Elman Nəsirov: “ABŞ Dövlət Departamenti bu gün Ermənistanda baş verənlərlə bağlı real vəziyyəti təhrif edir”

21:14 / 18.04.2018

“Azərbaycanda keçirilən demokratik prezident seçkiləri və Ermənistanda son günlər keçirilən aksiyalarla bağlı ABŞ Dövlət Departamentinin bəyanatları bir daha Azərbaycana münasibətdə ikili standartların göstəricisidir”.

Strategiya.az bildirir ki, bunu APA-ya açıqlamasında millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov bildirib.

E. Nəsirov deyib ki, aprelin 11-də Azərbaycanda açıq, şəffaf prezident seçkiləri keçirilib: “Azərbaycan  xalqı öz siyasi iradəsini ortaya qoydu və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verdi. İlham Əliyev 86,02 faiz səslə növbəti 7 il üçün Azərbaycan prezidenti seçildi. Seçki kampaniyasını dünyanın 59 ölkəsindən və 61 beynəlxalq təşkilatdan 894 beynəlxalq müşahidəçi izləyirdi. Müşahidəçilərin mütləq əksəriyyəti bu seçkilərin Azərbaycanda demokratik inkişaf yolunda irəliyə atılmış bir addım, obyektiv seçkilər kimi dəyərləndirdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assmbleyasından olan müşahidəçilər istisna təşkil etdi. Onların qərəzli mövqeyi bizə bəllidir. Bu gün isə ABŞ Dövlət Departamenti  Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini ifadə edərkən başqa bir beynəlxalq təşkilatın, ayrı-ayrı ölkələrdən gəlmiş beynəlxalq müşahidəçilərin mövqeyini deyil, məhz ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qərəzli mövqeyini əsas götürdü. Bu, əslində bizi təəccübləndirmədi. Hesab edirəm ki, bu, həqiqəti tamamilə inkar edən qərəzli yanaşmadır və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli yanaşmasının təkrar edilməsi kimi qiymətləndirilməlidir. Sual yaranır ki, müxtəlif beynəlxalq təşkilatların, müxtəlif dövlətlərdən gəlmiş müşahidəçilərin mövqelərini bir kənara qoyub, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli  mövqeyini qabardırlarsa, bəs o halda ABŞ Dövlət Departamenti niyə bu gün Ermənistan paytaxtında baş verən, insan hüquqlarının kobud surətdə pozulması ilə müşayiət olunan hadisələrlə bağlı bu qədər mülayim mövqe ortaya qoyur?! Eyni zamanda, Dövlət Departamenti real vəziyyəti təhrif edir, guya İrəvanda baş verən siyasi gərginlikdə polis və aksiyaçıların mütləq əksəriyyətinin bir-birinə hörmətlə yanaşdığını bəyan edir”. 

E. Nəsirov  Ermənistanda reallığın fərqli olduğunu qeyd edib: “Reallıq ondan ibarətdir ki, Ermənistanda bu günlər yaşanan və artıq “məxməri inqilab”ın başlanğıcı kimi qiymətləndirilən bu proseslərdə 23 nəfərdən çox insan həbs edilib, 50-dən artıq aksiyaçı xəsarət alıb. Xəsarət alanlar içərisində Ermənistan parlamentinin deputatları da var. Ancaq ABŞ Dövlət Departamenti bu gün Ermənistanda baş verənlərin üzərindən sükutla keçir, real vəziyyəti təhrif edir, bir kəlmə də mövqe bildirmir. Haqlı olaraq Azərbaycan ictimaiyyətində sual yaranır ki, bu ikili standartların səbəbi nədir. Nə üçün Ermənistanda Sərkisyan rejiminin hakimiyyəti zəbt edib, öz xalqına qarşı güc tətbiq etməsinə bu cür loyal münasibət bəslənir, tənqid edilmir, ona qarşı heç bir təzyiq üsulu işə salınmır, amma Azərbaycanda keçirilən demokratik seçkilərlə bağlı tamamilə fərqli, qərəzli bir yanaşmanın şahidi oluruq”.

Millət vəkili bildirib ki, doğurdan da ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən demokratik prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərəzli ilkin rəyini əsas götürürsə, başqa bir sual da yaranır: “O halda niyə bir neçə il əvvəl ABŞ-da keçirilən prezident seçkiləri zamanı Texas ştatının prokuroru məhz  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinə bildirib ki, əgər müşahidəçilər seçki məntəqələrinə 30 metrdən çox yaxınlaşsa, həmin müşahidəçilərin hər biri həbs ediləcək. Prokuror deyib ki, əgər müşahidəçiləri ABŞ-ın seçki sistemi maraqlandırırsa, ərizə ilə müraciət edin, iki həftəlik kurslar təşkil edək, ABŞ seçki sistemini öyrənin. Başqa sözlə, ABŞ öz prezident seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərini necə təhqir edir, amma Azərbaycanla bağlı seçkilərdə həmin qurumun müşahidəçilərinin qərəzli yanaşmasını əsas götürür. Bunların hamısı ikili standartların birbaşa təzahürüdür. Bu aspektdə bir faktı da qeyd etmək istəyirəm. 2013-cü ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkiləri zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan gələn müşahidəçilər keçirdikləri mətbuat konfransında bildiriblər ki, Ermənistanda keçirilən prezident seçkilərində çoxsaylı qüsurlar var, eyni zamanda çox ciddi nöqsanlar üzə çıxarıblar. Sonda isə dedilər ki, nöqsanla ciddi olmasına baxmayaraq, seçkinin nəticələrinə ciddi təsir göstərməyib. Bəs onda sual yaranır ki, niyə Azərbaycanda seçkilərdə bağlı 1 faiz belə olmayan, cüzi qüsurlar qeyd etdikdən sonra bu qüsurların seçkilərin nəticələrinə təsir etmədiyini bildirmədilər? Onu da xatırlayırıq ki, o zaman Ermənistanın fəal gəncləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinin keçirdiyi mətbuat konfransında etiraz edərək bildirdilər ki, Ermənistanda bu qədər ciddi qüsurlar üzə çıxarılıbsa, niyə sonda deyirsiniz ki, bunlar seçkinin nəticəsinə ciddi təsir göstərmir. Həmin vaxt müşahidəçilər konfrans zalını tərk edib getmişdilər. Haqlı olaraq ictimaiyyətimizdə sual yaranır ki, işğalçı dövlətə bu cür, Azərbaycana başqa cür münasibət nə ilə bağlıdır? Nə qədər ki, ATƏT belə qərəzli münasibət ortaya qoyacaq, o qədər də ATƏT-in Minsk Qrupunun vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll ediləcəyinə də ümidlər azalır. Ona görə də Azərbaycanda keçirilən prezident seçkiləri ilə balı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və bu qurumun mövqeyini təkrar edən ABŞ Dövlət Departamentinin bağlı həqiqəti təhrif etməkdir, reallıqla daban-dabana ziddir. Azərbaycan ictimaiyyəti onların bu mövqeyini qəbul etmir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM