İtirilmiş torpaqlar: strateji hədəf nə olmalıdır?

15:21 / 09.10.2018

 

Dünya xalqları içərisində ən böyük toplumlardan biri də azərbaycanlılardır. Azərbaycan türklərinin yaşadığı Azərbaycan coğrafiyası kifayət qədər böyükdür.  Azərbaycan türkləri tarix boyu soyqırımlara, qətliamlara, hücumlara təzyiqlərə məruz qalıblar ki, bunun da səbəbi torpaqlarımızın ələ keçirilməsi ilə bağlı olub. Nəticə olaraq tarixən Azərbaycan bölünmələrə, parçalanmalara məruz qalıb. Şimali Azərbaycan ərazilərinə aid Borçalı, Dərbənd, İrəvan, Zəngəzur, Göyçəni itirmişik. Bu gün də eyni proses davam edir.  Qarabağ hazırda işğal altındadır və bütün tarixi proseslər, tarixi faktlar göstərir ki, biz bütöv bir millət olaraq hər an savaşa hazır olmalıyıq.

Amma savaşdan öncə düşüncə olaraq formalaşmalıyıq. Tarixi torpaqıarımızın bərpası, ora qayıdış bizim tarixi və təbii haqqımızdır. Bu səbəbdən də bu tarixi haqqımızı milli ideoloji müstəviyə daşımaq başlıca şərtlərdəndir. Biz nəinki Qarabağın işğaldan azad olunması ilə kifayətlənməməli, eyni zamanda itirilmiş torpaqlarımızın bərpası və ora qayıdışımızı başlıca şərt olaraq dəyərləndirməliyik. Yalnız belə düşünəcəyimiz halda tarixi haqqımızın bərpası mümkündür...

 

Strateji hədəf

 

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub və itirilmiş toprpaqlarımızın bərpasının vacibliyini vurğulayıb və ora qayıdacağımıza inandığını söyləyib.

Prezident çıxışlarınını birində deyir: “Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq...”.

Prezident həmçinin Yeni Azərbaycan Partiyasının (YAP) qurultayındakı nitqində də Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə də danışıb. Ölkə başçısı deyib ki, bu tarixi torpaqlar unudulmamalıdır: “Və biz bu torpaqları unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Politoloq Arzu Nağıyev  hesab edir ki, Ermənistan bu mesajdan ciddi nəticə çıxarmalıdır: “Cənab Prezident dəfələrlə istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də digər məsələlərlə bağlı çıxışında bildirib ki, bizim bayrağımız yalnız Şuşada, Xankəndidə dalğalanmaqla məhdudlaşmayacaq. Məlum məsələdir ki, Zəngəzur, Göyçə, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bu haqda danışıb...

 

Tarixi faktlar nə deyir?

 

Maraqlıdır tarixi faktlar və hüquq nə deyir? Tarixi faktlar və beynəlxalq hüquq bizə hansı zəmanəti verir? Ümumiyyətlə Azərbaycan strateji hədəfinə çatmaq üçün necə hərəkət etməlidir?

AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudovun sözlərinə görə, sənədlər sübut edir ki, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 4 iyun 1918-ci il) əsasən İrəvan və ətraflarındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürüb. Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərlərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Beləliklə, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır. Y.Mahmudov tarixi qaynaqlara istinadən qeyd edir ki, ermənilər məqsədlərinə nail olduqdan dərhal sonra Batum danışıqları zamanı və Batum müqavilələrinə əsasən İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri  yerinə yetirməkdən imtina etdilər.

1918-ci il mayın 29-da 9 min km2-lik Azərbaycan torpağında yaradılmış Ermənistan dövləti sonrakı dövrlərdə aşağıdakı Azərbaycan torpaqlarını işğal etdi: 1920-ci ilin dekabrından başlayaraq 10 il ərzində Moskvanın birbaşa köməyi ilə Zəngəzur qəzasından 405.000 desyatin (4414,5 km2), Qazax qəzasından 535096 desyatin (5832,82 km2) , Naxçıvan MSSR-dən 657 km2,  Cəbrayıl qəzasından Nüvədi, Eynəzir və Tuğut kəndlərini  əhatə edən Azərbaycan torpaqları Ermənistan ərazisinə qatıldı. Sovet rejiminin sonrakı illərində də Ermənistan ərazisi Azərbaycan torpaqları hesabına daha da genişləndirildi və 29,743 km2-ə çatdırıldı.

Yuxarıda göstərilən işğallar nəticəsində Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvandan ayrı salındı və Türkiyə ilə birbaşa əlaqə saxlamaq imkanından məhrum edildi. Ermənilərin həyata keçirdiyi yuxarıda qeyd olunan işğallar nəticəsində, ümumiyyətlə, türk dünyası ölkələrinin bir-biri ilə birbaşa əlaqə saxlamaq imkanları da aradan qaldırıldı. Bütün bunlarla kifayətlənməyən təcavüzkar Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətrafındakı rayonlarından ibarət daha 17 min km2-lik ərazisini işğal etdi, insanlığa qarşı misilsiz vəhşilik aktı olan Xocalı soyqırımını törətdi.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan və ətrafındakı Azərbaycan torpaqlarını ermənilərə 1918-ci il Batum danışıqları (11 may - 04 iyun) və Batum müqavilələrinin (04 iyun 1918-ci il) şərtlərinə əsasən vermişdi. Azərbaycan tərəfi bu taleyüklü addımı atarkən ermənilərlə dostluq və mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı və danışıqlarda iştirak edən erməni tərəfinin səmimiyyətinə inanırdı. Lakin erməni tərəfi Batum danışıqları zamanı əldə olunmuş razılaşmalara və Batum müqavilələrinin şərtlərinə əsasən üzərinə götürdüyü bütün öhdəlikləri birtərəfli qaydada pozdu: işğalçılıq, deportasiyalar və soyqırım siyasətini davam etdirdi. Buna görə də 04 iyun 1918-ci il tarixli Batum müqavilələri və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı əslində öz hüquqi qüvvəsini itirmişdir.

Bütün bunları nəzərə alan Tarix İnstitutu belə qənaətə gəlib ki, erməni tərəfi 1918-ci il Batum razılaşmalarının və Batum müqavilələrinin bütün şərtlərini birtərəfli qaydada pozduğu üçün və bununla da göstərilən müqavilələr öz hüquqi qüvvəsini itirdiyinə görə Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olan Azərbaycan Respublikası adekvat addım atmalıdır: Azərbaycan Milli Şurasının xalqın iradəsini nəzərə almadan İrəvanın və ətrafındakı torpaqların ermənilərə verilməsi haqqında 29 may 1918-ci il tarixli qərarına yenidən baxılmalı və həmin qərar qüvvədən salınmalıdır. Bununla, Azərbaycan xalqının öz tarixi torpaqlarına varislik hüququ bərpa olunmalıdır.

 

Rus mütəxəssislər də etiraf edir...

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, 19-cu əsrin 20-30-cu illərində Zəngəzur və digər Azərbaycan torpaqlarının qeyd şərtsiz olaraq ermənilərə verilməsi həyata keçirilib: “Bunu sübut edən yüzlərlə dəlillər, sənədlər mövcuddur. Hətta, rus mütəxəssislər də etiraf edir ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Ona görə də biz həmin tarixi unutmamışıq. Nədənsə, bir növ adət etmişik ki, hər hansı bir hadisə baş verən kimi, ondan əvvəlkini tez unuduruq. Göyçəni, Zəngəzuru, Qarabağı unutmaq olmaz”.

S.Rüstəmxanlı qeyd edib ki, Zəngəzurun, İrəvanın Ermənistana verilməsi tarixi faktdır: “Zəngəzur, İrəvan Azərbaycanın tarixi torpaqlarıdır. Bunu Ermənistan gizlədə bilər. Ancaq Azərbaycan tərəfi əsla unutmamalıdır. Ona görə də biz Qarabağla yanaşı, Zəngəzur və İrəvanın da geri qaytarılması məsələsini qaldırmalıyıq”.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov “Buraxılmış səhvin acı nəticələri” adlı məqaləsində qeyd edir ki, Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı…

 

 

İnformasiya savaşı prioritet kimi

 

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə vurğuladı ki, Azərbaycan Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı ilə Ermənistan dövlətinin yaradılması üçün siyasi mərkəz olaraq Azərbaycan ərazisi kimi beynəlxalq hüquqda tanınan İrəvanı güzəştə getməli olub: “1828-1917-ci illər Rusiya sərhəd xidmətinin sənədlərində İrəvan Azərbaycan tatarlarının (türkləri) ərazisi kimi göstərilirdi. Maraqlı üç sənəd göndərdilər Rusiya arxivindən. Rus müəllifi yazır ki, İrəvani ermənilərə bolşeviklər hədiyyə etdi. Sənəddən bir sitat : "В период царской России топонимы тюркского происхождения на территории Иреванской губернии были сохранены. Исключение составили лишь названия трёх городов - Иреван стал называться Эривань(1828), Гюмрю был переименован на Александрополь(1837), Кевер – на Ново-Баязет(1850). "Osmanlı, Amerika, Rusiya, Almaniya və Britaniyanın Batum konfransında Azərbaycana edilən təyziqlər və müstəqilliyimizin tanınmayacağı ilə bağlı şantajları İrəvanın ərazi olaraq itirilməsinə səbəb oldu. İmzalanmış müqaviləyə əsasən, Ermənistanın ərazisi 9 min kv. km, əhalisi 326 min nəfər təşkil edirdi. Ermənistan ərazisi Basarkeçər quberniyası (Nor Bəyazid), İrəvan quberniyasının 3/5 hissəsi, Üçmiədzinin bir hissəsi, İsgəndərunun bir hissəsini əhatə etməklə, əhalisinin 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürd və 11 min digər millətlər təşkil edirdi. Ermənistan Respublikası Qafqazda yaşayan bütün ermənilərin 1/9 hissəsini özündə birləşdirirdi. Lakin sənədlərdə İrəvan siyasi Mərkəz kimi Ermənistan dövlətinə yox Ermənistan Federasiyası olacaq gələcək bir dövlətə verilib. Danışıqlar zamanı İrəvan o şərtlə güzəşt edilirdir ki, Ermənistan Respublikası ərazisində yaşayan müsəlman əhalisinin dininə, adət-ənənələrinə hörmət ediləcək. Müsəlmanlar digər millətlərlə yanaşı eyni hüquqa malik olacaq, öz dillərində danışıb, təhsil ala biləcəklər. Eyni zamanda Ermənistan Respublikası öz əraziləri daxilində heç bir qanunsuz silahlı dəstələrin formalaşmasına imkan verməyəcək və bu ərazilərdən qonşu dövlətlərin ərazisinə qanunsuz silah keçirilməsinin qarşısını alacaq”. Onun fikrincə, Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər: “Lakin yuxarıda qeyd etdiyim maddələrə nəzər salsaq görərik ki, Ermənistanın müstəqilliyinin tanınması üçün maddələrdə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozublar. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, fond 276, siyahı 9, iş 1, vərəq 47-də yazılır “Ermənistan dövlətinin ərazisi Azərbaycan torpaqları hesabına 20 min kvadrat kilomet artarat 29, 7 min kavdrat kilometrə çatdı. Beynəlxalq hüquq nöqteyi nəzərindən məsələyə baxsaq bu gün Azərbaycan İrəvanı rəsmən tələb edə bilməz. Çünki BMT, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən İrəvan Ermənistanın ərazi vahidi kimi qəbul edilib. Bütün rəsmi danışıqlarda da İrəvan Ermənistanın paytaxt şəhəri kimi göstərilir. Ancaq burda 1918-ci ildə bağlanmış müqavilə var ki, ona görə də Ermənistan həmin müqavilənin şərtlərinə əməl etməlidir. Etməyəcəyi təqdirdə Azərbaycanda hüquqa müraciət edə bilər. Bunun üçün nə etmək lazımdır: 1) Müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin hüquqi varisi kimi Ana Yasaya bənd əlavə etməlidir. 2) Azərbaycan Milli Məclisi Milli Şuranın 1918-ci ilin 29 may tarixində İrəvanın Ermənistana verilməsi ilə bağlı qərarını ləğv etməklə bağlı məsələ qaldıra bilər. Milli Məclis beynəlxalq hüquq normalarından yararlanaraq Parlamentin çıxardığı qərarı hüquqi varis olaraq ləğv edə bilər. 3) Bütün rəsmi yazışmalar və sənədlərdə İrəvanın Ermənistan paytaxtı olaraq yazılmasın yığışdırmaq olar. 4) Bundan sonra Azərbaycan tərəfi Azərbaycan Respublikasında mövcud olan Qanunvericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlılıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər. Buna görədə Ermənistan bu hüquqdan yararlanaraq rəsmi Azərbaycana müraciət edib müqavilənin müddətin uzadılmasın xahiş edə bilər. Çünki Ermənistan xarici hüququ şəxs olaraq Azərbaycanın hüquqla tanınan torpaqlarında daimi sahibkarlıq əldə edə bilməz. Düzdür, dünya Ermənistanın ərazisini tanıyıb. Mövcud dünya xəritəsi qəbul edilib. Amma dünya həqiqətləri də bilməlidir. Belə münasibət bizə qarşı da formalaşmalıdır. Biz kimdənsə torpaq istəmiriksə, bizdən alınmış torpaqlar da geri qaytarılmalıdır”. Z.Əliyev əlavə edib ki, beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır: “Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqi və siyasi. Biz də bundan yararlana bilərik. Məsələyə bu tərəfdən baxanda, İrəvanın geri qaytarılması o qədər də real görünmür. Amma hüquqi baxımdan bizim beynəlxalq təşkilatlara müraciət etməyimiz mütləq lazımdır. Ən az, təbliğat xarakterli kampaniya aparmaq olar. Ermənilərin işğalçı olduqları və bu işğallarla Azərbaycan ərazilərində özlərinə dövlət qurduqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün bu lazımdır.

Fətəli xan Xoyski 1918-ci il 31 iyulda İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə məktubunda yazır ki, “əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından vaz keçməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik"...

Ekspert onu da bildirib ki, itirilmiş torpaqların qaytarılması üçün sadəcə olaraq informasiya savaşında iştirak etməliyik: “Dünya mediasına çıxışlar etməliyik. Qarabağ TV olaraq biz bu işi görürük. Lakin bu daha geniş şəkildə və sistemli olaraq aparılmalıdır”.

 Əli Zülfüqaroğlu

Elnur Eltürk


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM