Prezident İlham Əliyev yeni təmir olunmuş məktəblərdə - YENİLƏNİB

10:45 / 13.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
 
Məktəbin direktoru Dilarə Cəbrayılova dövlətimizin başçısına burada yaradılan şərait barədə məlumat verib.
 
Bildirilib ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir işləri zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib. Hazırda birnövbəli sistemlə məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Burada tədris Azərbaycan dilində aparılır.
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətində təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə çoxlu sayda yeni məktəb binasının inşası, mövcud təhsil müəssisələrinin isə müasir səviyyədə yenidən qurulması geniş vüsət alıb. Bu layihələr paytaxtımızla yanaşı, respublikanın ən ucqar kənd və qəsəbələrini də əhatə edir. Bu işlərlə yanaşı, Azərbaycanda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yenilənməsi istiqamətində də mühüm işlər görülür. Bütün bunlar bir daha sübut edir ki, insan kapitalının formalaşmasında müstəsna rola malik olan təhsil sahəsinin inkişafına ölkəmizdə ən yüksək səviyyədə diqqət göstərilir. Bütün bunlar isə gənc nəslin bilikli, savadlı və intellektual səviyyədə yetişməsində mühüm rol oynayır.
 
 
 * * *
 
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib.
 
Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
 
Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
 
Diqqətə çatdırılıb ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.
 
Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısına bildirilib ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Məktəb lazımi avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. Təhsil ocağının həyətində də abadlıq və quruculuq işləri həyata keçirilib, idman meydançası yaradılıb. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb. Təhsil ocağında tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə "50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi ildən ilə artır. Bu il bu göstərici 50 faiz təşkil edib.
 
Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var. Dövlətin həyata keçirdiyi siyasətə hər zaman dəstək olan Heydər Əliyev Fondu da bu işlərə öz töhfəsini verir. Bu gün təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Etiket:

Strategiya.az

Xəbərlər
23.05.2019

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü: "ABŞ-la heç bir danışıq olmayacaq"

23.05.2019

Saakaşvili Zelenskidən vətəndaşlığının qaytarılmasını istəyib

23.05.2019

Tərtərdə raket mühərriki tapılıb

23.05.2019

İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir

23.05.2019

Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək

23.05.2019

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək

23.05.2019

"Fənərbaxça"dan ayrılıb, "Olimpiakos"a keçir - Rəsmi

23.05.2019

ABŞ-ın sanksiyaları nəticə verdi: Artıq İran...

23.05.2019

Olimpiadanın final mərhələsinin vaxtı açıqlanıb

23.05.2019

Sabah havanın hərarəti 30 dərəcəni keçəcək və...

23.05.2019

Dövlət qulluğunda işləmək istəyənlər! Qeydiyyat başladı

23.05.2019

Bugünkü hərracda dolların məzənnəsi məlum olub

23.05.2019

Biləsuvarda polis külli miqdarda narkotik aşkarladı

23.05.2019

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib

23.05.2019

Ali məktəbə bu il sənəd verməyən kollec məzunları üçün ƏLAVƏ QƏBUL elan ediləcək

23.05.2019

Azyaşlı oğlundan narkotik əldə etmək üçün istifadə edən ata saxlanılıb

23.05.2019

KİV: Britaniyanın Baş naziri Tereza Mey cümə günü istefa verə bilər

23.05.2019

Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib

23.05.2019

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

23.05.2019

Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

23.05.2019

Birjalarda neftin qiyməti

23.05.2019

162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub

23.05.2019

Kolleci bitirənlərin ali məktəbə qəbulu qaydası müəyyənləşdi

23.05.2019

Azərbaycan ordusu Türkiyədə təlimlərdə - VİDEO

23.05.2019

Beynəlxalq Olimpiya Komitəsi boksu Olimpiya proqramında saxlayıb

23.05.2019

Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır

23.05.2019

Magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsi keçiriləcək

23.05.2019

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

23.05.2019

Kolleclərə də imtahansız qəbul mümkün olacaq - KİMLƏRƏ?

23.05.2019

Atəşkəs 21 dəfə pozulub

23.05.2019

DÇ-2022-də 32, yoxsa, 48 komanda? - FİFA açıqladı

23.05.2019

Mayın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23.05.2019

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI

23.05.2019

Əməkdar artist vəfat etdi

23.05.2019

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

23.05.2019

Türkiyənin Ali Seçki Komissiyası ölkədə keçirilmiş seçkilərə dair son qərarını açıqlayıb

23.05.2019

Azərbaycanda bu məkanlara giriş pulsuz oldu - RƏSMİ

23.05.2019

Qarqar çayı daşması təhlükə yaratdı - Köməksiz qalan çobanlar xilas olundu - VİDEO

23.05.2019

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

23.05.2019

Türkiyədə daha bir təhlükəli PKK terrorçusu həbs olunub

22.05.2019

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

22.05.2019

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

22.05.2019

Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

22.05.2019

“Oxu bayramı” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi

22.05.2019

Dünya tarixinin cəmi 38 dəqiqə çəkən ən maraqlı müharibəsi

22.05.2019

Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

22.05.2019

Britaniya portalı AFFA-nın Mxitaryanın qərarı ilə bağlı mövqeyini əks etdirən məqalə yayıb

22.05.2019

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib

22.05.2019

Dünya tarixində ən varlı insanın adı açıqlanıb

22.05.2019

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib