Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25-ci ildönümü tamam olur

10:26 / 23.08.2018

Avqustun 23-də Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25-ci ildönümü tamam olur.

Dövlət başçısının Sərəncamı ilə avqustun 23-də peşə bayramını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ölkədə təhlükəsizliyin qorunmasına öz töhfələrini verirlər. Əsas vəzifələri Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin Azərbaycanda olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən dövrdə şərəfli yol keçib. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsinin yaradılması ilə başlayan bu yol, əslində milli dövlətçiliyimizin qorunması işinin mühüm töhfələri ilə yadda qalıb. 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai –siyasi vəziyyətlərdə belə mühafizə işinin yüksək peşəkarlıqla təşkil olunması Azərbaycanda bir sıra gərgin vəziyyətlərdən optimal çıxış yollarını sərgiləyib. Məhz o vaxtlar ölkəmizin müstəqilliyinin çətin sınaqlar qarşısında qaldığı bir dönəmdə Heydər Əliyevin yenilməz iradəsi Xüsusi Dövlət Mühafizə Xidmətinin işində də özünü göstərib. Xidmətin şəxsi heyəti Ulu Öndərin Azərbaycan naminə həyata keçirdiyi məqsədlərə yüksək sadiqlik nümayiş etdirirdi.

Odur ki, Ümummilli Liderin Azərbaycanın müəllifi olduğu neft-qaz kəmərlərinin də mühafizəsinin məhz bu quruma - öz peşəkarlığı ilə seçilən Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə etməsi heç də təsadüfi deyil. İndi bu işi qurumun tərkibindəki İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yerinə yetirir. Xüsusi Dövlət Mühafizə Xidməti Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz İxrac qaz boru kəmərlərinin Azərbaycandan keçən 443 kilometrlik hissəsinin mühafizəsini təşkil etməklə əslində əsrin layihəsinin qorunması işinə daha etibarlı və daha güvənli inam gətirib. Odur ki, ölkə iqtisadiyyatının strateji xətti olan bu kəmərin mühafizəsində heç bir problem olmayıb. Bakı-Supsa, Bakı-Novorossiysk ixrac neft kəmərlərinin Azərbaycandan keçən hissələrinin mühafizəsinin uğurlu təşkili də məhz bu qənaətə gəlməyə imkan verir.

Xüsusi Dövlət Mühafizə Xidməti dövlət orqanları üçün operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” rabitə sistemini yaradıb. Bu sistem ixrac neft və qaz boru kəmərləri boyunca genişləndirilib. Hazırda bir çox dövlət orqanlarının operativ radiorabitə əlaqəsi bu sistem üzərində qurulub. 2010-cu ilin martında Prezident İlham Əliyevin Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin İdarəetmə Mərkəzinin açılışında iştirak etməsi də bu qurumun işinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasına səbəb olub.

Mərkəzdə dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən “TETRA” radiorabitə sisteminin, “AzStateNet” optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib. “TİA942” standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin həyatında daha bir əlamətdar hadisə 2011-ci ildə bu qurumun Müalicə Diaqnostika Mərkəzinin istifadəyə verilməsi olub. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın açılışında iştirak etdikləri mərkəzin tikilib istifadəyə verilməsi həm Xüsusi Dövlət Mühafizə Xidmətinin, həm də Milli Qvardiyanın əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində atılan mühüm addımlardan biridir. Çünki əməkdaşların sağlamlığının qorunması, onların tibbi xidmətə olan ehtiyaclarının ödənilməsi məqsədi ilə inşa edilən bu mərkəzdə dünyanın ən müasir tibb avadanlığı quraşdırılıb.

Yüksək peşəkarlıq mühafizə işinin əsas xüsusiyyətidir. Bununla belə müasir elm və texnikadan istifadə etmədən bu işin təşkili çox çətindir. Prezident, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Xüsusi Dövlət Mühafizə Xidmətinin Təlim Tədris Mərkəzi dünya standartlarına uyğun, müasir hərbi kompleks olmaqla, regionda özünün xüsusi özəllikləri ilə seçilir. Burada eyni vaxtda 280 zabit və gizirlə, 180 əsgərlə hərbi təlimlər keçirilir. Bu məqsədlə Təlim Tədris Mərkəzində 100 və 500 metrlik atəş meydançaları, regionda ilk dəfə inşa edilən İnteraktiv Atıcılıq Tiri yaradılıb. Bütün zəruri infrastrukturun yaradılması şəxsi heyətin hərbi tapşırıqları ən yüksək səviyyədə icra etməsinə imkan verən əsas amildir. Bu, həm də Azərbaycanın hərbi qüdrətinin bariz göstəricisidir. Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının yüksək peşəkarlığı xarici dövlət başçılarının da diqqətini cəlb edib.

Xüsusi Dövlət Mühafizə Xidməti şanlı döyüş yolu da keçib. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlər verib.

Beynəlxalq terrorizmin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması əsas prinsiplərdəndir. Ölkəmizin ordu quruculuğuna töhfə verən Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək döyüş qabiliyyətinə malik heyəti də bu sırada fəallığı ilə diqqəti cəlb edir. Dövlətimizin başçısının tapşırıqlarını hər an yerinə yetirməyə qadir olan xidmətin şəxsi heyəti müstəqilliyi uca tutaraq dövlətçiliyin və xalqın seçdiyi Prezidentin etibarlı mühafizəsini özünün müqəddəs vəzifəsi hesab edir.


Etiket:

Strategiya.az

Xəbərlər
24.06.2019

Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır

24.06.2019

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib

24.06.2019

Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına mal və materialların verilməsinə başlanacaq

24.06.2019

Bidzina İvanişvili: Kütləvi iğtişaşlar törədənlər və səlahiyyətlərini aşanlar cəzalandırılmalıdır

24.06.2019

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - məhkumun gizlətdiyi silah və güllələr aşkarlandı

24.06.2019

Bill Geyts ən böyük səhvini açıqladı

24.06.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb

24.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb

24.06.2019

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

24.06.2019

Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar

24.06.2019

Sabah hava isti olacaq - PROQNOZ

24.06.2019

Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

24.06.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

24.06.2019

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə şəhərində, Göygöl, Daşkəsən rayonlarında vətəndaşları qəbul edib

24.06.2019

AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

24.06.2019

Nizami rayonunda baş verən yanğınla bağlı RƏSMİ

24.06.2019

Tramp milyonlarla qeyri-leqal miqrantın deportasiyasını təxirə salmaq barədə sərəncam verib

24.06.2019

Məleykə Abbaszadə dövlət qulluğuna qəbulda baş tutmayan müsahibələr barədə: Namizədlər bu işə məsuliyyətsiz yanaşıb

24.06.2019

“Dedilər ki, tutulana qədər özünü öldür” – 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb

24.06.2019

DİN: Yol qəzalarında 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb

24.06.2019

Təhsil Nazirliyindən dərsliklərlə bağlı ÇAĞIRIŞ

24.06.2019

Təmas xəttində növbəti monitorinq keçiriləcək

24.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

24.06.2019

Kosmik hava durumu və proqnozu

24.06.2019

Sumqayıtda dəhşətli qəza - Maşın piyadanın üstünə aşdı

24.06.2019

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib

24.06.2019

Cəbhədən son xəbər 

24.06.2019

Dövlət qulluqçularının nəzərinə!

24.06.2019

Neftin qiyməti bahalaşır

24.06.2019

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

24.06.2019

İyunun 24-də xarici valyutaların manata qarşı məzənnələri

24.06.2019

"Qarabağ"ın yaxşı komanda olduğunu bilirəm" - portuqaliyalı hücumçu

24.06.2019

Rezidenturaya qəbul üzrə sınaq imtahanı keçiriləcək

24.06.2019

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

24.06.2019

Bu gün havanın temperaturu 40 dərəcəyə qədər artacaq

24.06.2019

Generallardan birinin hücum nəticəsində təxminən 150 insan həlak olacağını deməsindən sonra Tramp qərarını dəyişib

24.06.2019

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

24.06.2019

Suriya tərəfindən Türkiyəyə keçən dörd terrorçu həbs olunub

24.06.2019

Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

24.06.2019

Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub

23.06.2019

Türkiyə Prezidenti: Seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm

23.06.2019

Binəli Yıldırım: hazırda Əkrəm İmamoğlu irəlidədir rəqibimi təbrik edirəm

23.06.2019

İstanbulda səsvermənin ilkin nəticələri açıqlanıb

23.06.2019

İstanbulda səsvermə başa çatıb

23.06.2019

Hidayət Heydərov Karapetyanı məğlub edib

23.06.2019

“Minsk 2019”: Daha bir idmançımız ən azı gümüş medalı təmin edib

23.06.2019

Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

23.06.2019

Sabahın hava proqnozu

23.06.2019

Qara Qarayev prospektindəki yanğın tıxaca səbəb olub