Bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşdü

13:47 / 17.10.2018

Əmlak Məsələləri Dövlət Komitəsinin "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası yeni və müasir formatda fəaliyyətə başlayır.

 

Komitədən verilən məlumata görə, kampaniya çərçivəsində bölgələri gəzəcək əmlakın yeni mobil qeydiyyatı ofisi işə düşüb. Bu məqsədlə ən müasir texnoloji avadanlıqlarla təchiz edilən iri ölçülü nəqliyyat vasitəsi vətəndaşların xidmətində olacaq. Mobil qeydiyyat ofisi əvvəlcədən elan edilmiş yerlərdə, saat 9:00-dan 17:00-a qədər sakinlərin xidmətindədir. Bu vasitə ilə qeydiyyat sahəsində proaktiv xidmətlər birbaşa vətəndaşın olduğu məkana üz tutur.

Səyyar ofisin hansı bölgədə olmasından asılı olmayaraq vətəndaşlar ərazi idarələrindəki kimi bütün növ qeydiyyat xidmətlərindən yararlana bilirlər. Optik şəbəkə kabelinin qoşulması ilə Milli Qeydiyyat Sisteminin baza məlumatlarına birbaşa bağlantının yaradılması buna imkan verir. Həmçinin bununla müxtəlif növ qeydiyyat xidmətləri çevik və operativ qaydada həyata keçirilir.

Vətəndaş məmnunluğunun artırılması, onların daha rahat və sadə proseduralarla qeydiyyat xidmətlərindən faydalanması üçün fəaliyyətin müasir və modern əsaslarla qurulması diqqət mərkəzində saxlanılıb. Belə ki, mükəmməl fəaliyyət prosesi üçün müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları tətbiq edilib. Yeni mobil ofisdə nəzarətin təmin edilməsi üçün videomüşahidə sistemi quraşdırılıb.


Müasir proqram təminatı ilə eyni anda bir neçə vətəndaşa müxtəlif növ qeydiyyat xidmətləri göstərmək mümkündür. Bundan başqa, nəqliyyat vasitəsinin həm daxilində həmdə xaricində qeydiyyatla bağlı maarifləndirici məlumatları əks etdirən monitorlar quraşdırılıb. Hüquqi prosedurları izah edən elektron monitorlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı zəruri sənədlərin siyahısı, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Həmçinin burada vətəndaşlar əmlakın qeydiyyatı üçün tələb olunan xidmət haqları və rüsumlar barədə məlumat əldə edə bilir.

Əhaliyə daha yaxın olan səyyar nəqliyyat vasitəsində daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydiyyatı, texniki pasportun verilməsi, qeydiyyat arayışlarının əldə edilməsi, o cümlədən dublikatın verilməsi mümkündür. Həmçinin bu mobil ofisdə daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi, ünvan barədə məlumatların verilməsi, daşınmaz əmlakın fərdi qiymətləndirilməsinin aparılması kimi işlər görülür.

Hazırda "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyanın bu həftəki ünvanı Xırdalan şəhəridir. Sakinlər 15-19 oktyabr tarixlərində, saat 09:00-dan 17:00-dək Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsindəki (heykəlin yanı, 4 saylı orta məktəbin qarşısı) mobil ofislərə yaxınlaşa bilər. İndiyədək Abşeronun 14 kənd və qəsəbəsində keçirilən kampaniya zamanı 1000-ə yaxın vətəndaşa xidmət göstərilib.



Strategiya.az

Xəbərlər
15.11.2018

Şirvan sakini yol nişanlarının üstündəki lövhələri oğurladı

15.11.2018

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

15.11.2018

Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda uğurla təmsil edib

15.11.2018

Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir

15.11.2018

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

15.11.2018

Cinayət başında yaxalandılar

15.11.2018

Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

15.11.2018

Azərbaycan – Ukrayna: hakim təyinatları açıqlandı

15.11.2018

Çili Azərbaycanda səfirlik açır

15.11.2018

Bu gün Bakının bu ərazisində su kəsiləcək

15.11.2018

ABŞ işğalçı müharibələrə 6 trilyon dollar xərcləyib

15.11.2018

Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

15.11.2018

Payız tətili başlayır

15.11.2018

Neftin qiyməti ucuzlaşır

15.11.2018

Axtarışda olan 40 nəfər saxlanılıb

15.11.2018

Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı

15.11.2018

Şinzo Abe: Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub

15.11.2018

Sürücülərə VACİB XƏBƏRDARLIQ: Yol polisi bu gündən 150 manatlıq cərimələrə başlayır

15.11.2018

Arıçılara subsidiyaların verilməsi başa çatır

15.11.2018

Fransa hökuməti Donald Trampın tənqidi tvitlərinə şərh verib

15.11.2018

Kombi quraşdırarkən diqqəli olun! - VİDEO

15.11.2018

Ronaldo 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

15.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı -  Dövlət Himni ilə bağlı

15.11.2018

Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

15.11.2018

Noyabrın 15-də xarici valyutaların manata qarşı məzənnələri

15.11.2018

Atəşkəs 26 dəfə pozulub

15.11.2018

“Vikipediya”da Qarabağ müharibəsində şəhid olan Axıska türklərinin siyahısı yerləşdirilib

15.11.2018

Elçin Əhmədov: Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri

15.11.2018

Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub

15.11.2018

Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb 

15.11.2018

Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

15.11.2018

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi - VİDEO

15.11.2018

Prezident İlham Əliyev: "Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür"

15.11.2018

Notlar dekabrın 12-də ödəniləcək

15.11.2018

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

15.11.2018

Qazaxıstanda ilk dəfə latın əlifbası ilə kütləvi imla yazılıb 

14.11.2018

Evi çirklənmədən necə qoruyaq?

14.11.2018

"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu

14.11.2018

Kəskin bakteriyalara qarşı yeni preparat hazırlanıb

14.11.2018

DİQQƏT! Toylara telefonla giriş qadağan oluna bilər - VİDEO

14.11.2018

Azərbaycan MDB ölkələri arasında birinci, dünyada isə 34-cü oldu

14.11.2018

İsrailin müdafiə naziri Liberman vəzifəsindən istefa verib

14.11.2018

Azərbaycan - Farer adaları oyununun hakimləri

14.11.2018

Azərbaycan ordusunun hərbi birlikləri qarşıya qoyulan vəzifələri icra edirlər - VİDEO

14.11.2018

Ana və övladlarının öldüyü dəhşətli yanğının şahidi DANIŞDI: “Uşaqların səsi gəlirdi” – VİDEO

14.11.2018

Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

14.11.2018

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR - 273 MANAT...

14.11.2018

Azərbaycan məhsullarının ixracı genişlənir

14.11.2018

Türkiyə Mersin sahillərində neft-qaz axtarışına başlayıb

14.11.2018

Azərbaycana gələn şəxsin cibindən 65 boyunbağı, 161 cüt sırğa tapıldı