Çəhrayı qərənfillər

14:55 / 25.05.2018

Cahangir Məmmədli

Səhərin alatoranlığı idi və tələbə yataqxanasında yeni günün həyatı hələ başlamamışdı. Tələbə hələ yuxudan oyanmamış yataqxananın beşinci mərtəbəsindəki otağının qapısının döyülməsinə təəccübləndi və qıvraq bir sıçrayışla ayağa durub qapını açdı. Yataqxanada «komendant» deyilən orta yaşlı bir adam idi və o komendant gülümsəyə-gülümsəyə aşağıda onu bir qızın gözlədiyini xəbər verdi. Tələbə bu xəbərə əvvəl təəccübləndi, sonra nə düşündüsə ildırım sürətilə nimdaş kostyumunu əyninə keçirib yataqxananın beşinci mərtəbəsindəki otağından aşağı yuvarlandı.
Doğrudan da aşağıda, yataqxananın lap girəcək qapısında onu gözləyən vardı. Qızı görən kimi tələbənin ürəyi döyündü, irəli şütüyüb qızın yanındakı anasını görmürmüş kimi qeyri-ixtiyari onu qucaqladı. Başını qızın çiyninə qoyub səssizcə gözlədi. Qız tələbənin bu cəsarətinə təəssüblənsə də, heç nə demədən elə bil onun nəsə deməyini gözlədi. Qızın yanında bu qəribə səhnəni təəccüblə seyr edən anası handan-hana bir az əsəbi, bir narahatlıq hissilə əlində tutduğu kağızı tələbənin gözünə soxacaqmış kimi:
– Bu nədi?-dedi-indi də bu fırıldağa əl atdın?
Tanış olduqları bir il müddətində tələbə qızın anasından xeyli danlaq eşitmişdi. O danlaqların hamısının səbəbi vardı, amma qadının əlindəki kağıza işarə ilə əsəbiləşməyini əvvəl-əvvəl deyəsən, başa düşmədi. Qızın anası hələ bu yay universitetə qəbul imtahanları vaxtı onun qızını universitetə «təhrik» etmiş tələbənin «növbəti» fırıldağını hiss edibmiş kimi əsəbiliyini biruzə verməyə bilmədi. Tələbə qızın anasının az qala onun gözünə soxmaq istədiyi kağız parçasını alıb baxdı. Bu bir teleqram idi. Teleqram qıza ünvanlanmışdı və belə bir qısa sətirdən ibarət idi: «siz azərbaycan dövlət universitetinin filologiya fakültəsinə qəbul edilmisiniz xahiş edirik oktyabrın 27-dən dərslərə gələsiniz». Teleqramı rektor imzalamışdı və bu imza tələbənin gözündə bir işıq şöləsi yaratdı. Qız elə bu andaca dəqiq bildi ki, məsələ tələbənin onu Bakıya gətirmək «fırıldağından» çox uzaqdır və o, artıq universitetin birinci kursuna qəbul olunub.
Tələbənin sevincindən nitqi qurumuşdu. Heç nə deyə bilməyib qızın qolundan yapışıb universitetin yataqxanasından cəmi yüz metr aralıdakı binasına tərəf çəkdi. Gəlib çatdılar. Rektorun qəbul otağına girdilər. Tələbə teleqramı rektorun köməkçisi kimi tanıdığı qadına uzatdı. Qadın teleqramı görən kimi gülümsədi:
– Hə, dedi- bu teleqramı dünən mən vurmuşam-sonra üzünü qıza tutdu- təbrik edirəm,-dedi- indi rektor səni qəbul edəcək…
Rektor təxminən yetmiş-yetmiş beş yaşında bir kişi idi. Bəlkə universitetə qəbul edilməsinə bağlı idi ki, bu yaşlı kişi qızın gözünə Allah adamı kimi göründü. Rektor oturduğu yerdən ayağa qalxdı, qıza oturmağı təklif etdi, və danışmağa vaxtı olmayan bir adam kimi dərhal mətləbə keçdi:
– Sənin ərizəni oxudum- dedi- çox səviyyəli bir ərizədir, duydum yetimliyini, amma elə bu ərizədən sənin savadını da hiss etmişəm. Zaçisleniya (rektor bu sözü elə belə də dedi) vaxtı qaydalar sənin qəbuluna imkan verməyib. Amma mən də maraqlandım, sənin imtahanlarda topladığın 17 balla, ərizəndə dediyin kimi, doğrudan da xeyli abituriyent fakültəyə qəbul olub. Səni nəzərə almamaqla ədalətsizlik ediblər. Get, dərslərinə başla, nə sözün olsa, bir ata əvəzi kimi mənim yanıma gələrsən- son sözlərdən rektorun səsi titrədi. Qız nə qədər çalışsa da göz yaşlarını saxlaya bilmədi. Bu göz yaşları bir tərəfdən universitetə qəbulla bağlı sevincin, başqa tərəfdən rektorun ona rəğbətindən doğmuşdu.
Qızın ərizəsi onun hələ universitetə sənəd qəbulu vaxtı verdiyi şəxsi işinin lap üz qabığına yapışdırılmışdı. Ərizənin yazıldığı vərəq çox böyük idi və şəxsi qovluğun üstünü tamam örtmüşdü. Rektor ərizəni bir də gözdən keçirdi və onun sonuncu sətrini ucadan oxudu : «Sizin hər cür cavabınızın məni təmin edəcəyinə əmin ola bilərsiz». Ərizə belə bitirdi və rektor açıqca söylədi ki, bu ərizə ilə maraqlanmağa onu məhz bu son cümlə məcbur edib.
– Həə…- rektor bu sözü uzadıb dedi, hiss olundu ki, ərizənin bu son cümləsi elə indi də onun çox xoşuna gəlir. Bu anda qız içində bir narahatlıq keçirdi və elə bil hələ indi anladı ki, özünün xəbəri olmayan bu ərizəni onun adından haçansa tələbə yazıb. Amma özünü o yerə qoymadı, təəccübdən, sevincdən, bir az da qələmə almadığı bu «möhtəşəm» ərizənin xəcalətindən yumru sifəti allanmış, qonur gözləri xeyli genişlənmiş halda dünyanın ən xeyirxah adamı kimi qəbul etdiyi rektora minnətdarlıq hissini o qədər də bildirməyi bacarmadan otaqdan çıxdı. Anası tələbə ilə birlikdə onu qəbul otağında gözləyirdi. Anasını qucaqladı, bayaqdan bəri güclə saxladığı bir hönkürtü ilə ağladı. Rektorun köməkçisi və tələbə heç nə demədən qızın kiriməsini gözlədilər. Nəhayət, qız kiriyib tələbəyə tərəf döndü:
-Sağ ol- dedi- amma cümləni rektorun köməkçisinin yanında bitirməyə cəsarət etmədi. Dəhlizə çıxdılar və qız bir də tələbəyə tərəf döndü:
– Ərizənin son cümləsi rektorun çox xoşuna gəlib- dedi- sağ ol, bundan sonra belə şeyləri mənim öhdəmə burax.
Tələbə məmnun-məmnun qızın əlini sıxdı:
-Həqiqət həmişə səmimi olur- dedi- yəqin sən öz dərdini məndən də yaxşı yazardın. Amma neyləyək ki, bu ərizə söhbəti mənim ağlıma gəldi…
Qızın anası hər şeyi indi başa düşdü. Başa düşdü ki, «zaçisleniyada» universitetə düşməyib, kəndə qayıdandan sonra tələbə onun topladığı 17 balla on bir abituriyentin universitetə qəbul olunduğunu öyrənmiş və qızın adlından rektora «lirik» bir ərizə ünvanlayıbmış. Ərizə eləcə uğurlu olmuş, rektor universitet rəhbərliyinin birgə razılığı ilə qızın tələbələr sırasına qəbul olunmasına əmr vermişdi.
Tələbə elə həmin gün qızı universitet yataqxanasına yerləşdirdi. Qızın anasını aparıb vağzaldan kəndə yola saldı. Qızın anası axşam qatarına minən anda tələbəni də qucaqlayıb bağrına basdı və hətta qızını ona əmanət etdiyini də dedi.
Bir il keçdi. Tələbə universiteti bitirdi, elə bitirdiyi fakültədə də işə düzəldi. Daha bir il keçdi və o universitet işçisi ikinci kurs tələbəsi ilə evləndi. İllərin birində xeyli vaxtdan bəri universitet rektorluğundan getmiş o xeyirxah məmur dünyasını dəyişdi. Haçansa bir abituriyent ərizəsi ilə o qızı tələbələr sırasına qatmış o insanın ölüm xəbəri nə vaxtdan bəri bu böyük şəhərin orta məktəblərindən birində dil və ədəbiyyat müəllimi işləyən o filoloq qızı sidq-ürəkdən sarsıtdı. Dil-ədəbiyyat müəllimi işləyən o qız- indi beş övlad anası olan o qadın universitetin dosenti olan həyat yoldaşı ilə hər il o böyük insanın ölüm vaxtından bir gün əvvəl onun qəbrini ziyarət etməyi bir adət halına çevirdi. Qadın hər dəfə o qəbrin üstünə özünün çox sevdiyi çəhrayı qərənfillərlə gəlirdi və bu dünyada o qəbristanlıqdakı hər şeyə öyrəşmiş gözətçidən başqa heç kim o gülləri o qəbrin üstünə kimin qoyduğunun fərqinə varmırdı. Və daha bir müddət keçdi o gözətçi də o qəbrin üstünə ildə bir dəfə çəhrayı qərənfilləri düzən o qadını daha heç vaxt görmədi. Çünki o çəhrayı qərənfillər indi çox uzaqlarda-qaçqın qohumlarının yaşadığı bir kəndin qərib qəbristanlığında uyuyan həmin qadının öz qəbrinin üstünə düzülürdü…


Etiket:

Strategiya.az

Xəbərlər
18.03.2019

Alzeymerdən qorunmağın üsulunu açıqlandı

18.03.2019

Yunanıstan futbolunda növbəti qalmaqal 

18.03.2019

Bakteriya mənşəli qida zəhərlənmələri - İnsan orqanizminə düşdükdə...

18.03.2019

Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik

18.03.2019

İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb

18.03.2019

Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib

18.03.2019

"Biz Azərbaycandan qorxmuruq" - xorvat futbolçu

18.03.2019

Bu gündən yenilənmiş 10 manatlıq pul nişanı istifadəyə verilir

18.03.2019

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar bir sıra tədbirlər görür

18.03.2019

Avtomobildən oğurluq edən Bakı sakininin digər cinayətləri də üzə çıxıb

18.03.2019

KİVDF-nin Müşahidə Şurası müsabiqənin nəticələrini təsdiq edib

18.03.2019

Azərbaycanda "şəbəkə biznesi" adı altında insanların pulunu ələ keçirən cinayətkar dəstə tutulub

18.03.2019

Növbəti özəlləşdirmənin vaxtı məlum oldu - 62 dövlət əmlakı üzrə seçim imkanı

18.03.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

18.03.2019

Sabahın havası - Külək, yağış...

18.03.2019

Qızların Avropa çempionatında yumruq davası - Video

18.03.2019

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

18.03.2019

Sosial şəbəkədən asılı qalanların qorxusu – VİDEO

18.03.2019

Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb

18.03.2019

Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

18.03.2019

Avtomobilin yük yerində 913 minə yaxın pirotexniki vasitə aşkar edilib

18.03.2019

Bakıda silahlı şəxs saxlanılıb

18.03.2019

Bərdədə ikimərtəbəli ev yanıb

18.03.2019

Millimizin rəqibinin heyətində dəyişiklik

18.03.2019

DİM qəbul imtahanından keçən namizədlərə müraciət etdi

18.03.2019

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb

18.03.2019

Buraxılış imtahanı tapşırıqlarının yoxlanılma prosesini izləmək mümkündür

18.03.2019

Həyət evləri ilə bağlı təklif – Aminstiya gözlənilir

18.03.2019

Umayra Tağıyeva: Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək

18.03.2019

"Barselona"da ciddi itki - Suares 3 həftə oynamayacaq

18.03.2019

Səməd Vurğunun Ev muzeyində  Məti Osmanoğlunun "Ocaq yeri"kitabının təqdimat mərasimi keçirilib

18.03.2019

Bakıda güclü külək - Ağac maşınların üstünə aşdı

18.03.2019

İkinci dünya müharibəsi illərində ermənilərin Azərbaycan tarixini təhrif etmək cəhdləri

18.03.2019

İri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq 

18.03.2019

Mərasimlərin təşkilində Naxçıvan modeli

18.03.2019

Azərbaycanın ilk qadın metallurq qadını Zəminə Həsənova

18.03.2019

Yasamalda baş verən yanğında bir nəfər ölüb

18.03.2019

Qızıl Fond - Xan Şuşinski (VİDEO)

18.03.2019

Neftin qiyməti ucuzlaşır

18.03.2019

İki gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb

18.03.2019

Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.03.2019

"Barselona"dan böyükhesablı qələbə - Messi het-trik etdi

18.03.2019

Cəbhədən son xəbər

18.03.2019

Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin fəlsəfi aspektləri

18.03.2019

Soyğunçu "isti izlər"lə yaxalandı

18.03.2019

Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz yoxdur

18.03.2019

Boksçumuz Avropa çempionu tituluna yiyələnib

18.03.2019

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Memorandum imzalandı

18.03.2019

Bakıda işıqforun işə salınmaması qəzaya səbəb olub- VİDEO

18.03.2019

Gürcü ekspertlər: İran qazının Ermənistan və Gürcüstan ərazisi ilə Avropaya nəqli inandırıcı deyil