"Bir də görürsən avtobus sürücüsü ağzını da açıb-yumur..."

09:52 / 21.07.2014

 
Nəinki dənizə getmək, heç qapıdan burnumu da çıxaran deyiləm. Çünki vəziyyəti belə görürəm ki, adamı elə asfalt yolda da qayıqla, bəlkə təyyarə ilə də vura bilərlər. Hər şey ola bilər.
 
Mən uşaqlıqdan fobiyalıyam, həssasam, bir az da pessimistəm. İşin həmişə pis tərəflərini fikirləşirəm. Buna görə o qədər tənələr yemişəm ki... Keçmiş olsun. Niyə deyirəm keçmiş olsun, çünki son vaxtlar camaat mənimlə razılaşmağa başlayıb. İndiyə qədər mənə “qorxaq, bədnöyüs” deyənlər indi müdrik, uzaqgörən bir insan kimi baxırlar. Hətta söz arası proqnozlarımı da öyrənməyə çalışırlar.
 
Məsələn, bir bərkgedən qonşum var idi, evdə qərar tutmurdu. Dünən günorta gəlib məndən nə soruşsa yaxşıdır? Deyir, zibil atmağa getmək istəyirəm, görən, indi getsəm, olar? Dedim, qətiyyən elə iş eləmə! Gözlə gecə saat 1-də, 2-də gedərsən. O vaxt yolda maşın az olur... Dinməzcə getdi oturdu evində.
 
Necə razılaşmasın axı mənimlə? Zibil yeşikləri binanın qabağında deyil ki, qaça-qaça gedib, zibili aralıdan yeşiyə vızıldadıb, qaça-qaça da qayıtsın? Yeşiklər canım sizə desin, bizim binadan bir yüz metr aralıda, yolun o birisi üzündədir. Tərslikdən həmin yolu təmir edəndə, yolçəkənlərin yadından çıxıb, sürəti azaltmaq üçün təpəcik qoyurlar ey yollara, ondan qoymayıblar. Bizim sürücülərdə də helə insaf nə gəzir? Elə sürürlər ki, elə bil ralli yarışındadırlar.
 
Son vaxtlar fikir vermişəm, qonşular mağazaya gedəndə də mənim priyomlarımdan istifadə edirlər. Məsələ belədir ki, bizim evin yanında, mağazaya gedən yolun üstündə, elə mağazaya azca qalmış kafe açıblar. Kafeyə gələn kişilər səkini tamamilə zəbt edirlər. Elə-belə, söhbət eləmək üçün iki-iki, üç-üç dururlar yolun qırağında. Yəni bir azdan kafeyə girəcəklər, və ya kafedən çıxıblar, bir azdan maşına minib mürəxxəs olacaqlar. Bizim camaat ac olanda adamı saymır, o ki ola yeyib-içəndən sonra. Yol vermirlər adama, birinə deyirsən, ay qardaş, yol ver, ikisinə deyirsən “ay... qardaş, yol ver”... Ağzından it iyi gələn “qardaş” da çevrilib “keç də, o boyda yol sənə bəs eləmir?” deyib, maşın yolunu göstərir.

Görürsən yox ey bu “qardaşların” arasından keçəndən sonra birbaşa Ramanaya gedəsi halda olursan. Yəni adamlarda yol vermək mədəniyyəti təmiz yoxa çıxıb. Gərək düşəsən maşın yolunun kənarı ilə gedəsən. Bu da ki, qorxuludur. Ona görə mən kafeyə çatana yaxın keçirəm yolun o biri tərəfinə, mağazanın düz qənşərindən qayıdıb keçirəm yolun əvvəlki mağaza olan tərəfinə. Əlbəttə, bu proses də özündə xeyli risk ehtiva edir, amma inandırıram sizi ki, kafenin önündən keçməkdən bir neçə dəfə təhlükəsizdir.
 
Mənim yadımdadır, bir neçə il bundan qabaq təmirlə əlaqədar olaraq iş yerimə gedən yolu hasara almışdılar. Plakat yazıb üzr-zadda istəmişdilər buna görə, amma nolsun, alternativ variant barədə heç bir məlumat verməmişdilər. Dərhal ərizə yazıb işdən çıxdım. Sonradan iş yoldaşlarımdan aldığım məlumatlar mənim nə qədər müdrik qərar verdiyimi təsdiq etdi. Qolu sınan kim, işə hər gün geçikib töhmət alan kim, azıb başqa binaya girən kim...
 
Ümumiyyətlə, Azərbaycan çox ekzotik ölkədir. Daha doğrusu, biz özümüz ekzotik millətik. Hər yerdə təhlükə ilə, gözlənilməzliklərlə rastlaşa bilərsən. Bu, bəlkə də, rəngarəngliyi sevən bir para insanlar üçün maraqlıdır. Əsasən də, cavanlar üçün. Amma mənim risk yaşım keçib. Adam qocaldıqca daha hərisliklə həyatdan yapışır axı?
 
Məsələn, cavan qızlar yol keçəndə nəinki qulaqlarındakı “nauşnik”i çıxarmır, heç musiqinin səsini də aşağı salmırlar. Bir də görürsən avtobus sürücüsü əlini qoyub siqnala, ağzını da açıb-yumur, havası çatmayan adamlar kimi sözün əvvəlini deyir, axırını deyə bilmir, camaatdan ayıbsılanır. “Ay eşş... ay pozğ... ay... tez keç də”. Baxırsan ki, yolun düz ortasında Monika Beluççinin cavanlığına oxşayan bir qız, asta-asta, musiqiyə qulaq asa-asa yolu keçir. Özünə arxayındır ki, bu sürücü kimi bir-iki qanmazdan başqa çoxları gözəllik xiridarıdırlar. Belə gözəlliyin üstündən keçməzlər. Amma mən? Yolu elə keçirəm ki, rəhmətlik Brüs Li də mənə çatmaz....
 
Sizə də məsləhət görürəm ki, yolu belə sürətlə və eyni zamanda maksimum ehtiyatla keçəsiniz. Dənizə, parka filana getməyəsiniz, avtobusa, metroya mümkün qədər minməyəsiniz. Məndən olsa, evinizin içində də şlemdən-zaddan istifadə edərsiniz. Yoxsa bir də gördünüz, televizora baxa-baxa, çay içdiyiniz yerdə, bir "Jiquli" evin divarını uçurub, çıxdı belinizə. Azərbaycanda azmı olub belə şeylər?../milli.az/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM