Prezident İlham Əliyev fərman imzaladı

21:07 / 17.09.2018

Prezident İlham Əliyev şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir ki, yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər.

Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir.

Nazirlər Kabinetinə tapşırılır ki:

- qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, tikintisinə icazə tələb olunan binaların tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması mexanizmi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Şəhərsalma və Tikinti Məcəlləsinin 75.4-cü maddəsi çərçivəsində, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 18 mart tarixli 490 nömrəli fərmanının 2-ci hissəsində nəzərdə tutulan tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və tikintinin təyinatına uyğun olaraq rəy bildirməli olan aidiyyəti qurumların siyahısında bu fərmanın 1.1-ci bəndində göstərilən rəyin nəzərə alınmasını təmin etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintisinə icazə verilən binaların memarlıq planlaşdırma bölmələrində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət edilməsinin təmin olunması üçün tədbirlər görəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
26.04.2019

Pekində 2-ci “Bir kəmər, bir yol” Forumu  işə başlayıb - Azərbaycan Prezidenti İlham Əliyev Forumda iştirak edir

26.04.2019

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşü başlayıb

26.04.2019

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir

26.04.2019

Türkiyədən Makrona sərt mesaj: "Bunun qarşılığı olacaq"

26.04.2019

Avroliqanın finalının büdcəsi açıqlandı

26.04.2019

Hövsanda iki avtomobil toqquşub - Ölən və xəsarət alanlar var

26.04.2019

“Elə bil ürəyimizə sərin su səpildi” – İtkin düşmüş şəhidimizn məzarı 26 ildən sonra tapıldı  – VİDEO 

26.04.2019

Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı mayın 3-də azadlığa buraxılacaq

26.04.2019

Şri-Lankanın polis rəisi terror aktları səbəbindən istefa verib

26.04.2019

Azərbaycan Qran-prisində ilk qəza, yürüş dayandırıldı

26.04.2019

Pekində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub

26.04.2019

Elman Nəsirov: “Siz doğrudan da konstruktiv müxalifətsinizsə, ümummilli məsələlərdə xalqın, dövlətin yanındasınızsa...”

26.04.2019

Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır – Nazir müavini

26.04.2019

Sabah 25 dərəcə isti olacaq

26.04.2019

Putin: "Rusiya, Azərbaycan və İran dövlət başçılarının sammiti avqustda Rusiyada keçiriləcək"

26.04.2019

Şri-Lankada cümə namazı vaxtı məscidlərin mühafizəsinə minlərlə hərbçi cəlb edilib

26.04.2019

Messi Argentinada insafsızcasına tənqid edilir!

26.04.2019

Zakir Həsənov cəbhəboyu zonada olub, müvafiq tapşırıqlar verib

26.04.2019

Gecə saatlarında bu prospektdə hərəkət məhdudlaşdırılacaq

26.04.2019

Mərkəzi Bank uçot dərəcəsini yenə azaltdı

26.04.2019

Slovakiya da Rusiya neftinin idxalını dayandırıb

26.04.2019

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib

26.04.2019

Azərbaycanda bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb

26.04.2019

Neftin qiyməti ucuzlaşıb

26.04.2019

Çernobıl əlillərinə birdəfəlik maddi yardım ayrılıb

26.04.2019

Bu ərazilərdə işıq olmayacaq

26.04.2019

Azərbaycan neftinin bir barrelinin qiyməti 77 dolları ötüb

26.04.2019

Formula 1 Azərbaycan Qran Prisi: İlk yarış gününün proqramı

26.04.2019

Goranboyda orta əsrlərə aid yaşayış yeri aşkar edilib

26.04.2019

"Real"dan xal itkisi, "Sevilya"dan darmadağın

26.04.2019

Dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanı keçiriləcək

26.04.2019

Atəşkəs rejimi 27 dəfə pozulub

26.04.2019

Aprelin 26-da xarici valyutaların manata qarşı məzənnələri

26.04.2019

DTX və polis Zaqatalada əməliyyat keçirdi - Silah-sursat aşkarlandı

26.04.2019

Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir

26.04.2019

Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub

26.04.2019

Azərbaycanda oynamış futbolçu ömürlük futboldan uzaqlaşdırılıb

26.04.2019

İstifadə müddəti bitmiş yağlar küçəyə atılıb - Üfunət iyi ətrafa yayılır, zibilliyə küçə itləri yığışır - VİDEO

26.04.2019

Bakıda itkin düşən 35 yaşlı qadın tapıldı

26.04.2019

“Qalatasaray” Türkiyə kubokunun finalına yüksəlib

26.04.2019

Yevlaxda əl qumbarası və partladıcı tapılıb

26.04.2019

Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir

26.04.2019

Bu gün Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək

25.04.2019

Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq - Ekspert

25.04.2019

''Kaspi'' liseyinin şagirdləri daha bir uğura imza atıb - VİDEO

25.04.2019

Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir

25.04.2019

XİN Keşikçidağ monastırına girişin məhdudlaşdırılması xəbərlərinə münasibət bildirib

25.04.2019

Azərbaycan Uruqvaya nota verib

25.04.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub

25.04.2019

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub