Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil

18:39 / 18.09.2018

Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil.

Strategiya.az bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib: "Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Ona bu rahatlığı gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi".

O vurğulayıb ki, Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi: "Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin gündən-günə gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər...

Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın. Ter-Petrosyanı tarixə gömən Koçaryan-Sarkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə?"

Prezidentin köməkçisi bildirib ki, Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar: "İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər.

İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır".

Ə.Həsənov əlavə edib ki, Paşinyan hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır: "Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.

Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına parodiyadır və onun barəsində “erməni radiosu”nun anekdotları artıq qısa zaman məsələsidir".

PA rəsmisi deyib ki, əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil: “DQR"-in “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdədir?" Əslində, bu addımı atmaqla o, nəinki işğal faktını təsdiqləyir, üstəlik, məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR"-də niyə ölməlidir?"

Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır: "Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox antimilli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə, az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər".

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir: "Bu gün doğma torpağı harada müdafiə etmək lazımdırsa, Heydər Əliyev orada da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür, onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə, öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir".


Etiket:

Strategiya.az

Xəbərlər
23.02.2019

Çöllərin zərif qızı, güllərin dan ulduzu

23.02.2019

“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri yekunlaşıb

23.02.2019

Neftin qiyməti bahalaşır

23.02.2019

Salyanda yol qəzası oldu - xəsarət alan var

23.02.2019

Dağda itən kişinin meyiti tapıldı

23.02.2019

Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq

23.02.2019

Tramp Kraft Kellinin namizədliyini ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsinə irəli sürüb

23.02.2019

Latviya əhalinin azalma sürətinə görə dünyada birincidir

23.02.2019

Prezidentin fərmanı nə qədər mənzili əhatə edəcək?

23.02.2019

Ermənistan silahlıları atəşkəs rejimini 20 dəfə pozub

23.02.2019

"Vengerlə mehriban düşmən idik" - Mourinyo

23.02.2019

Putin ölkəsinin yeni silahlarını təriflədi

23.02.2019

Fevralın 25-nə dolların rəsmi məzənnəsi müəyyən edilib

23.02.2019

Həftənin ən gözəl qolları - Video

23.02.2019

Xocalı soyqırımının ildönümü münasibətilə Ermənistanın İsveçdəki səfirliyinin qarşısında aksiya keçirilib

23.02.2019

“Open Science : Azərbaycan”  adlı konfrans keçirilib

23.02.2019

Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

23.02.2019

Tovuzda raket qalıqları aşkarlanıb

23.02.2019

Buraxılış imtahanlarının dərslər başa çatmadan keçirilməsi narahatlıq yaradıb - RƏSMİ MÜNASİBƏT - VİDEO

23.02.2019

“Milan” 3:0 hesabı ilə qələbə qazanıb

23.02.2019

Biləsuvarda mağaza qarət edilib 

23.02.2019

Gədəbəydə F-1 əl qumbarası və UZRQM partladıcısı tapılıb

22.02.2019

Bu gün Bakıda 2 avtobus yanıb - VİDEO

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib

22.02.2019

Göygöldə və Ağdamda top mərmiləri aşkarlanıb

22.02.2019

Prezident İlham Əliyev Xəzərin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləyib

22.02.2019

Qubada iki dost bir-birini bıçaqladı

22.02.2019

“Xocalıya ədalət” kampaniyası oxucular tərəfindən bir daha dəstəkləndi

22.02.2019

İnnovasiyalar Agentliyinin Nizamnaməsi təsdiq edilib

22.02.2019

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

22.02.2019

Sona Vəliyevanın şeirlər kitabı Londonda nəşr edilib

22.02.2019

Bakıda 45-50 yaşlarında naməlum kişi meyiti aşkarlanıb

22.02.2019

BMT Misiri edam cəzalarını dayandırmağa çağırıb

22.02.2019

Depressiyanı bu xəstəliklər yaradır - DİQQƏT!

22.02.2019

Avroliqada həftənin ən yaxşısı adına namizədlər

22.02.2019

Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

22.02.2019

Bakıda maşın aşıb, yolda tıxac yaranıb

22.02.2019

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi qeyd ediləcək

22.02.2019

Bidzina İvanişvilinin yaxın tərəfdaşlarından biri istefa verib

22.02.2019

100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir

22.02.2019

İsveçin ən böyük aeroportunun bəzi əməkdaşlarının mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqələri üzə çıxıb

22.02.2019

Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələri də yüksək qayğı ilə əhatə olunur

22.02.2019

“Bununla mən nə qazanıram?” - Estetik əməliyyata maraq niyə ARTIB? – VİDEO 

22.02.2019

Həcc ziyarətinə getməyin builki qiyməti məlum oldu - Sənəd qəbulu başladı

22.02.2019

Xızıda avtomobil yolunun tikintisinə 850 min manat ayrılıb

22.02.2019

FİFA-dan "Çelsi"yə transfer qadağası

22.02.2019

Dövlət Komitəsi dünya azərbaycanlılarını Brüsseldə Qarabağ mitinqində iştirak etməyə çağırır

22.02.2019

Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi

22.02.2019

ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

22.02.2019

XƏBƏRDARLIQ! Gələn həftə yağış, qar gözlənilir