"Onlarla insan könüllü olaraq döyüşə getmək üçün Silahlı Qüvvələrə müraciət edir” - RƏSMİ AÇIQLAMA

17:10 / 04.08.2014

Azərbaycanda əsl şəhidlik bayramı yaşanır. Onlarla insan, gənc, qoca könüllü olaraq birbaşa döyüşə getmək üçün Silahlı Qüvvələrin hərbi hissələrinə yazılmaq istəyir. Döyüşə getmək istəyənlər arasında hətta yaşı 80-90-ı ötmüş qocalar da var.

 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən son günlər erməni kəşfiyyat-təxribat qrupu tərəfindən cəbhənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti basqın zamanı şəhid olmuş və göstərikləri şücaət və rəşadətə görə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilən 12 hərbi qulluqçunun ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil edilir.
Artıq bir neçə belə mərasimdə şəhidlərin medallarını ölümündən sonra ailələrinə təqdim edən Müdafiə Nazirliyinin Hərbi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Trend-ə bildirib ki, o, bu mərasimlər zamanı əsl şəhidlik bayramının şahidi olub: "Masallı rayonunun Həsənli inzibati ərazi dairəsində şəhid əsgər Rəhimov Əli Fətulla oğlunun ailəsinə medalı təqdim etmə mərasimi kənd məscidinin həyətindəki böyük meydanda yas mərasiminin 3-cü günü oldu. Qeyd edim ki, Əli özü də əmisinin oğlunun adını daşıdığı orta məktəbdə təhsil alıb. Onun əmisi oğlu Sərhəddin Yədulla oğlu Rəhimov da 1992-ci ildə I Qarabağ savaşı zamanı Ağdərə bölgəsində şəhid olub. İndi isə hər iki şəhidin qəbri yan-yana yerləşir. Kənddə izdihamlı mərasimdə 500 nəfərdən çox insan iştirak etdi. Mərasim zamanı onlarla gənc könüllü olaraq birbaşa döyüşə getmək üçün Silahlı Qüvvələrin hərbi hissələrinə yazılmağı xahiş ediblər. Onlar şəhidin məzarı üstündə and içdilər ki, Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə hər an hazırdırlar. Hətta qocalar belə döyüşə getməyə hazır olduqlarını bildiriblər. Şəhid Əli Rəhimovun atası rəhmətə gedib. Onun 90-dan çox yaşı olan və artıq bir övladını şəhid vermiş əmisi Yədulla Rəhimov deyib ki, şəhid oğlunun və qardaşı oğlunun intiqamını almaq üçün o biri övladlarını da Vətən yolunda qurban verməyə hazırdır".
 
A.Qurbani qeyd edib ki, şəhid əsgər Məmmədov Səftər Əlihüseyn oğlunun medalı Salyan rayonunun Seyidsadıqlı kəndində üç mərasimində ailəsinə təqdim edilib. Həmin mərasimdə də tükürpədici hadisələr yaşanıb: "Şəhid Səftər Məmmədov iki bacının yeganə qardaşı olub. Bu gün onun ad günüdür. Onun medalını ad günü ərəfəsində ailəsinə təqdim etdik. Orada 1994-cü ildə oğlunun cəsədi döyüş bölgəsindən çıxarılmayan bir ana vardı. O medalı təqdim olunan şəhidin anasına dedi ki, sən bəxtəvər insansan. Sənin oğlun şəhid olub və onun cənazəsi gətirilib, mənim oğlumun isə ölümündən 20 il keçməsinə baxmayaraq, cəsədi ailəmə təqdim olunmayıb. Bizə bildirdilər ki, həmin ana çox ağır təbiətli, qaradinməz, çox danışmayan qadındır. Onun səsini kənddə demək olar ki, eşidən olmayıb. Amma orada həmin qadın tükürpədici bir səs çıxararaq dedi: "Oğlum Vətən uğrunda şəhid olub. Mən onunla fəxr edirəm. Təki Vətən sağ olsun!"
 
İdarə rəisinin müavini bildirib ki, bir neçə saat bundan öncə onlar Biləsuvar rayonunun Nərimankənd kəndində olub və şəhid əsgər Qarazadə Anar Vidadi oğlunu son mənzilə yola salıblar: "Bu gün dəfn edilən Anar Qarazadə kəndin sayca 6-cı şəhididir. Anar idmançı olub və həmişə döyüşə can atıb. Hətta əsgərliyə gedərkən deyib ki, mən ya milli qəhrəman, ya da şəhid kimi qayıdacağam. Onun dəfn mərasimində minə yaxın adam iştirak edirdi. Onlar da cənazə üstündə şəhidlərimizin intiqamını almağa, Ali Baş Komandanın əmrini hər an yerinə yetirməyə hazır olduqlarına and içdilər. Bu mərasimlər xalq-ordu birliyini bir daha sübut etdi. Şəhidin evi ilə qəbiristanlıq arasında məsafənin çox olmasına baxmayaraq, tabut avtomobilə qoyulmadı, yol boyu insanların çiyni üstündə daşındı. Bu sadəcə ölü dəfn edilməsi deyildi. Bu əsl şəhidlik bayramı idi. Təsəvvür edin ki, qəbiristanlıq alqış səslərindən lərzəyə gəlirdi".
 
Qeyd edək ki, medalların şəhidlərin ailələrinə təqdim olunması mərasimlərində I Qarabağ savaşı və Əfqanıstan müharibəsi veteranları, şəhidlərin xidmət etdiyi hərbi hissələrin, yerli icra hakimiyyətinin nümayəndələri, ziyalılar və digər şəxslər iştirak edirlər.(trend.az)

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM