Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Baş Prokurorluqda konfrans keçirilib

19:47 / 08.05.2018

Baş Prokurorluqda xalqımızın ümumilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluqdan  verilən məlumata görə, konfransı giriş nitqi ilə açan Baş prokuror Zakir Qaralov bildirib ki, ötən əsrin 60-cı illərindən başlayaraq ölkəmizin 30 ildən artıq bir dövrünü əhatə edən ən yeni tarixi və bu dövr ərzində müstəqil dövlət kimi formalaşan Azərbaycan Respublikasının və xalqımızın taleyi Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşərək, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız hüquqi bir dövlətdə, milli dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir. Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, sovet dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmış, dövlət müstəqilliyimizin itirilməsi və ölkəmizin parçalanması təhlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmış, daha sonra Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevirilməsini şərtləndirən misli görünməmiş quruculuq işləri həyata keçirmişdir.

Baş prokuror qeyd etmişdir ki, doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çox böyük maneələrlə rastlaşması, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyəti, ən əsası - xalqının dəstəyi nəticəsində doğma Azərbaycanı bugünkü və gələcək nəsillər üçün qoruyub saxlamış və müstəqil inkişaf yoluna çıxarmışdır. Bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan milli prokurorluq orqanları bugünkü vəziyyətdə mövcudluğuna və yenidən formalaşmasına görə ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyevin 2000-ci il 26 aprel tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirə prokurorluğun tarxində əsil dönüş nöqtəsi olmuş, ulu öndərin həmin müşavirədəki tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmişdir. Həyata keçirilən tədbirlər sayəsində prokurorluğun müasir məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, yüksək standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.

Xüsusi vurğulanmışdır ki, əldə etdiyi bütün uğurlara görə, ilk növbədə ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinə və rəhbər kimi hərtərəfli qayğısına minnətdar olan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dahi şəxsiyyətin xatirəsini həmişə əziz tutur və yüksək ehtiram göstərir. Baş prokuror diqqətə çatdırmışdır ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, fəaliyyətinin müasir standartlar səviyyəsində təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd edilməsinin dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramın göstəricisi olmaqla yanaşı, mühüm dövlətçilik ənənəsinə çevrildiyini diqqətə çatdırmışdır. Bu yüksək ehtiramın ulu öndər Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərinə görə dərin minnətdarlığın nümunəsi olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük azərbaycanlıdır. Müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Əhmədov qeyd etmişdir ki, bu illər Azərbaycanın sürətli inkişafı, tərəqqisi və yüksəlişi ili olmuşdur. Ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə rəhbərliyi illərində Azərbaycanın sürətlə inkişaf edərək keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevrildiyini vurğulayan Baş nazirin müavini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkənin sürətli inkişaf yoluna çıxarılmasında dahi rəhbərin misilsiz xidmətlərindən bəhs etmişdir. Diqqətə çatdırmışdır ki, məhz bu xidmətlərinə görə Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.

 

Ulu Öndərin xilaskarlıq missiyasında digər sahələrlə yanaşı, ictimai-siyasi sabitliyin, qanunun aliliyinin təmin edilməsinin də mühüm yer tutduğunu xatırladan Əli Əhmədov Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində Azərbaycanın bu gün dünyada ən sabit ölkələrdən biri kimi tanındığını vurğulamışdır. Diqqətə çatdırmışdır ki, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi üçün etibarlı zəminin hazırlanmasında hüquq mühafizə orqanlarının, o cümlədən prokurorluq orqanlarının səmərəli və qətiyyətli fəaliyyətini xüsusi qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycanın çoxəsrlik milli dövlətçilik tarixində ən qüdrətli və nadir dövlət xadimlərindən olduğunu vurğulamışdır. Akademik ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi yetişməsində dünyanın super dövlətlərindən biri olan SSRİ-nin siyasi sistemini dərindən mənimsəməsi və həmin zəmində özündə müstəqil dövlətçilik dünyagörüşü formalaşdırması mühüm rol oynamışdır. İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin dünyanın görkəmli şəxsiyyətləri tərəfindən nadir dövlət adamlarından biri kimi dəyərləndirildiyini vurğulayaraq, dahi rəhbərin istər sovet, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi illərində ölkəmizdə elmin, təhsilin, ədəbiyyatın, mədəniyyətin görkəmli himayədarı olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində sovet dövründə Azərbaycanın vətənpərvər, qabaqcıl ziyalıları, o cümlədən şair və yazıçıları, alimləri nəinki təzyiqlərdən xilas olmuş, hətta SSRİ-nin ən yüksək dövlət təltiflərinə layiq görülmüşlər. Bu dövrdə Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilən Konstitusiyasında respublikanın dövlət dilinin Azərbaycan dili olması ilə bağlı maddənin daxil edilməsi idi.

Müstəqilliyin əvvəllərində ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini xüsusi vurğulayan AMEA-nın vitse-prezidenti Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrlə yanaşı, Azərbaycan elminin də inkişafı üçün ən mükəmməl şəraitin yaradıldığını diqqətə çatdırmışdır.

Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi Natiq Hüseynov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycanda müasir hüquqi dünyəvi dövlətin banisi olaraq milli dövlətçilik konsepsiyasının müəyyən edilməsində, ölkənin hüquq və qanunvericilik sisteminin qurulmasında, yüksək beynəlxalq standartlara uyğun məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, müasir tələblərə cavab verən dövlət idarəetmə sisteminin, o cümlədən hüquq mühafizə orqanlarının formalaşdırılmasında misilsiz xidmətlərini qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanda ölkənin əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələri olmuşdur.

Konfransın işinə yekun vuran Zakir Qaralov prokurorluq orqanlarının bütün əməkdaşları adından əminliyini bildirmişdir ki, prokurorluğun kollektivi daim Heydər Əliyev ideyalarına sadiq olacaq, onun unudulmaz xatirəsini əziz tutacaq və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu möhtəşəm ideyaların həyata keçirilməsinə istiqamətləndirəcəkdir.

Tədbirin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Vətənə, xalqa həsr edilən ömür” filmi nümayiş etdirilmişdir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM