Müdafiə Nazirliyi və Mətbuat Şurası yazı müsabiqəsi elan edir

13:18 / 29.03.2018

Müdafiə Nazirliyi və Mətbuat Şurası Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı islahatların, qoşun növlərində və qismlərində əldə olunan nailiyyətlərin, tətbiq edilən qabaqcıl təcrübələrin, hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərinin, hərb işinin müxtəlif sahələrində qazanılan uğurların, eləcə də hərbi mövzuları əks etdirən digər məsələlərin kütləvi informasiya vasitələrində obyektiv işıqlandırılması, təbliği, habelə ic­ti­maiy­yətlə ordu arasında əlaqələrin genişləndirilərək daha da inkişaf etdirilməsini təmin etmək məqsədilə yazı müsabiqəsi elan edir.

Mətbuat Şurasından  verilən məlumata görə, “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsi Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunur.

Müsabiqəyə 2018-ci il mart ayının 30-dan iyun ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc edilən yazılar buraxılacaq.

Müsabiqəyə təqdim olunan istiqamətləndirici mövzular aşağıdakılardır:

  • Təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi müasir ordu quruculuğu;
  • Azərbaycan Ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı;
  • Azərbaycan Ordusunun beynəlxalq hərbi əməkdaşlığı;
  • Azərbaycanın hərb tarixi, uğurlu döyüş əməliyyatları, qazanılan qələbələr;
  • Hərb elminin inkişafı, hərbi təhsilin perspektivləri;
  • Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq;
  • Ordu-ictimaiyyət əlaqələri.

Müsabiqəyə təqdim olunan yazılarda üstünlük veriləcək:

  • Mövzunun dolğun əhatə edilməsi;
  • Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
  • İfadə vasitələrinin zənginliyi;
  • Oxucu üçün informativlik dərəcəsi;
  • Müqayisəli təhlil üslubundan istifadə.

Müsabiqəyə təqdim edilən yazılarda janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar Azərbaycan, ingilis və rus dillərində olmalı, 9-11 min işarə həcmindən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən və ya müəllifin elektron ünvanından elektron qaydada təqdim edilməlidir.

Yazı müəllifi aşağıdakı sənədləri təqdim etməlidir:

  • şəxsiyyət vəsiqəsinin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
  • kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
  • əlaqə vasitələri - iş və mobil telefonları (təqdimat elektron qaydadadırsa, Word faylında, Times New Roman şriftində);
  • müsabiqə üçün təqdim edilən yazının yayımlandığı qəzet və jurnalın 1 (bir) nüsxəsi (təqdimat elektron qaydadadırsa, skan olunmuş PDF formatında);
  • yazı elektron media resursunda dərc olunubsa, bunu təsdiqləyən link;
  • yazının A4 formatında ayrıca vərəqdə nüsxəsi (təqdimat elektron qaydadadırsa, müəllifin adı qeyd edilməməklə Word faylında);

Qeyd: yazını elektron qaydada təqdim etmək istəyən şəxslər yuxarıda göstərilən sənədləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Müsabiqə üçün yazılar 2018-ci il iyunun 10-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Həmçinin müsabiqə üçün yazılar müvafiq şərtlər yerinə yetirilməklə [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Şərtlər:

- Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir;

- Müsabiqə üçün təqdim edilən yazı müəllifin çalışdığı kütləvi informasiya vasitəsində yayımlanmalıdır;

- Müsabiqəyə təqdim edilən yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması qadağandır.

Yazı müsabiqəsinin mükafat fondu aşağıdakı qaydada nəzərdə tutulub:

- I yer - 1 nəfər - 1500 manat;

- II yer - 2 nəfər - 1000 manat;

- III yer - 3 nəfər - 700 manat;

- Həvəsləndirici mükafatlar - 5 nəfər - 200 manat;

Müsabiqə qaliblərinin adları 2018-ci il iyun 25-dək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Mətbuat Şurasının Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birgə təşkil ediləcək tədbirində açıqlanacaq.

Əlaqə telefonu:

(012) 441 35 96

(055) 201 99 26

(050) 242 09 91


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü

13.11.2018

Prezident İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə pay bölgüsü sazişini təsdiqləyib

13.11.2018

General KƏRİM KƏRİMOV fenomeninin sirri-FOTOLAR

13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb

13.11.2018

İş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib

13.11.2018

Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

13.11.2018

Qazaxda balıq tutarkən cərəyan vurması nəticəsində öldülər

13.11.2018

"KTMT çərçivəsində müttəfiq dövlətlər bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır"

13.11.2018

Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb

13.11.2018

Gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb

13.11.2018

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb

13.11.2018

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

13.11.2018

Çörək insanda bu ÇATIŞMAZLIĞI YARADIR - Məşhur alimdən ŞOK XƏBƏRDARLIQ

13.11.2018

Daha bir məşhur futbolçu karyerasını bitirdi

13.11.2018

Sosial şəbəkələrdən istifadə edənlərin NƏZƏRİNƏ! Hesabınız oğurlana bilər – VİDEO 

13.11.2018

Bakıda akrobatika gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək azərbaycanlı idmançıların podium məşqləri başlayıb

13.11.2018

Yasamalda tələblərə uyğun olmayan ət kəsimi qurğuları sökülüb

13.11.2018

“Artıq neçəncidir bilmirəm” – 40 dəfə peşman oldum deyən oğrunun NÖVBƏTİ ƏMƏLİ – VİDEO

13.11.2018

Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib

13.11.2018

Qəzza sektoruna hava hücumu nəticəsində beş fələstinli həlak olub

13.11.2018

2040-cı ildə OPEC-in qlobal neft hasilatındakı payı 45 faizə çatacaq

13.11.2018

Cəlilabadda əkin sahəsində narkotik vasitələr aşkarlanıb

13.11.2018

Fasilədə aş yedi, komandadan qovuldu - "Beşiktaş"da maraqlı olay

13.11.2018

Azərbaycana narkotik vasitələr keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

13.11.2018

Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

13.11.2018

"Samur" gömrük postunda avtomobilin yanacaq çənində külli miqdarda siqaret aşkarlandı 

13.11.2018

Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir

13.11.2018

Cənub Qaz Dəhlizinin seqmenti olan layihələrin icra vəziyyəti açıqlanıb

13.11.2018

FHN: Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğın zamanı on nəfər xilas edilib

13.11.2018

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

13.11.2018

Sabah hava necə olacaq? 

13.11.2018

Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

13.11.2018

Azərbaycanda axtarışda olan şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

13.11.2018

Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb

13.11.2018

SWIFT İran Mərkəzi Bankını öz sistemindən kənarlaşdırdı

13.11.2018

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

13.11.2018

Gündüz saatlarında hava yağmursuz keçəcək

13.11.2018

"Azərişıq": Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq 

13.11.2018

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

13.11.2018

Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

13.11.2018

Cəbhə xəttində monitorinq keçiriləcək

13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib