"Bildiyiniz kimi, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur.
Ölkə başçısının "Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və "tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Qida Təhlükəsizliyi Agentliyi də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcəkdir.
Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcəkdir. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, "Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Qida Təhlükəsizliyi Agentliyi olaraq, sizləri öz fəaliyyətinizi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırır, istehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk".
Strategiya.az
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə görüşüb
Prezident İlham Əliyev müharibə əlilləri və şəhid ailələrinin evlə təmin olunması ilə bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb
Baş Prokurorluqda 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib
Xəzərdə suyun enməsi prosesi daha da intensivləşib
Ombudsman Ermənistanın əsir və girovlarla rəftarı ilə bağlı beynəlxalq təşkilatlara hesabat göndərib
Türkiyə Prezidenti girov götürülən dənizçilərin xilası üçün səylərin davam etdiyini bildirib
Bu gündən bərbərxana və gözəllik salonları açılır
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub
DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Almaniyalı alim Ermənistan cəmiyyətinə qisas barədə fikirlərdən əl çəkməyi məsləhət görür
Dəniz quldurları basqına məruz qalan gəminin kabel və texniki hissəsinə ciddi zərər vurublar
Ceyhun Bayramov Türkiyə gəmisinə edilən hücumla bağlı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb
Azərbaycan nefti 56 dollardan baha satılır
“Keşikçidağ”da tunc dövrünə aid insan qalıqları aşkar edilib
Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib
AMEA-da direktor və direktor müavini nöqsanlara görə işdən azad edilib
Azərbaycanda bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək
500 manatlıq əskinasla bağlı RƏSMİ AÇIQLAMA
İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır - Fərman
Bütün təhsil müəssisələrində əyani tədris mərhələli şəkildə bərpa olunacaq - Nazir
Nazirlər kabineti təhsil müəssisələri ilə bağlı qərar verdi
Şuşada yeni yarimstansiya tikilir
Xəzərin səviyyəsinin aşağı düşəcəyi barədə proqnozlara rəsmi aydınlıq gətirilib
Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu
İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənir
XƏZƏR DƏNİZİNDƏKİ MÜBAHİSƏ “DOSTLUQLA” ARADAN QALXDI
Xarici İşlər naziri Ceyhun Bayramov Türkmənistan Prezidenti tərəfindən qəbul olunub
Ötən il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır - Xanlar Vəliyev
Prezident İlham Əliyev: Anlaşma Memorandumunun imzalanması çoxillik gərgin fəaliyyətinin nəticəsidir
Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb
Azad olunmuş ərazilərimizdə dronlarla monitorinq aparılacaq
Kaspi Təhsil Şirkətindən növbəti xoş addım
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan və Türkmənistan prezidentləri arasında videokonfrans formatında görüş keçirilib
DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
BNA sürücülərə xəbərdarlıq etdi
Bu yollar buz bağlayıb - SİYAHI
Vətən sevgisinin təntənəsi
Azərbaycanda 897 nəfər COVID-19-dan sağalıb, 332 nəfər yoluxub, 12 nəfər vəfat edib
Üçrəngli bayrağınla məsud yaşa Can Azərbaycan - Mövlud Çavuşoğlu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yaydı
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edilib (FOTO)