MTN: "Mirqədirov Tiflisdəki restoranda iki ermənidən pul alıb və..."

21:47 / 16.07.2014

Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun Ermənistanın xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il, 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub. 2014-cü il, 21 aprel tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin icraatı zamanı yeni xüsusatlar üzə çıxdığından ictimaiyyətə daha geniş məlumat verilməsi qərara alınıb.

Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatında bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan Respublikasının vətəndaşları Gürcüstanda olarkən özünü "Samvel" kimi təqdim edən şəxs tərəfindən onlara verilmiş iki diskdə ölkəmizin təhlükəsizliyinə və dövlət maraqlarına toxunan videoçəkilişləri aşkar etdiklərindən həmin diskləri sifarişli poçt bağlaması ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun ünvanına göndəriblər.

Üzərində montaj əlamətləri olmadığı müəyyən edilmiş həmin disklərə baxış keçirilərkən 2009-cu il, fevralın 2-də Tiflisdə Rauf Mirqədirovun Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə restoranda danışıqlar aparması və pul vəsaitini alaraq qəbz imzalaması məlum olub.

Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi "Region" Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb.

Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır. Əslində isə məqsəd kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaqdır.

"Region" Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib, Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib.

Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildə "Fridrix Nauman Fondu"nun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirov öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirib, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplayaraq dövlət və hərbi sirri təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər əlavə olunmaqla ötürüb. O cümlədən R.Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şosesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb.

Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ilə İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib.

Rauf Mirqədirov Laura Baqdasaryanın tapşırıqları əsasında 2008-2013-cü illərdə dəfələrlə Gürcüstanın "Sadaxlo" sərhəd-buraxılış məntəqəsini keçməklə Ermənistan Respublikasına səfərlər etmiş, orada Laura Baqdasaryan, David Şahnazaryan və erməni milliyyətindən olan digər şəxslərlə görüşlər keçirib.

Rauf Mirqədirovun nə işlədiyi qəzetin rəhbərliyinə, nə müvafiq dövlət orqanlarına, nə də ictimaiyyətə Ermənistana səfərləri və keçirdiyi görüşlər barədə heç bir məlumat verməməsi, həmin səfərlərin aviabiletlərinin Yerevanda fəaliyyət göstərən "Levon travel" şirkəti vasitəsilə alınması, səfərlər zamanı onun təhlükəsizliyinin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təmin edilməsi, casusluq fəaliyyətinin ifşa edildiyini güman edərək 2010-cu il, iyulun 29-da təcili olaraq Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu "Ayna-Zerkalo" qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və 2014-cü il 19 aprel, yəni Türkiyədən deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmaması, hətta Türkiyənin müvafiq qurumları tərəfindən akkreditasiyası ləğv edildikdən sonra belə Azərbaycana qayıtmaq niyyətində olmaması və David Şahnazaryan ilə əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş etməsi əməkdaşlıq etdiyi erməni dairələrinə sığındığını ehtimal etməyə əsas verir.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

http://virtualaz.org/reyler/27962


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM