Ölüm ayağında olsalar, təcili yardım gəlməyəcək – Ünvansız ünvanlar – VİDEO

12:11 / 16.10.2018

Biri “Parnik” yolu deyir, o biri beton yolu 

Bakının Binə qəsəbəsində, südçülük sovxozunda bəzi məhəllədaxili ərazilərdə mənzil başına çatmaq üçün sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.

Xüsusilə yanğın söndürən və Təcili Tibbi Yardım maşınları ərazini tapa bilməyəndə əsl faciə yaşanır.

Manaf Rəhmətov – Sakin: “Burada 40 min millət yaşayır. Ünvan yoxdur. Divarın üstündəki “döngə 20” tablosunu mən yazmışam. O rəsmi ünvan deyil, özüm yapışdırmışam. Bura biri “Parnik” yolu deyir, biri beton yolu deyir. Kimin kefi nə istəyir deyir”.

Sakin: “Təcili yardım maşını gələndə bilmir hara getsin. Çətinlik çəkirik. Əlimizi qaldırırıq ki, filan döngədən dönün”.

Sakin: “Bilmirik, hansı yolla gələk”.

Maraqlıdır, adsız ünvanlarda yaşayan sakinlər kommunal xidmətləri necə ödəyirlər?

Sakin: “Ünvan görünmür, bircə ad, familiya, Xəzər rayonu”.

Sakinlərin yaşadığı evlər və torpaq sahələri bir rayona aiddir, kommunal xidmətlər isə digər rayonların balansına ödənilir. 
Qısası, Xəzər və Sabunçu rayonları arasında hələ də bölüşdürülə bilməyən ərazilər Abşeronun balansındadır.

Xəzər RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı: “O ərazilər İcra Hakimiyyətinə verilməyib. Bələdiyyəyə verilib ki, inzibati ərazidir. Özümüz də bilmirik ki, haranın balansındadır”.

Ramil Osmanl
ı – Ekspert: “O yerlər problemli ərazilərdir. Orada 300-dən artıq qanunsuz tikililər var. Problemi aradan qaldırmaq üçün kifayət qədər resurs lazımdır. Onu da heç kim öz üzərinə götürmür”.

Ekspertlərin sözlərinə görə, Sovet dövründən qalma bu problemi Bakı Şəhər İcra Hakimiyyəti çoxdan çözməli idi. Məsələ Əmlak Məsələləri Dövlət Komitəsinə verilsə, bu sahədə müsbət dəyişiklik ola bilər. Həm sakinlərin rahatlığı təmin edilər, həm də qurumların məsuliyyəti bir-birinin üzərinə atmasına son qoyular.


Etiket:

Strategiya.az

Xəbərlər
15.01.2019

Dənizdə güclü küləklə bağlı 1700-dən çox neftçi təxliyə edilir

15.01.2019

Arif Alışanov AzTV-dən çıxarıldı - Rəsmi

15.01.2019

Qeydiyyat dayandırılıb

15.01.2019

İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir

15.01.2019

Fevralın 1-dən tələbələrin köçürülməsi başlayır

15.01.2019

Ceyms Harden Brayantı geridə qoydu və komandası qələbə qazandı

15.01.2019

Oxu Akademiyasının təqdimat mərasimi keçirilib

15.01.2019

İranın buraxdığı peyk təyinat nöqtəsinə çata bilməyib

15.01.2019

BNA sürücünün iddialarına cavab verdi

15.01.2019

Mərkəzi Avropa Universiteti Budapeştdən Vyanaya köçür

15.01.2019

Ana və bala bəbirin görüntüləri qeydə alınıb

15.01.2019

İsrail Misirə təbii qaz ixracına başlayır

15.01.2019

Əvvəllər məhkum olunmuş Vaqif Tağıyev saxlanılıb

15.01.2019

Həbsxanaya spirtli maddə keçirilməsinin qarşısı alınıb

15.01.2019

Abşeronda paleolit dövrünə aid yeni abidələr tapıldı

15.01.2019

Yığmalarımız yoxlama oyununda qarşılaşıblar

15.01.2019

“Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib

15.01.2019

Bakı sakinini ülgüclə hədələyən şəxs saxlanılıb

15.01.2019

Prokurorluq orqanları korrupsiyaya qarşı mübarizəni fəaliyyətinin başlıca xətti kimi müəyyən edib

15.01.2019

Nazir: TAP-ın icrası Yunanıstan hökumətinin enerjiyə dair əsas məqsədlərindən biridir

15.01.2019

Havanın temperaturu 10 dərəcə aşağı enəcək

15.01.2019

Şərur MTK-ya qarşı məhkəmə qərarı, vətəndaşlar Birinci-Vitse Prezidentə təşşəkür etdilər

15.01.2019

DPA: Almaniyanın səkkiz hava limanında tətil başlayıb

15.01.2019

Bakı Metropoliteni maşinist peşəsi üzrə namizədlərin işə qəbulunu elan edir

15.01.2019

Bakıya ilk qar yanvarın 17-də yağa bilər

15.01.2019

Bugünkü hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

15.01.2019

"Hazırda yalnız "Qarabağ"ı düşünürəm" - Aqolli

15.01.2019

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

15.01.2019

Ağ evdə “fast food” ziyafəti təşkil olunub

15.01.2019

İtkin düşən Quba sakini tapıldı

15.01.2019

Bu cinayət barədə iki istiqamətdə araşdırma gedir - RƏSMİ AÇIQLAMA

15.01.2019

Bakıda bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib

15.01.2019

Yasamalda qətl hadisəsinə görə 2 nəfər tutuldu

15.01.2019

İŞİD Nigeriyada Rann şəhərini ələ keçirdi

15.01.2019

“Azeri Light”ın bir barreli 62,11 dollara satılır

15.01.2019

Berlin Vaşinqtona xəbərdarlıq edib

15.01.2019

Neftin qiyməti bahalaşır

15.01.2019

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

15.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılın

15.01.2019

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

15.01.2019

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 25 şəxsi cinayət başında yaxalayıb

15.01.2019

Narkotik vasitəni aldığı mənbə də müəyyən edildi

15.01.2019

Cəbhədən son xəbər

15.01.2019

Bakının bir hissəsində qaz olmayacaq

15.01.2019

Sürücülərin NƏZƏRİNƏ! Parkinq qiymərlərində artım olacaqmı? – VİDEO

15.01.2019

Papa Rumıniyaya gedir

15.01.2019

Qvardiola transfer bazarındakı çətinlikdən danışdı - "Onlara uduzuruq"

15.01.2019

Xarici valyutaların manata qarşı məzənnələri

15.01.2019

Pedro da "Qarabağ"a qayıda bilər

15.01.2019

Nazirlikdən pensiyalarla bağlı AÇIQLAMA - Yaxın günlərdə...