Ermənistan rəhbərliyinin bu cəhdləri cəfəngiyatdır - Hikmət Hacıyev

20:47 / 12.10.2018

Ermənistan rəhbərliyinin Ermənistan-Azərbaycan münaqişəsinə insan hüquqları donu geyindirməsi cəhdləri və Azərbaycanın guya erməni əhali olmadan əraziləri tələb etməsi barədə iddiaları tamamilə əsassızdır və cəfəngiyatdır.

Strategiya.az xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın ərazilərini, o cümlədən Dağlıq Qarabağ bölgəsini və yeddi ətraf rayonu işğal edib və həmin ərazilərdə qondarma separatçı rejim yaradıb. Ermənistan Azərbaycana qarşı təcavüzünün tərkib hissəsi olaraq, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan çoxsaylı hərbi cinayətlər, insanlıq əleyhinə cinayət əməlləri törədib.

İşğal edilmiş Dağlıq Qarabağın azərbaycanlı icmasına və ətraf rayonların sakinlərinə qarşı qanlı etnik təmizləmə törətməklə Ermənistan yerli azərbaycanlı əhali olmadan həmin əraziləri qanunsuz yolla ilhaq etmək kimi məqsədlər güddüyünü açıq şəkildə nümayiş etdirir.

Bir milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının ən ümdə hüquqlarını kobud şəkildə pozduğu halda, Ermənistanın insan hüquqlarından danışması hər hansı siyasi, hüquqi və mənəvi çərçivəyə sığmır.

Bu siyasətin davamı olaraq, Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar etməyə çalışır. Həmçinin hər bir vəchlə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun yaradılmasına imkan vermir.

Hikmət Hacıyev qeyd edib ki, fundamental insan hüquq və azadlıqları universal xarakter daşıyır və bütün insanlığa şamil olunaraq bərabər əsasda və ayrı-seçkilik olmadan tətbiq olunmalıdır. 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında təsbit olunduğu kimi, "bütün insan hüquqları universaldır, ayrılmazdır, qarşılıqlı şəkildə asılı və bağlıdır”. İnsan hüquqları üzrə beynəlxalq sənədlərdə aydın şəkildə təsbit olunub ki, başqalarının hüquqlarının pozulması halında heç bir hüquq və azadlıq ifadə oluna bilməz.

Ermənistanın bu cür iddiaları işğal siyasətini gizlətmək, real vəziyyət barədə qeyri-həqiqi təəssürat yaratmaq və beynəlxalq ictimaiyyəti aldadaraq, münaqişənin əsasını təşkil edən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin hərbi işğalı faktından diqqəti yayındırmaq cəhdlərindən başqa bir şey deyil.

Ermənistan başa düşməlidir ki, hərbi təcavüz və qanlı etnik təmizləmə və insan hüquqlarının kütləvi şəkildə və kobud pozulması ilə müşayiət olunan vəziyyət heç vaxt legitim qəbul oluna bilməz. Ona görə də beynəlxalq ictimaiyyət yekdilliklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

İşğalçılıq siyasətinə son qoymadan və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirmədən Ermənistanın demokratik və sivil cəmiyyət qurmaq barədə iddiaları sözdən başqa bir şey deyil.

Monoetnik dövlət olan Ermənistandan fərqli olaraq, Azərbaycan mültikultural və inklüziv cəmiyyətə malik dövlətdir. Müxtəlif etnik və dini icmalar Azərbaycanda əsrlər boyu sülh şəraitində birgə yaşayırlar. Bu gün dövlət siyasəti ilə bu ənənələr daha da gücləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşayışı üçün imkanlar yarana bilər. Nəticə etibarilə də regionda davamlı sülh, sabitlik və təhlükəsizlik təmin olunar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM