Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq simpozium öz işini başa çatdırıb

23:38 / 14.09.2018

Bakıda “Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu” mövzusunda beynəlxalq simpozium öz işini başa çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan  verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına əsasən keçirilən simpozium Azərbaycanın Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad etmələrinin 100 illiyinə həsr edilib.

Simpoziumun bağlanış mərasimində AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədri Mehmet Ali Beyhan çıxış ediblər.

Y.Mahmudov ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq, Azərbaycan-Türkiyə qardaşlığından danışıb: “Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olmuşlar. 1915-ci ildə Çanaqqalada azərbaycanlılar, 1918-ci ildə isə Azərbaycanda türklər birlikdə savaşmışlar”.

Tarixçi alim bildirib ki, Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində həyati əhəmiyyətə malik bir hadisədir: “Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak edib. “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan və türk xalqlarının qəlbində artıq qardaşlıq abidəsi ucaldılıb. Real həyatda ucaldılacaq abidə də buna müvafiq olmalıdır. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanması hər iki tərəfin ürəyindən olardı”.

 

Y.Mahmudov deyib: “Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib”.

Professor Mehmet Ali Beyhan bildirib ki, Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası Azərbaycanda və Türkiyədə hər zaman təqdirlə qarşılanıb: “Qafqaz İslam Ordusunun hərbi hərəkatı və zəfəri Türkiyə və Azərbaycanın ən çətin vəziyyətlərdə bir-birinin köməyinə düşünmədən çatacağını ən bariz şəkildə nümayiş etdirib. Bundan 100 il əvvəl baş verənlər Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, “qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərib”.

Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlər məruzələrlə çıxış ediblər. Konfransda “Qafqaz İslam Ordusunun formalaşmasında və fəaliyyətində Azərbaycan milli hərbi qüvvələrinin rolu”, “Osmanlı imperiyasının xarici siyasətində İrəvanın ermənilərə verilməsi məsələsi”, “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin Gəncə dövrü: iyun böhranı”, “Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərinin Bakının azad edilməsində siyasi-diplomatik mübarizəsi”, “Böyük dövlətlərin Bakını ələ keçirmək siyasəti Almaniyanın arxiv sənədlərində”, “Bakı nefti və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin tanınması məsələsi” və digər mövzularda məruzələr dinlənilib.

Xatırladaq ki, beynəlxalq simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.


Etiket:

Strategiya.az

Xəbərlər
18.06.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

18.06.2019

PKK Vanda terror aktı törədib
 

18.06.2019

Daha 1017 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

18.06.2019

Sabahın hava proqnozu açıqlanıb

18.06.2019

“Le-Burje-2019” aviasalonunun ilk günündə “Boeing” heç bir sifariş almayıb

18.06.2019

"Hər şeyə görə onu günahlandırırlar" - Falkao Messini müdafiə etdi

18.06.2019

Dövlət qulluğuna qəbul olmaq istəyənlər sınaq imtahanları verəcəklər

18.06.2019

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb

18.06.2019

Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək

18.06.2019

Paytaxtda narkotacir polis tərəfindən saxlanıldı

18.06.2019

Yeni sosial şəbəkə sürətlə populyarlaşır

18.06.2019

Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar

18.06.2019

“Azeri Light”ın bir barreli 63,35 dollara satılır

18.06.2019

DİQQƏT! Bu yolda təmir və rənglənmə var

18.06.2019

Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir - Müdafiə naziri

18.06.2019

Balakən sakininin evində külli miqdarda narkotik vasitə aşkarlanıb

18.06.2019

Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib

18.06.2019

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs yenə pozuldu

18.06.2019

Magistraturaya qəbul olmaq istəyən bakalavrların nəzərinə!

18.06.2019

İyunun 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.06.2019

Neft yenidən ucuzlaşıb

18.06.2019

"Qarabağ"ın rəqibi müəyyənləşir

18.06.2019

Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb

18.06.2019

Türkiyədə sel 4 nəfərin ölümünə səbəb olub

18.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

18.06.2019

Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb

18.06.2019

YAÇ-2019: İki yunan-Roma güləşçimiz finalda

18.06.2019

Polşa ABŞ hərbçilərini Belarus sərhədinə yerləşdirəcək

18.06.2019

Azərbaycanda əhalinin əsas ölüm səbəbləri: İlk yerdə bu xəstəlik durur

17.06.2019

Məhəmməd Mursi vəfat edib

17.06.2019

Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb

17.06.2019

İyunun 17-si Dünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günüdür

17.06.2019

Azərbaycanı II Avropa Oyunlarında təmsil edəcək boksçuların adları müəyyənləşib

17.06.2019

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

17.06.2019

Mayda qlobal neft tədarükü azalıb

17.06.2019

Azərbaycanın tanınmış mühəndisi vəfat edib

17.06.2019

15 yaşlı Anna Frankın gündəliyi Holokostun aynası kimi

17.06.2019

Yunanıstanın Baş naziri Türkiyəni hədələdi

17.06.2019

Sumqayıtda aptekdən oğurluq edən şəxs hadisə yerində saxlanılıb

17.06.2019

Baş Prokurorluq və DİN Ağstafada 4 nəfərin qətli ilə bağlı rəsmi məlumat yayıb

17.06.2019

“Şahdəniz” təbii qazı Avropa sərhədinə çatdırılıb

17.06.2019

Göygöldə mikroavtobus aşdı

17.06.2019

Uruqvay millisi darmadağınla başladı 

17.06.2019

Sabah hava necə olacaq?

17.06.2019

“Azeri Light”ın bir barreli 64,21 dollara satılır

17.06.2019

Ağstafada DƏHŞƏT: Həbsdən çıxıb üç nəfəri öldürdü, yaralılar var

17.06.2019

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ!

17.06.2019

"Xaş-xaş 2019" 

17.06.2019

İndoneziyada dəhşətli zəlzələ BAŞ VERDİ

17.06.2019

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 715 kollec məzununun ərizəsi təsdiqlənib