Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

19:21 / 10.04.2018

Azərbaycan və Bəhreyn Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Bəhreyn Krallığı tərəfindən isə xarici işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Şeyx Abdullah bin Əhməd Əl Xəlifə rəhbərlik edib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib, perspektivlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini Xələf Xələfov Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə ölkədə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə həmkarına məlumat verib. X.Xələfov Azərbaycanın Körfəz Əməkdaşlığı Şurası (KƏŞ) ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyinin deyib, Azərbaycanın Bəhreyn ilə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

X.Xələfov iki ölkə arasında siyasi dialoq mexanizminin əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması və gündəlikdə olan məsələlərin müzakirəsi baxımından mühüm rol oynadığını qeyd edib.

Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi barədə danışan X.Xələfov Azərbaycan ilə Bəhreyn arasında iqtisadi-ticarət, sərmayələr, kənd təsərrüfatı, neft-qaz, sənaye, turizm, bank sektoru, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə X.Xələfov qonağa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri haqqında məlumat verərək Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat marşrutlarının Bəhreyn şirkətləri üçün də əlverişli imkanlar yarada biləcəyini deyib.

Şeyx Abdullah bin Əhməd Əl Xəlifə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib.

Bəhreyn xarici işlər nazirinin müavini ölkəsinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığının inkişafında maraqlı olduğunu bildirərək Azərbaycan Hökumətinə Qoşulmama Hərəkatı nazirlər konfransının yüksək səviyyədə təşkilinə və ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Bu xüsusda ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində bir çox böyük tədbirlərə ev sahibliyi etməsinin təqdirəlayiq hal olduğunu ifadə edib.

Qonaq birbaşa hava əlaqəsinin mövcudluğunun, eləcə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş viza rejimindən istifadə etməklə Manama hava limanında viza əldə etmələrinin Azərbaycan və Bəhreyn arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Şeyx Abdullah bin Əhməd Bəhreynin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın suverenliyinə hörmət və ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini və bu mövqeyin sabit və dəyişilməz olduğunu vurğulayıb.

X.Xələfov regionda sülhə və sabitliyə, inteqrasiya proseslərinə, eləcə də regionun ümumi inkisafina başlıca əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Bəhreynin Azərbaycanın ədalətli mövqeyinə dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, münaqişənin həllinin yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə mümkün olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hökumətlərarası birgə komissiyanın yaradılması və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM