Bişkek şəhərində görkəmli ədib Mircəlal Paşayevin anadan olmasının 110 illiyi anılıb

08:36 / 06.04.2018

 

Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyinin və Qırğızıstan Respublikası Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində Mircəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Bişkek Opera və Balet teatrının binasında təşkil olunmuş tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət Nazirinin müavini və bir sıra dövlət xadimləri, ölkənin siyasi - mədəni həyatında mühüm rol oynayan çoxsaylı ictimai xadimlər, yazıçı və şairlər, incəsənət nümayəndələri və elm adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının səfiri cənab Hidayət Orucov Mircəlal Paşayev yaradıcılığının geniş təhlilini verib, onun elmi-pedaqoji fəaliyyəti, Azərbaycanda ədəbiyyatşünaslıq elminin təşəkkül tapmasında və inkişaf etdirilməsində misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Görkəmli yazıçının 50 illik bədii yaradıcılığının nəticəsi olaraq 58 kitabının nəşr olunması, elmi fəaliyyətinin müxtəlif istiqamətləri üzrə çoxsaylı tədqiqat işlərinin aparılması və nəhayət 10 il öncə bu dahi şəxsiyyətin 100 illik yubileyinin YUNESCO tərəfindən dünya miqyasında qeyd olunduğu diqqətə çatdırılıb.

Görkəmli ədibin elmi-pedaqoji fəaliyyəti və bədii-estetik yaradıcılığının müxtəlif aspektləri haqqında çıxış edən millət vəkili Cavanşir Feyziyev Mircəlal Paşayev yaradıcılığını dünya bədii fikrini zənginləşdirən böyük və dəyərli irs olaraq səciyyələndirilib. Millət vəkili qeyd edib ki, doğulub böyüdüyü, təhsil aldığı və əmək fəaliyyətinə başladığı dövrlərin tarixi-siyasi çalarları onun taleyində dərin iz buraxdığı kimi, onun universal yaradıcılıq fəaliyyətinə də təsirsiz ötüşməyib. “...Mircəlalın bu günədək sevilə-sevilə oxunan əsərlərində - çoxsaylı hekayə, novella, oçerk və romanlarında özünün müasiri olduğu üç fərqli ictimai-siyasi dövrün hadisələri öz real təcəssümünü tapıb. Mircəlalın yaradıcılığında yaşadığı tarixi epoxanın ziddiyyətləri, siyasi və sosial qarşıdurmaların yaratdığı xaos, bu xaosdan qurtuluşa can atan insanların mənəviyyat və davranışlarında baş verən dəyişikliklər və bütün bunların doğurduğu psixoloji sarsıntılar çox aydın şəkildə sadə xalq dilində təsvir olunub. Bütün bu məziyyətləri ilə Mircəlal Paşayevin Azərbaycan ədəbiyyatı tarixindəki yeri XX əsr dünya klassiklərinin qlobal ictimai fikir tarixindəki yeri ilə müqayisə oluna bilər.”

Tədbirdə həmçinin Qırğızıstan Respublikası Mədəniyyət nazirinin müavini Aynura Temirbekova, Qırğızıstanın tanınmış dramaturqu, əsərləri dəfələrlə Azərbaycan səhnələrində tamaşaya qoyulmuş Mar Bayciyev çıxışlar etmişlər. Natiqlər Azərbaycan mədəniyyətinin təbliğatı istiqamətində Səfirliyimiz tərəfindən Qırğızıstanda həyata keçirilən çoxsaylı mədəni-kütləvi tədbirlərin, o cümlədən, xalqlarımızın Çingiz Aytmatov və Mircəlal Paşayev kimi görkəmli nümayəndələrinə göstərilən qarşılıqlı rəğbət və sevginin ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verdiyini qeyd edib, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Çıxışlardan sonra Azərbaycanın və Qırğızıstanın tanınmış incəsənət xadimlərinin ifasında Azərbaycan klassik musiqi sənətinin ən gözəl nümunələri səsləndirilib. Tədbir görkəmli ədibin xatirəsinə həsr olunmuş rəsmi ziyafətin verilməsi başa çatıb.


Etiket:

Strategiya.az

Xəbərlər
23.05.2019

Ramazanın 19-cu gününün duası, imsak və iftar vaxtı

23.05.2019

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

23.05.2019

Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib

23.05.2019

DİN-in idmançı əməkdaşı kikboksinq üzrə dünya kuboku turnirinin qalibi olub

23.05.2019

Bakıda cibgirlik edən narkoman qadın həbs olundu

23.05.2019

Prezident bu şəxslərin pensiyasını artırdı

23.05.2019

Gənclər Fondu “Xaricdə təhsilin maliyyələşdirilməsi üzrə Müsabiqə” elan edir

23.05.2019

MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır

23.05.2019

Azərbaycan-Rumıniya oyununu çexiyalı baş hakim idarə edəcək

23.05.2019

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"

23.05.2019

Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib

23.05.2019

Tərtərdə raket mühərriki tapılıb

23.05.2019

İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir

23.05.2019

Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək

23.05.2019

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək

23.05.2019

"Fənərbaxça"dan ayrılıb, "Olimpiakos"a keçir - Rəsmi

23.05.2019

ABŞ-ın sanksiyaları nəticə verdi: Artıq İran...

23.05.2019

Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb

23.05.2019

Sabah havanın hərarəti 30 dərəcəni keçəcək və...

23.05.2019

Dövlət qulluğunda işləmək istəyənlər! Qeydiyyat başladı

23.05.2019

Bugünkü hərracda dolların məzənnəsi məlum olub

23.05.2019

Biləsuvarda polis külli miqdarda narkotik aşkarladı

23.05.2019

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

23.05.2019

Ali məktəbə bu il sənəd verməyən kollec məzunları üçün ƏLAVƏ QƏBUL elan ediləcək

23.05.2019

Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

23.05.2019

KİV: Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər

23.05.2019

Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib

23.05.2019

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

23.05.2019

Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

23.05.2019

Birjalarda neftin qiyməti

23.05.2019

162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub

23.05.2019

Kolleci bitirənlərin ali məktəbə qəbulu qaydası müəyyənləşdi

23.05.2019

Azərbaycan ordusu Türkiyədə təlimlərdə - VİDEO

23.05.2019

Beynəlxalq Olimpiya Komitəsi boksu Olimpiya proqramında saxlayıb

23.05.2019

Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır

23.05.2019

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçiriləcək

23.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

23.05.2019

Kolleclərə də imtahansız qəbul mümkün olacaq - KİMLƏRƏ?

23.05.2019

Atəşkəs 21 dəfə pozulub

23.05.2019

DÇ-2022-də 32, yoxsa, 48 komanda? - FİFA açıqladı

23.05.2019

Mayın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.05.2019

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

23.05.2019

Əməkdar artist vəfat etdi

23.05.2019

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

23.05.2019

Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb

23.05.2019

Azərbaycanda bu məkanlara giriş pulsuz oldu - RƏSMİ

23.05.2019

Qarqar çayı daşması təhlükə yaratdı - Köməksiz qalan çobanlar xilas olundu - VİDEO

23.05.2019

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

23.05.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu həbs olunub

22.05.2019

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı