“Rusiya 2018”: Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

09:19 / 18.06.2018

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının beşinci günündə - iyunun 18-də üç oyun keçiriləcək.

Günün ilk qarşılaşması “F” qrupunda yer alan İsveç və Koreya Respublikasının yığmaları arasında olacaq. Digər görüşlərdə isə “G” qrupunda yer alan Belçika - Panama və Tunis- İngiltərə milliləri üz-üzrə gələcək.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq günün ilk oyunu “Nijniy Novqorod” stadionunda reallaşacaq.

Bu komandalar dünya çempionatlarında heç vaxt qarşılaşmayıblar. İsveç millisi dünya çempionatında indiyədək 11 dəfə iştirak edib. Komandanın çempionatda ən yaxşı göstəricisi 1958-ci ildə İsveçdə keçirilən mundialda final mərhələsinə vəsiqə qazanması olub. Final matçında Braziliya millisinə 5:2 hesabı ilə məğlub olub. İsveçlilərin mundiallarda debütü 1934-cı ilə təsadüf edir. Həmçinin İsveç millisi dünya çempionatlarında iki dəfə bürünc medala sahib olub (1950, 1994). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviçdi (116 oyunda 62 qol). İsveç yığmasında ən çox oyun keçirən oyunçu isə Anders Svenssondı (148 oyun).

Cənubi Koreya yığması bundan əvvəl doqquz dəfə mundialda çıxış etmək hüququ qazanıb. Cənubi koreyalıların ən yaxşı göstəricisi 2002-cı ildə keçirilən dünya çempionatına təsadüf edir. Həmin vaxt qrup birincisi kimi yarımfinala yüksəlsələr də Almaniya millisinə 1:0 hesabı ilə məğlub olublar. Üçüncü yer uğrunda mübarizədə isə Türkiyə millisinə 3:2 hesabı ilə məğlub olaraq çempionatı dördüncü yerdə başa vurublar.

Günün ikinci oyunu saat 19:00-da Soçidəki “Fişt” stadionunda başlayacaq. Mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması dünya çempionatının autsayderı sayilan Panama millisi ilə qarşılaşacaq. Belçika millisi doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-ci ildə bürünc mükafat qazanması olub.

Panama yığması tarixində ilk dəfə mundialda mübarizə aparır.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Volqoqrad şəhərindəki “Volqoqrad Arena”da oynanılacaq. Tunis-İngiltərə millisi ilə üz-üzə gələcək. Bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada təşkil olunan mundialda qrup mərhələsində ingilislər 2:0 hesabı ilə üstün olublar. İngiltərə millisi 1966-ci ildə dünya çempionu olub. Ümumilikdə ingilislər 14 dəfə mundialda iştirak ediblər. İngiltərə yığma komandasının ən böyük qələbəsi İrlandiya millisi üzərində olub (13:0). Komandanın ən çox qol vuran oyunçusu Uyen Runidi.

Tunis yığması indiyədək dörd dəfə mundialda yer alıb. Tunis millisi mundialda qələbə qazanan ilk Afrika yığması kimi tarixə düşüb.

Qeyd edək ki, İsveç – Şimali Koreya oyunu (saat 16:00) İdman Azərbaycan və İctimai Televiziyada birbaşa yayımlanacaq. Belçika-Panama (19:00) qarşılaşması İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Azərbaycanlı futbolsevərlər Tunis-İngiltərə oyununu (22:00) İctimai Televiziya və İdman Azərbaycan kanallarında izləyə biləcəklər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM