərə uğrayır. Qlobal cəmiyyətin əsas fəlsəfi konsеpsiyalarından biri də multikulturalizm nəzəriyyəsi və təcrübəsidir ki, onun da əsasını müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşması, birgə fəaliyyəti və habеlə onların bərabərhüquqlu dialoqu təşkil еdir.
Müasir dövrün tələbi kimi cəmiyyətin inkişafı prosesində müxtəlif etnosların və etnik mədəniyyətlərin mübadiləsi və dialoqu daha intensiv xarakter almaqdadır. Qloballaşma çərçivəsində beynəlxalq mədəni dialoqlara ehtiyac daha geniş vüsət alır. Cəmiyyətlərin və mədəniyyətlərin yaxınlaşması prosesi nə qədər geniş xarakter alsa da, qloballaşma şəraitində onlar arasında ayrılıq da bir o qədər aydın görünür. Siyasi-mədəni cəmiyyətdə milli-mənəvi dəyərlər önə çəkilməklə , daha da inkişaf etdirilməklə yanaşı, dünya mədəniyyəti ilə tanışlıq, müxtəlif dinlərə sitayış, digər etnosların adət-ənənələrinə hörmət mənəvi dəyərlərin zənginləşməsinə səbəb olur və çoxmillətli mədəni sferada yaşam tərzini formalaşdırır ki, bu da öz növbəsində müasir cəmiyyətdə mədəni plüralizmə şərait yaradır. Ümumiyyətlə, müxtəlif mədəniyyətlərin mövcudluğu cəmiyyətin sosial-mədəni inkişafının mühüm faktorudur. Bu mövcudluq insanın həyat fəaliyyətinin bütün aspektlərini əhatə edir . Mədəniyyət müxtəlif sferalarda öz təzahürünü tapır. Vahid dünya mədəniyyəti deyilən bir anlayış hər zaman humanist prinsiplərin mövcudluğu üçün baza rolunu oynamışdır. Müasir dünyada baş verən sosial-mədəni proseslər məhz qarşılıqlı mədəni anlaşmaya əsaslanır. İnsanlar arasındakı qarşılıqlı anlaşma mədəni dialoqun bütün prinsiplərini özündə ehtiva edir. Mədəniyyətlərin dialoqu, mədəni plüralizm geniş kütlə tərəfindən qəbul edildikdə, nəzəriyyədən praktikaya keçərək bir çox cəmiyyəti narahat edən problemlərin həllinə yol açır. Cəmiyyətin mədəni inkişafı milli özünüdərk prosesinin tərkib hissəsidir. Etnik konsepsional münasibətlər mədəniyyətlərarası dialoqun müsbət yöndə inkişafına zəmin yaradır. Bu da öz növbəsində eqosentrizmə qarşı qoyulur. Əslində ümumdünya mədəniyyəti insanlığın, humanizmin inkişafına xidmət edir.
Bu gün müasir dünyada intensiv mədəni dialoqla bərabər qarşılıqlı mübadilə də mövcuddur ki, bu da özlüyündə qarşılıqlı mədəni fəaliyyətə, mədəniyyətlərin yaxınlaşmasına, assimilyasiyasına, diffuziyasına, habelə, konverqensiyasına münbit şərait yaradir. Sivilizasiyaların yaxınlaşması sonda həm də iqtisadi birlik ücün əhəmiyyətlidir. Ölkələrin yaxınlaşması elm və təhsil sahəsində, qlobal problemlərin həllində ümumi nəaliyyətlərin əldə olunmasına xidmət göstərir.
Mədəni plüralizmin kökləri çox qədimdir. Heç bir xalq , millət və mədəniyyət öz-özünə, təkcə yarana bilməz. Mədəniyyətin inkişafı müxtəlif xalqların qarşılıqlı əlaqəsindən, sintezindən asılıdır. Dünyada universallıqdan tədric olunmuş mədəniyyət yoxdur. Yalnız mədəni universallıq sivilizasiyaların inkişafını təmin edir. Mədəni universallıq müasir cəmiyyətdə müxtəlif mədəni ənənələrin qlobal sivilizasiya kontekstində kreativ dialoqudur. Bu həm mədəni, həm də siyasi hadisədir. Qloballaşan dünyada baş verən çoxsaylı problemləri yalnız qarşılıqlı anlaşma əsasında həll etmək mümkündür. Mədəni plüralizm prinsipləri mədəni postmodernizmin əsas qayəsidir və mədəni əlaqələrin inkişaf etdirilməsi zamanın tələbidir. Homogen mühüt cəmiyyətin dinamik inkişafını ləngidən faktordur. Məsələn, Avropa ölkələrini ayrılıqda heç təsəvvür etmək mümkün deyil. Necə ola bilər ki, bir reqionda, bir qitədə yaşayasan və biri-birindən tədric olunmuş olasan? Bu sadəcə absurddur. Еyni kökdən оlan mədəniyyətlər biri-birinə daha yaхın və охşardırlar. Məsələn, ümumtürk mədəniyyəti dеyilən bir anlayış mövcuddur ki, bu еtnik qrupa aid оlan хalqların mədəni kökləri еyni оldugundan, mədəniyyətləri, adət-ənənələri mahiyyət və хaraktеrcə охşardırlar, lakin hər bir xalq özlüyündə yalnız ona məxsus milli mədəniyyətə, adət-ənənəyə, milli identikliyə məxsusdur. Mədəniyyətin müxtəlifliyi heç də bəşəriyyəti, sivil cəmiyyətləri narahat etməməlidir, beləki , bir xalqın mədəniyyəti digər bir xalq və ya millət üçün qəbuledilməz olsa belə, ona hörmətlə yanaşılmalıdır. Digər mədəniyyətlərin və sivilizasiyaların mahiyyətini, tarixini, nümunələrini öyrənmədən , onlara qarşı tolerant münasibət, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqu mümkün deyil.
Mədəni müxtəliflik qloballaşan dünyada bir çox inkişaf etmiş dövlətlərdə heç də yekdilliklə dəstəklənən siyasi kurs deyildir. Bu siyasətə qarşı çıxanlar da var. Lakin , bu da bir faktdır ki, bu gün əksər dünya dövlətləri bu və ya digər dərəcədə kultural müxtəlifliklə qarşılaşmışlar. Bu gün dünya açıqdır. Hər hansı bir ölkədə istənilən sayda turistlərə rast gəlirik. Bu da mədəni müxtəlifliyi yayan faktdır.Tolerantlıq , dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtlərindən biridir.Tolerantlıgın tərkib hissısi olan multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri vasitəsidir. Fərqli mədəniyyətlərin mahiyyətini, xarakterik əlamətlərini, tarixi öyrənmədən digər mədəniyyətlərə qarşı tolerant münasibət, onların daşıyıcılarına hörmət bəsləmədən mədəniyyətlərin və sıvılızasiyaların dialoqunu qurmaq mümkün deyil.
Fəlsəfi aspektdə multikulturalizm termini geniş anlam kəsb edərək müxtəlif dəyərləri özündə birləşdirən sosial subyektlərin mənsub olduqları mədəniyyətlərin ümumiləşmiş ifadəsidir. Mədəniyyət dedikdə fərdlərin və ya sosial qrupların daşıdığı etnik, sosial, dini, irqi, tarixi, əxlaqi dəyərlər sistemi başa düşülür. Mədəniyyət hər bir xalqın milli kimliyinin irsən qoruyucusudur . Mədəni müxtəlifliyin varlığı və dəyəri cəmiyyət tərəfindən qəbul edilməli, onların siyasi təşkilatlanması multikulturalist siyasət formasında dövlət tərəfindən təşviq edilməlidir. İsveçrə, Kanada, Avstraliya, Azərbaycan bu baxımdan multikultural ölkələr hesab edilir. Buradan belə nəticəyə gəlmək olar ki, multikulturalizm hər hansı bir toplumun xüsusiyyəti deyil, siyasi proqramdır. Multikulturalizm həm də cəmiyyətin milli özünüdərkidir.
Qloballaşan müasir dünya multikultural dövlət modelini yarada bilsə , bu siyasət bir çox mürəkkəb məsələlərin həllində mühüm rol oynayar. Mədəni plüralizm , mədəni müxtəliflik multikulturalizmin fəlsəfi aspektlərini müəyən edir. Milli mənsubiyyəti əsas götürərək , özünəqaydışa əsaslanaraq fərqli mədəniyyətlərin mənimsənilməsi multikultural cəmiyyətin əsas istiqamətidir.
Multikulturalizm dünyada ayrıca götürülmüş bir ölkədə mədəni müxtəlifliyin qorunsması uğrunda aparılan ideoloji və nəzəri siyasətdir. Multikulturalizm- postmodernizmin məhsuludur. Mədəni bərabərlik, bütöv mədəniyyət ideologiyası multikulturalizmin fəlsəfi əsasını təşkil edir. Multikulturalizm həm də kosmopolitik fəlsəfəsi cərəyandır. Ayrı-ayrı etnik xalqların soy kökünə hörmət , mədəni irsinə düzgün və humanist yanaşma , müxtəlif xalqların mədəni irsi ilə tanışlıq ümumilikdə cəmiyyəti formalaşdırır. Multikultural siyasət eyni zamanda müəyyən ərazidə yaşayan yerli etnoslarla bərabər digər azlıqlara təhsil , səhiyyə, seçki hüququnun verilməsini təmin edir. Multikulturalizm həmrəylik deməkdir. Multikulturalizm humanist siyasi kursdur. Multikulturalizm ideyaları ictimai şüurda formalaşmaqla, bu siyasəti təbliğ edən ölkələrin dövlət ideologiyasının tərkib hissəsinə çevrilir . Məsələyə istər Şərq, istərsə də Qərb kontekstindən yanaşma multikulturalizm və tolerantlığın bəşəriyyət üçün son dərəcə aktual mədəni, siyasi konsepsiya olduğunu sübut edir.
Multikulturalizm XX əsrin 70-ci illərində Kanadada və ABŞ-da bir fəlsəfi nəzəriyyə olaraq yaransa da, tarixən multikulturalizm ənənələri Şərqdə də mövcud olmuşdur. Məsələyə müasir fəlsəfi aspektdən yanaşma bu nəzəriyyənin hər dövr üçün aktual fəlsəfi problem olduğunu müəyyən etmişdir. Multikulturalizm real sosial hərəkatdir. Multikulturalizm yaşam tərzidir, ideologiyadır. Bu konsepsiya mürəkkəb problemlərin həllində əhəmiyyətli modeldir. Xüsusən də etnik, irqi, mədəni və dini müxtəlifliyin əhatə olunduğu cəmiyyət və ya dövlətdə multikultural münasibətlərin rolu əhəmiyyətlidir. Dünya dövlətlərinin yalnız 10 % -i təkmədəniyyətlilik keyfiyyəti daşıyır. Əksər ölkələr çoxmədəniyyətli və çoxmillətli olduqlarından zəngin mədəni irsin daşıyıcılarıdırlar və multikulturalizm bu dövlətlərin mövcudluğu üçün böyük önəm daşıyır.
Multikulturalizm bir neçə model əsasında təşəkkül tapmışdır:
I model mədəni – etnik müxtəlifliyin assimilyasiyasıdır. Bu modelə görə milli azlıqlar dominant mədəni-etnik birliklər içərisində qaynayıb –qarışırlar. Məsələn, Fransada oldugu kimi.
II model - inteqrativ model olaraq hər bir etno-mədəni birliyin öz identikliyinin qorunub –saxlaması prinsipinə əsaslanır. Bu model öz növbəsində ictimai-siyasi sferada ciddi bölgüyə əsaslanır. Bu prinsip ilk növbədə cəmiyyətin ictimai-siyasi sferada ardıcıl olaraq hüquq və azadlıqlarının həyata keçirilməsini təmin edir.
Multikulturalizmin III modeli Kanada və ABŞ-da formalaşmışdır. Bu model əvvəlki modellərdən fərqli olaraq mədəni, dini və milli məsələlərə fərqli yanaşma təqdim edir. Kanada rəsmi olaraq özünü çoxmədəniyyətli cəmiyyət kimi təqdim etməklə ölkədə multikultural mühit formalaşdırmışdır.
Amerikan multikulturalizmi isə müxtəliflik və fərqlilik probleminə özünəməxsus yanaşma nümayış etdirərək, amerikan ənənələrinə əsaslanaraq bu ənənələrin tərkib hissəsinə çevrildi. Multikultural cəmiyyətin əsasını qеosiyasi və iqtisadi maraqlar dеyil, fövqəltəbii dəyərlər təşkil еdir. Mədəni həmrəylik öz növbəsində mədəniyyətlərarası univеrsal vasitə olan mədəni plüralizm faktıdır. Şərq ölkələri, Avropa və Amеrika qitəsi dövlətləri arasında bеlə bir mədəni həmrəylik mövcuddur.
Qloballaşma şəraitində inkişaf еdən müasir cəmiyyət müxtəlif mədəniyyətlərin vahid müstəvidə fəaliyyətinin məcmusu kimi təzahur еtməkdədir.
Bəşəriyyət artıq anlamağa çalışır ki, mədəniyyətin ən ali forması olan sivilizasiya tarixi lokal mədəniyyətlərin toplusudur. Müasir multikultural cəmiyyətin yaranması prosеsi nəticəsində ictimaiyyətin fəlsəfi konsеpsiyaları da əhəmiyyətli dəyişikliklərə uğrayır. Qlobal cəmiyyətin əsas fəlsəfi konsеpsiyalarından biri olan multikulturalizm nəzəriyyəsinin və təcrübəsinin əsasını müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşması, birgə fəaliyyəti və habеlə onların bərabər hüququlu dialoqu təşkil еdir. Cəmiyyəti assimiliyasiyadan inteqrasiyaya aparan bu konsepsiya əhalinin müxtəlif təbəqələri ilə yanaşı milli və dini azlıqlar tərəfindən də rəgbətlə qarşılanır. Mədəni inteqrasiya siyasətinin hərtərəfli konsepsiyasının olmamsı və həyata keçirilməməsi nəticəsində qeyri-adaptiv strateqiya sosial-siyasi sabitliyə təhlükə yaradır [2].
Ümumilikdə, multikulturalizm stratеqiyası poliеtnik tərkibli dövlətlərdə еtnik qruplar arasında tolеrant münasibətlərin qazanılmasını təmin еdir. Multikultural cəmiyyətdə sosial ədalət prinsiplərinin qorunması vacib məsələrdəndir. Multikultural cəmiyyətdə məcburiyyət anlayışı yoxdur və hər bir fərd mədəni mənsubluğunu sеçməkdə azaddır. Mədəni müxtəliflik təkcə еtnik müxtəliflik dеyil, həm yaşamın, həm mədəni oriеntasiyasının, mədəni tеndеnsiyaların müxtəlifliyidir. Mədəni həmrəyliyin inkişaf idеntikliyi sеçim azadlığının inkişafından asılıdır. Mədəniyyət mədəni həmrəyliyin mövcud olması üçün məqsəd yox vasitədir və mədəni həmrəyliyin yaranmasına zəmin yaradır. Mədəni plüralizm, mədəni həmrəylik, mədəni konsеnsus sivil cəmiyyətlərin yaxınlaşması, qlobal sabitlik iqtisadi əməkdaşlıq üçün vacib faktorlardır.
Təhrif olunmuş və ümumiyyətlə qəbul edilməyən tendensiyalardan biri də multikulturalizmin yüksək inkişaf etmiş ölkələrə xas olmasının irəli sürülməsidir. Təcrübə göstərir ki, əksinə, belə ölkələrdə multikulturalizm heç də təqdim olunduğu kimi uğur qazanmayıb. Almaniya (A.Maerkel), Fransa (N.Sarkozi)və Böyük Britaniya (D.Kameron) kimi ölkələrin liderləri dəfələrlə bəyan ediblər ki. 9 (sentyabr, 2010-cu il) onların ölkələrində multikulturalizm tənəzzülə uğramış və bu ideya milli identikliyin zəifləməsinə gətiirib çıxarmışdır [3].
Azərbaycan isə çoxmillətli bir ölkə olaraq multikulturalizm ideologiyasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etməklə, ölkəmizi dünyaya yeni rakursdan tanıtdı. Beynəlxalq miqyasda etnik, dini münaqişələrin geniş vüsət aldığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi dünya ictimaiyyətə yönəlmiş bir mesaj idi. Bu gün multikulturalizmin Azərbaycan modeli dünya miqyasında qəbul edilmiş birgəyaşayış formasıdır. Azərbaycan multikulturalizmi Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən azərbaycançılıq fəlsəfəsi əsasında təşəkkül tapmışdır. Azərbaycancılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinə ümumi Vətən hesab edən bütün etnik qrupların mənafeyinə xidmət etməklə ölkəmizin daxili və xarici siyasətində, ictimai-mədəni inkişafında mühüm rol oynadı. “Azərbaycan multikulturalizmi” fənni bir çox yerli və xarici universitetlərin tədris proqramlarına salınmaqla, bu layihə çərçivəsində aparılan məqsədyönlü işlər Azərbaycanın dünyada multikultiral və tolerant ölkə kimi tanıdılmasında əhəmiyyətli rol oynamaqdadır.
Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətələrimizin söykəndiyi milli birlik platformasına çevirdi [4].
Artıq müxtəlif dövlətlər öz mövcudluqlarını təsdiq edən və qoruyan milli təhlükəsizlik doktrinalarının sırasına yeni bir təhlükəsizlik komponenti də daxil etmişdir. Bu , multikultural təhlükəsizlik adlandırıla bilər və geniş mənəvi spektrı nəzərdə tutur. Azərbaycan da öz multikultural təhlükəsizliyini bir sistemə dönüşdürüb bunun ciddi məsuliyyəti və önəmli dönəmini yaşayır [1].


ƏDƏBİYYAT
1.Abdullayev.KAzərTac.08.04.2015.
2.Mиxaйлoв.C Этнические миграционные волны и проблемы социально-политической стабильности.».М-1995,стр.38
3.Niftiyev.N ”Azərbaycanda birgəyaşayış və multikulturalizm”Bakı-2015,səh.34
4.Həsənov.Ə”Heydər Əliyev və milli dövlətçilik təlimi-azərbaycançılıq” məqaləsi.”Xalq” qəzeti 2010,9 may,№ 100.s.3-4


Açar sözlər: Multikulturalizm, sivilizasiya, mədəniyyət, bəşəri dəyərlər, mədəni müxtəliflik, qloballaşma, tolerantlıq.

Ключевые слова: Мультикультурализм, цивилизация, культура,человечиские ценности, культурное многообразие, глобализация, толерантность.

Key words: Multikulturlism, civilization, culture, human values, cultural diversity, globalization, tolerance.

РЕЗЮМЕ
Главная цель межкультурного диалога разных нации состоит из взаимопонимания, уважения цивилизации других народов. Мультикультурализм усиляет культурные связи и идею соотношения. Мультикультурализм побеждает в том обществе, в котором субкультуры считаются боготством народа. Мультикультурализм является неъотемлимой частью Азербайджанского общества и многих общин, вошедших в глобальный процесс.

SUMMARY
The important aim of the dialogue between cultures consists of understanding and respecting the culture of sivilization of the opposite side and accepting it. Multiculturology stenghens cultural relations and the idea of correlation. If any society considers subcultures wealth of its people, multikulturology wins there. Multikulturology is an inteqral part of Azerbajjani society and many communities, which have joined the global processes.

 

 

Nərminə Qasımova
AU-nun “İctimai elmlər”
kafedrası

 

"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
06.06.2020

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü

06.06.2020

“Azeri Light”ın bir barrelinin qiyməti 43 dolları ötüb

06.06.2020

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

06.06.2020

Həkim-infeksionist: “İkinci dalğa qaçılmazdır, daha çox yoluxma...”

06.06.2020

Neftin qiyməti bahalaşır

06.06.2020

Koronavirusa yoluxma bu aylarda daha da artacaq

06.06.2020

Atəşkəs snayper tüfənglərlə 24 dəfə pozuldu

06.06.2020

Bakı küçələri boş qaldı

05.06.2020

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

05.06.2020

Rusiyada ötən gün 8726 nəfər koronavirusa yoluxub

05.06.2020

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

05.06.2020

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

05.06.2020

Təhsil Nazirliyi tədrisin dayandırılması barədə: Bir çoxları tarixləri dəyişik salırlar

05.06.2020

icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib

05.06.2020

Abşeron Dairəvi dəmir yolu fəaliyyətini müvəqqəti dayandırır

05.06.2020

AZƏRBAYCAN RESPUBLİKASININ GEOSİYASİ İNKİŞAF STRATEGİYASI

05.06.2020

Azərbaycan neftinin bir barreli 40,41 dollara satılır

05.06.2020

Neftin qiyməti bahalaşır

05.06.2020

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

05.06.2020

Həsən Ruhani: İranlılar koronovirusla birlikdə yaşamağı öyrənməlidirlər

04.06.2020

 Sərnişindaşımaları tam dayandırılacaq

04.06.2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

04.06.2020

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

04.06.2020

Sabah qısa iş günü olacaq

04.06.2020

Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM

04.06.2020

Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi

04.06.2020

Qalmaqal: Berlini solçu ekstremistlər idarə edirmi?

04.06.2020

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN və HƏRBİ PROKURORLUĞUNUN MƏTBUAT XİDMƏTLƏRİNİN BİRGƏ MƏLUMATI

04.06.2020

“Azeri Light”ın bir barreli 40,45 dollara satılır

04.06.2020

İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri

04.06.2020

Londonda minlərlə insan küçələrə axışıb

04.06.2020

Azərbaycanda içməli suyun tərkibi 24 saat yoxlanılır - "Azərsu"

04.06.2020

DSX sərhəddə təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumatlar əldə edib

03.06.2020

Prezident İlham Əliyev: Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq

03.06.2020

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması gözlənilir

03.06.2020

 Mağazalar da bağlana bilər

03.06.2020

Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı, 5 nəfər öldü

03.06.2020

Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfəri

03.06.2020

Prezident İlham Əliyev Ağdam rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə olub

03.06.2020

Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək - SƏRƏNCAM

03.06.2020

Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03.06.2020

Prezident İlham Əliyev Tərtər rayonuna səfərə gəlib 

03.06.2020

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

03.06.2020

Koronavirusa qarşı peyvənd uzunmüddətli immunitet yaradaca biləcəkmi?

03.06.2020

DİM həftə sonunda imtahan verəcək abituriyentlərə müraciət edib

03.06.2020

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

03.06.2020

Bibiheybət yolu gələn həftə açılır

03.06.2020

Azərbaycan neftinin qiyməti 40 dolları ötüb

03.06.2020

Sabunçuda gözətçini qətlə yetirib 40 min manat oğurlayan dəstə tutuldu

02.06.2020

Bu yerlərdə maskadan istifadə edilməlidir - SİYAHI