Frankofoniya üçün qara ləkə: Paşinyanın sərsəm çıxışı

09:35 / 16.10.2018

Sülh, əməkdaşlıq və sabitliyə həsr edilmiş bir beynəlxalq tədbirin Ermənistanda keçirilməsi əsrin anlaşılmazlıqlarındandır. Çünki Cənubi Qafqazda yalnız Ermənistan regionun iki böyük dövləti ilə diplomatik münasibətlər qura bilməyib, uzun illərdir ki, bütün qonşu ölkələrə ərazi və mədəni iddialar edir, Azərbaycanın torpaqlarının 20 faizini havadarlarının yardımı ilə işğal edib və başqa böyük dövlətin forpostudur. Bunlar o deməkdir ki, Ermənistan adlı ölkə nə müstəqildir, nə suverendir, nə də sivil xarici siyasət yeridə bilir. O, satellit dövlət kimi kənardan verilən əmrlərə tabedir. Belə bir statusu olan dövlətin hansısa ciddi beynəlxalq tədbiri keçirməsi dərk edilən deyil. Bu səbəbdən Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitinin tam iflasa uğradığı haqqında danışmaq olar. Zaman gələcək, avropalıların özləri deyəcəklər ki, "Frankofoniya İrəvanda öldü və Parisdə dəfn edildi". Nikol Paşinyanın da İrəvanda keçirilən 17-ci sammitdəki çıxışı, dəfn mərasimi üçün hazırlanmış nekroloq idi.

Təcavüzkarın "sülhsevərliyi": Frankofoniya ziddiyyətləri

Müasir geosiyasi proseslərdə ziddiyyətlər kifayət qədərdir. Bir neçə ildir ki, analitiklər, siyasi liderlər və ekspertlər faktiki olaraq bundan bəhs edirlər. Belə bir nəticənin çıxarılması əsassız deyil. Məsələ belədir ki, real olaraq qlobal və regional siyasətdə elə təzadlı hadisələr baş verir ki, onları sağlam məntiqlə izah etmək mümkün deyildir. Daha düşündürücüsü odur ki, həmin hadisələrin real məzmunu barədə hətta böyük dövlətlərin liderləri riyakarlıqla danışırlar. Yəni həqiqəti etiraf edib, ədalət prinsipinin tapdandığını açıq bəyan etmək əvəzinə, yalanı, haqsızı, təcavüzkarı dəstəkləməyə cəhd göstərirlər. Ermənistanda keçirilən Beynəlxalq Frankofoniya sammitində də bu mənzərə müşahidə edildi.

Öncə qeyd edək ki, dünyanın 5 fərqli qitəsində 890 milyon insanın yaşadığı, 58 dövlətin təmsil olunduğu və əsasən fransızdilli ölkələri özündə birləşdirən bu təşkilatın sammitinin Ermənistanda keçirilməsinin özü nonsensdir. Onu nəzərə almaq lazımdır ki, Frankofoniya, əslində, sülh, barış, əməkdaşlıq, dostluq, birlik kimi ülvi məqsədlərə xidmət etməlidir. Ancaq onun lideri indi də 90 min kilometrdən çox sahəsi olan müstəmləkəsi ilə Fransadırsa, hansı bərabərlikdən, insan haqlarından, sülhdən və əməkdaşlıqdan danışmaq olar?

Digər tərəfdən, ekspertlər yekdilliklə vurğulayırlar ki, Ermənistanın nə coğrafi, nə geosiyasi, nə də mədəni faktor kimi fransız dilinə heç bir aidiyyəti yoxdur. Üstəlik, Ermənistanın sülh və barışı, əməkdaşlıq və bərabərliyi öz şüarı etmiş bir təşkilatda təmsilçiliyi bir yana, 2 illik ona sədrlik etməsi müasir siyasətin paradoksal ziddiyyətlərindəndir.

Əslində, burada bir məntiq vardır. Çünki bu təşkilatda nüfuz uğrunda Kanada ilə ölüm-dirim savaşı aparan Fransanın özü yuxarıda qeyd etdiyimiz kimi hələ də koloniya saxlayır. Necə deyərlər, "oxşar oxşarına can atır". Bu qədim yunan aforizmi öz təsdiqini 17-ci Frankofoniya sammitindəki çıxışlarda, intriqalarda və yekun bəyannamədə öz əksini tapdı. Lakin bu saxtalıq, yalan və ikili standart, daha çox Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışında əks olundu.

Bu adam utanmadan cəmi bir neçə dəqiqə çəkən çıxışında dörd dəfə "birgə yaşamaq" ifadəsini işlədib. Özü də müxtəlif kontekstlərdə. O, "azad, ədalətli və həmrəyliyin olduğu" cəmiyyətdə, "ümumi rifahın hökm sürdüyü, zəngin Frankofoniya məkanında", "həmrəyliyə, humanitar dəyərlərə və müxtəlifliyə hörmətin olduğu bir məkanda", "sülh və tərəqqi regionunda" birgə yaşamaqdan dəm vurub. Reallıq isə göstərir ki, bütün bu gəlişigözəl sözlərin nə Ermənistana bir ölkə kimi, nə də N.Paşinyana bir lider kimi aidiyyəti vardır. Bunlar tamamilə əks qütblərdə qərar tutmuş varlıqlardır.

"Qoçaq uşağın" yalanları: erməni lider kimi aldadır?

Faktlara baxaq. Öz ərazisindən bütün qeyri-erməniləri, əsasən də Azərbaycan türklərini qovan bir ölkənin cəmiyyəti necə azadlığa, insan haqlarına, ədalətliliyə və həmrəyliyə nümunə ola bilər? Frankofoniya yarandığı vaxtdan 22 il sonra Ermənistan bəşəriyyətə qarşı Xocalı soyqırımı kimi dəhşətli bir cinayəti törədib. Buna baxmayaraq, Ermənistanı həm bu təşkilata üzv qəbul ediblər, üstəlik, ona sədrliyi də verirlər. Ədalət budurmu? Həmrəylik budurmu? Kimlərin həmrəyliyidir – koloniyaçıların, işğalçıların, istismarçılarınmı?

Və bu barədə işğalçı Ermənistanın baş naziri Frankofoniyanın sammitində bəhs edir. Dünyaya ağıl öyrətməyə çalışır. O deyir ki, biz (yəni ermənilər) "Frankofoniya məkanında birgə yaşamaq" ideyasına sadiqik. Onda Fransa da Ermənistanın ancaq ermənilərin yaşadığı məkan olması kimi şovinist ideyasına sadiqdir. Onda bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində nə işi var? Bundan başqa, "ümumi rifahdan" dəm vuran N.Paşinyana niyə sual etmirlər: "Ermənistan hansı proqramı ilə regionun ümumi rifahına xidmət edib və edir?". İrəvan, ümumiyyətlə, bu növ proqramlar hazırlamayıb və belə görünür ki, o qabiliyyətdə də deyil. Ancaq Frankofoniyanın 58 üzvünün nümayəndələri oturub N.Paşinyanın riyakarlığını sakitcə seyr edirlər.

N.Paşinyan isə özünün haqlı olduğunu xəyal edərək həmrəyliyə, humanitar dəyərlərə və müxtəlifliyə hörmətdən danışır. Buyurun, ölkəsindən müxtəliflik yarada biləcək bütün demoqrafik və mədəni dəyərləri deportasiya edəndən sonra müxtəlifliyə "hörmət"dən danışmağın ən həyasız variantı! Ermənistanda barmaqla göstərməyə bir qeyri-erməni qalmayıb, ancaq frankofoniyaçılar erməni baş nazirin bu cəfəng sözlərini dinləyirlər, lakin etiraz etmirlər. Heç sual da verilmir ki, "bəs, siz Ermənistanda bu müxtəlifliyi necə təmin edirsiniz ki, başqa kontekstdə monomillətdən bəhs edirsiniz?".

N.Paşinyan isə zalın susduğunu görüb, səsini ucaldır: "Ekstremizm, dözümsüzlük və nifrətə qarşı birgə yaşamalıyıq"! Əcəba, bunu erməni siyasətçi deyir? Bəs, hər an türklərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlədən, saxta danışan, türkə nifrət yayan, adi idman yarışında belə "müsəlman zibil" ifadəsini işlədən erməni deyilmi? Və bunu eşidəndə Emmanuel Makron, Castin Trüdo, Mişel Jan, görəsən, azacıq da olsa, vicdan əzabı, xəcalət çəkdilərmi?

Burada da müqavimət görməyən N.Paşinyan xroniki psixoloji eybəcərliyini ortaya qoyur. O, Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində "ziddiyyətli mövqe" tutmaqda ittiham edir, Dağıq Qarabağ "xalqının" danışıqlarda əsas söz sahibi olması cəfəngiyatını təkrarlayır, sülh yolu ilə həldən dəm vurur və hamını "daha ədalətli və dözümlü dünya qurmağa" dəvət edir.

Erməni baş nazir çəkinmədən "yeni soyqırımların qarşısı alınsın" kimi ifadə də işlədir. Özü də fikrini əsaslandırmaq üçün BMT qətnamələrinə müraciət edir. Bunun da nə dərəcədə saxta və sərhədsiz bir iddia olduğu aydındır. Birincisi, Ermənistan istinad etməyə çalışdığı BMT-nin dörd məlum qətnaməsini uzun illərdir ki, heçə sayır, onları faktiki olaraq qəbul etmir. Həmin qətnamələrdə aydınca yazılıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Buna nə fikir verən, nə də əməl edən bir ölkənin baş naziri hansı əsasla "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Konvensiyana əməl edilməsindən danışır? Özü də bu barədə N.Paşinyan BMT TŞ-nin üzvlərindən birinin dövlət başçısının üzünə deyir. Halbuki dörd qətnamənin qəbuluna Fransa da səs verib. Bunu Fransanın öz səsini "udması" kimi qəbul edə bilərikmi?

İkincisi, Xocalı soyqırımını bütün dünyanın gözü qarşısında törətmiş bir dövlətin baş nazirinin "soyqırımlar olmasın" deməyə nə mənəvi, nə siyasi, nə də insani haqqı vardır. İşğalçı hələlik əsir saxladığı minlərlə azərbaycanlını azadlığa buraxsın, zəbt etdiyi torpaqları tərk etsin və Xocalıya görə Azərbaycan xalqından və dünyadan üzr istəsin, sonra hansısa təklif verməyi düşünsün. Bunlar olmasa, hansı məqamda olmasından və hansı tədbirdə çıxış etməsindən asılı olmayaraq, heç bir erməni siyasətçi "yeni soyqırımlar olmasın" demək haqqına sahib deyil!

Bütün bunların fonunda Frankofoniya təşkilatının 17-ci sammitinin qəbul etdiyi "Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu" adlı qətnamədə münaqişələrin gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılmasının ifadə olunmasının birbaşa Ermənistana aidiyyəti olduğu aydın görünür. Çünki həmin şərtləri pozan yalnız Ermənistandır. Helsinki Yekun Aktının müddəalarına əməl etməyən rəsmi İrəvandır.

Çox təəssüf ki, bütün bunlar Fransa prezidenti və Kanadanın baş nazirinin iştirak etdiyi tədbirdə baş verib. Görünür, onların hər ikisini Frankofoniyaya kimin liderlik etməsi məsələsi düşündürüb, N.Paşinyanı heç dinləməyiblər. Parisi Kanadanın Afrikadakı fəallığı narahat edir, Ottavanı isə Fransanın bunu qısqanclıqla qarşılaması düşündürür. Milyonlarla insan isə yüksək tribunalardan paşinyanların yalanını eşitmək məcburiyyətindədir. Bu səhnə təşkilatın baş katibi Mişel Janın "Frankofoniya ölü təşkilatdır" qənaətini tam təsdiq edir. Nikol Paşinyanın çıxışı isə ölü təşkilatın dəfn mərasimində söylənən məzmunsuz nekroloqdur!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiyanın Baş naziri Peter Pelleqrininin geniş tərkibdə görüşü

13.11.2018

Prezident İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə pay bölgüsü sazişini təsdiqləyib

13.11.2018

General KƏRİM KƏRİMOV fenomeninin sirri-FOTOLAR

13.11.2018

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Peter Pelleqrini ilə görüşüb

13.11.2018

İş icraçıları tərəfindən yolda hər hansı bir təhlükəsizlik tədbiri görülməyib

13.11.2018

Nursultan Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

13.11.2018

Qazaxda balıq tutarkən cərəyan vurması nəticəsində öldülər

13.11.2018

"KTMT çərçivəsində müttəfiq dövlətlər bu kimi ifadələrin işlədilməsinə həssaslıqla yanaşmalıdır"

13.11.2018

Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb

13.11.2018

Gecə saatlarında gözlənilən hava şəraiti açıqlanıb

13.11.2018

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yayıb

13.11.2018

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

13.11.2018

Çörək insanda bu ÇATIŞMAZLIĞI YARADIR - Məşhur alimdən ŞOK XƏBƏRDARLIQ

13.11.2018

Daha bir məşhur futbolçu karyerasını bitirdi

13.11.2018

Sosial şəbəkələrdən istifadə edənlərin NƏZƏRİNƏ! Hesabınız oğurlana bilər – VİDEO 

13.11.2018

Bakıda akrobatika gimnastika üzrə Dünya Kubokunda iştirak edəcək azərbaycanlı idmançıların podium məşqləri başlayıb

13.11.2018

Yasamalda tələblərə uyğun olmayan ət kəsimi qurğuları sökülüb

13.11.2018

“Artıq neçəncidir bilmirəm” – 40 dəfə peşman oldum deyən oğrunun NÖVBƏTİ ƏMƏLİ – VİDEO

13.11.2018

Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib

13.11.2018

Qəzza sektoruna hava hücumu nəticəsində beş fələstinli həlak olub

13.11.2018

2040-cı ildə OPEC-in qlobal neft hasilatındakı payı 45 faizə çatacaq

13.11.2018

Cəlilabadda əkin sahəsində narkotik vasitələr aşkarlanıb

13.11.2018

Fasilədə aş yedi, komandadan qovuldu - "Beşiktaş"da maraqlı olay

13.11.2018

Azərbaycana narkotik vasitələr keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

13.11.2018

Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

13.11.2018

"Samur" gömrük postunda avtomobilin yanacaq çənində külli miqdarda siqaret aşkarlandı 

13.11.2018

Azərbaycan ordusunun komanda-qərargah hərb oyunları davam edir

13.11.2018

Cənub Qaz Dəhlizinin seqmenti olan layihələrin icra vəziyyəti açıqlanıb

13.11.2018

FHN: Məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğın zamanı on nəfər xilas edilib

13.11.2018

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, yaralananlar var

13.11.2018

Sabah hava necə olacaq? 

13.11.2018

Gəncədə qazıntılar zamanı silah-sursat tapılıb

13.11.2018

Azərbaycanda axtarışda olan şəxs Türkiyədə saxlanılaraq ekstradisiya edilib

13.11.2018

Bərdədə avtomobil iki piyadanı vurub, biri ölüb

13.11.2018

SWIFT İran Mərkəzi Bankını öz sistemindən kənarlaşdırdı

13.11.2018

Futbolçular və azarkeşlər hakimin çənəsini sındırdılar

13.11.2018

Gündüz saatlarında hava yağmursuz keçəcək

13.11.2018

"Azərişıq": Qış aylarında elektrik enerjisi ilə təchizatda heç bir problem olmayacaq 

13.11.2018

Tramp Təhlükəsizlik nazirini istefaya göndərir

13.11.2018

Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

13.11.2018

Cəbhə xəttində monitorinq keçiriləcək

13.11.2018

Gürcüstandan Azərbaycana 61 mobil telefonun qanunsuz keçirilməsinin qarşısı alınıb

13.11.2018

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

13.11.2018

“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib

13.11.2018

Şəhid vərəsələrinə ödəmələrin verilməsinə başlanıldı

13.11.2018

Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

13.11.2018

Alleqri A Seriyasının ən yaxşısıdır - 4-cü dəfə

13.11.2018

Salyanda ağır qəza: ölən və yaralananlar var

13.11.2018

Dollarla bağlı mühüm proqnozlar

13.11.2018

Ukrayna və ABŞ arasında strateji enerji dialoqunun başlanmasına dair razılıq əldə edilib