Bolton və Cənubi Qafqaz: "amerikalı qırğı"nın səfərinin pərdəarxası məqamları

18:43 / 20.10.2018

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. O, buraya Rusiyadan gəlməlidir. Bu məqam əhəmiyyətsiz deyil. Ekspertlər hesab edirlər ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Moskvada C.Boltonu ağır danışıqlar gözləyir. Onu həmkarı Nikolay Patruşev və xarici işlər naziri qəbul etməlidirlər. İstisna deyil ki, prezident Vladimir Putinlə də görüşsün. Sonra isə amerikalı rəsminin Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəyini deyirlər. Bu ölkələrlə C.Boltonun əsas olaraq İran məsələsini müzakirə edəcəyi təxmin edilir. Məsələnin bu tərəfində ziddiyyətli məqamların olduğu haqqında fikir yürüdürlər. Həmin kontekstdə səfərin mümkün geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

İran: Boltonun əsas qayğısı

Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyaya və Cənubi Qafqaz respublikalarına gözlənilən səfəri ilə bağlı ekspertlər müzakirələr aparır, bu səfərin arxasında duran əsas məqamları müəyyənləşdirməyə çalışırlar. C.Boltonun özü turne ilə bağlı fikirlər söyləyib. O, "Salem Radio Network" radiostansiyasının müxbirinə müsahibəsində deyib: "Səbəb bu ilin yayında prezident Tramp və prezident Putinin apardıqları danışıqları davam etdirmək, Amerika-Rusiya münasibətlərindən danışmaq və harada problemlər və fikir ayrılıqlarının, harada tərəqqinin olduğunu anlamaqdır. Sonra Qafqaza səfərdir. Burada məqsəd onların (yəni Cənubi Qafqaz dövlətlərinin – red.) İran, Rusiya və Türkiyə ilə münasibətlərdə oynadıqları mühüm geosiyasi rolu qiymətləndirməkdən ibarətdir" (bax: National Security Advisor John Bolton On His Trip To Russia, The Missing Saudi Jamal Khashoggi, Iran, China and Big Tech / HughHewitt.com, 12 oktyabr 2018).

Lakin ekspertlər C.Boltonun özünün fikirlərinə deyil, başqalarının bu səfər haqqında nə düşündüklərinə daha çox diqqət yetirirlər. Burada da fərqli qiymətləndirmələr vardır. Onların hamısını birləşdirən isə İran məsələsidir. Hesab edirlər ki, C.Bolton Cənubi Qafqaz dövlətlərinə "xəbərdarlıq" edəcək və hətta müəyyən "təzyiqlər" göstərəcək. Digərləri Suriya mövzusunun da gündəmdə olduğundan bəhs edirlər. Bir başqaları isə Əfqanıstan məsələsinə üstünlük veriləcəyini deyirlər.

Bütün bu fərqli fikirlərin yaranmasına, görünür, üç faktor təsir edib. Birincisi, son zamanlar ABŞ-ın Yaxın Şərqdə mövqeyi zəifləyib. İkincisi, Vaşinqton-Moskva-Pekin xəttində gərginlik artıb. Üçüncüsü, bütün təzyiqlərə baxmayaraq, İran geri çəkilmir, əksinə, özü fəallaşır. C.Bolton da amerikalı jurnalistə başlıca mövzunun təhlükəsizliklə əlaqəli olduğunu ifadə edib. Deməli, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri bu səfərində əsasən təhlükəsizlik problemlərini müzakirə edəcək ki, bu da təbiidir. Çünki bu adam məhz təhlükəsizlik üzrə məsuldur. Bəs onda onun bu səfəri nəyə görə böyük hay-küyə səbəb olur?

Öncə, onun Moskvada müzakirələr aparacağı məlumdur. Belə proqnozlaşdırılır ki, C.Bolton üçün söhbət asan olmayacaq. Rusiyadan İran məsələsində güzəşt tələb etmək demək olar ki, imkansızdır. Bu səbəbdən, başlıca olaraq, Tramp-Putin görüşünün imkanlaşdırılması istiqamətində məsləhətləşmələrə üstünlük verilə bilər. Bunun fonunda isə, təbii ki, Ukrayna, İran və Suriya məsələləri haqqında fikir mübadiləsi davam etdirilə bilər. Xatırladaq ki, bir neçə ay bundan əvvəl C.Boltonla Nikolay Patruşev Suriya və İran məsələsində heç bir razılığa gələ bilməmişdilər. Keçən müddətdə tərəflərin hiss ediləcək irəliləyişə nail olduqlarını demək çətindir.

Bunlarla yanaşı, çox güman ki, Kreml Cənubi Qafqaz məsələsində həssaslığını açıq ifadə edəcək. Burada region dövlətləri ilə İranın "arasının vurulmasına" imkan verməmək başlıca məqsəd sayılır. Ona görə səfərin bu hissəsinə ekspertlərin marağı daha böyükdür.

Bakı, Tbilisi, İrəvan: fərqli mövqelər geosiyasi reallıq fonunda

Əsas çətinlik Con Boltonun konkret hansı məqamlara diqqət yetirəcəyi ilə bağlıdır. Bu kontekstdə onun səfərinin riskli tərəflərindən bəhs edirlər. Rusiyalı ekspertlər, əsas olaraq, C.Boltonun Azərbaycan, Gürcüstan və Ermənistana İran məsələsində "təzyiq edə biləcəyindən" ehtiyatlanırlar. Onlar bunu Moskvanın regiondakı geosiyasi nüfuzuna təhlükə olaraq görürlər. Ancaq burada da hər bir ölkənin fərqli reaksiya verəcəyi proqnozlaşdırılır.

Ekspertlər ən zəif yerin Ermənistan olduğunu deyirlər. Çünki Ermənistanın İranla əlaqələri genişdir. Ermənilər üçün ən çətin vaxtlarda İran "həyat yolu" rolunu oynadı. Bu səbəbdən, İrəvanın İranla əlaqələrdən imtina etməsi asan olmayacaq. Lakin ABŞ-a da ermənilər xeyli borcludurlar. İndi bir çox erməninin xilaskar, demokrat dövlətçi kimi gördükləri Nikol Paşinyan ABŞ-ın "yetirməsidir". Həm də İrəvan Amerikanı Rusiyadan qoruya biləcək yeganə güc kimi qəbul edir. Odla su arasında qalan Ermənistanın necə davranacağı məlum deyil. Bununla yanaşı, C.Boltonun Ermənistanla əlaqədar artıq bir acı təcrübəsi var. BMT-də Vaşinqton İrana qarşı sanksiyalar məsələsini qaldıranda Ermənistan layihənin əleyhinə səs vermişdi. Onda C.Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi A.Martirosyanla müzakirədə bunun səbəbini aydınlaşdırmağa çalışmışdı. Lakin Martirosyan təhlükəsizliklə bağlı ümumi mülahizələrdən başqa konkret bir arqument gətirə bilməyib. C.Bolton bundan incik düşüb.

Bu dəfə İrəvanın manevr imkanları çox məhduddur. Çünki bölgədə gərgin geosiyasi mübarizə gedir və hər bir dövlət mövqeyini dəqiq ifadə etməlidir. Artıq ABŞ-ın Ermənistandakı səfiri xəbərdarlıq edib ki, İranla əlaqələr məsələsində Vaşinqtonla məsləhətləşmək lazımdır. Yəni Amerika Ermənistana xərclədiyi kapitalın və N.Paşinyana verdiyi dəstəyin əvəzini gözləyir. Hamı da bilir ki, ABŞ bu kimi məsələlərdə zarafatı sevmir.

Bunlarla yanaşı, Ermənistanda bir sıra ekspertlər C.Boltonun İrəvana səfərində dəstək ifadə edəcəyinə ümidlidirlər. Onlar N.Paşinyanın Ağ evin sifarişlərini yerinə yetirməsinin müsbət təsir edəcəyinə inanırlar. Deməli, C.Boltonun Ermənistana gedişi ziddiyyətli məsələlərin müzakirəsi ilə xarakterizə olunacaq. Ancaq orada hansısa müsbət nəticənin əldə oluna bilinməsi ehtimalı çox azdır. Çünki Ermənistan tamamilə Rusiyadan asılıdır və Kremlin də ABŞ-a münasibəti məlumdur.

Gürcüstanda Con Boltonu daha sevincək qarşılayacaqlarına şübhə edilmir. Hətta artıq bir sıra gürcü rəsmiləri onu səbirsizliklə gözlədiklərini deyirlər. Onlar ümidlidirlər ki, Gürcüstanın təhlükəsizliyi ilə bağlı Vaşinqton bütün imkanlardan istifadə etməyə hazırdır. O cümlədən NATO məsələsində Tbilisi Vaşinqtonun dəstəyinə arxayındır. Bu səbəbdən, ekspertlər Amerikanın Qara dənizə əlavə hərbi güc yerləşdirə bilməsindən ehtiyatlanırlar. Bunu daha çox İrana nəzarət üçün edə bilərlər. Tbilisinin ABŞ-ın bu kimi planlarına etiraz edəcəyi inandırıcı görünmür.

Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycanın müstəqil qərar qəbul edəcəyini mütəxəssislər əminliklə vurğulayırlar. Məsələn, İ.Corbenadze yazır: "Azərbaycan ən mürəkkəb və inadkar ölkə təsiri bağışlayır. Hər şeydən öncə, ona görə ki, Azərbaycan müstəqil, özünü müdafiə edə bilən və istənilən beynəlxalq meydanda özünün milli maraqlarını qoruya bilən ölkədir" (bax: Зачем "американский ястреб" летит на территорию войны / Росбалт, 17 oktyabr 2018).

Təbii ki, Amerika Azərbaycanı KTMT-yə və Aİİ-yə meylləndirmək istəməz. Nəhayət, indiyə qədər Amerika Azərbaycandan nə Rusiyaya, nə də İrana qarşı istifadə edə bilməyib. Rəsmi Bakının müstəqil mövqedə qətiyyətlə dayandığına indi də şübhə yoxdur.

Beləliklə, xarici siyasətdə sərt xətt tərəfdarı olan və xüsusən İrana qarşı aqressiv mövqeyi ilə tanınan C.Boltonun Cənubi Qafqaza səfərinin asan keçməyəcəyi aydın hiss edilir. O, Gürcüstan və Ermənistana öz şərtlərini diqtə edə bilər. Bu ölkələrin hansısa məqamlarda İran əleyhinə mövqedə duracaqlarını istisna etmək olmaz. Daha çox Ermənistanın mürəkkəb durumda olduğunu demək lazımdır. Azərbaycanın isə öz müstəqil mövqeyində qalacağı proqnozlaşdırılır. Bu məqam, əslində, iki dövlət arasında əlaqələrin inkişafında ciddi rol oynaya bilər. Çünki Amerika kimi güclü bir dövlət üçün müstəqil mövqeli tərəfdaşlar daha uyğundur. Deməli, istisna deyil ki, Con Bolton ən səmərəli və real müzakirələri Azərbaycanda aparsın.

Newtimes.az



Strategiya.az

Xəbərlər
22.04.2019

Şri-Lanka prezidenti ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edəcək

22.04.2019

“Formula 1” Azərbaycan Qran Prisinin bolidləri Bakıya gətirilib

22.04.2019

İşə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

22.04.2019

Ali məktəblərə qəbul üzrə yeni onlayn sınaq imtahanına qeydiyyat başlayıb

22.04.2019

İctimai iaşə obyektlərində aparılan montironqlərin nəticələri açıqlandı - SİYAHI

22.04.2019

Problemli kreditlər üzrə kompensasiyalar üçün ilk tranş çərçivəsində AYRILAN VƏSAİT açıqlanıb

22.04.2019

Əlcəzair yığması Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirinə 14 cüdoçu ilə qatılacaq

22.04.2019

Bakıda lombardda külçə fırıldağı - Qızıl adı ilə dəmir verdi, 40 min qabağa düşdü

22.04.2019

Yaponiyanın Baş nazirinin Avropa ölkələrinə, ABŞ-a və Kanadaya səfəri başlayıb

22.04.2019

"Qəbələ"də ciddi itki -"Qarabağ"la oyunları buraxacaq

22.04.2019

Yollarda təhlükə səbəbi - Rayonlara işləyən qanunsuz taksilər – VİDEO

22.04.2019

Sabah intensiv yağış gözlənilir

22.04.2019

Maydakı hərraca 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılıb

22.04.2019

4 təhlükəli terrorçu İraqdan Türkiyəyə gətirilib

22.04.2019

Bakıda evdən silah oğurlayan şəxs tutulub

22.04.2019

Şri-Lankada terror aktları yeddi kamikadze tərəfindən törədilib

22.04.2019

Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - VİDEO

22.04.2019

Heydər Əliyev Mərkəzində "Oxu günü" keçirilib

22.04.2019

Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb

22.04.2019

“XXI əsr paytaxt nəşrləri. Kitab günü” Bakı- Blaqoveşensk arasında telekörpü

22.04.2019

“Kaş onun əvəzinə mən ölərdim” – Yol qəzasında bir ailəninin həyatına son qoyan məhkum – VİDEO 

22.04.2019

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

22.04.2019

“Tarixin ən yaxşı “Liverpul”u ilə mübarizə aparırıq” – Qvardiola

22.04.2019

Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac var

22.04.2019

Antimilli ünsürlərin “falabaxma kampaniyası”

22.04.2019

Neftin qiyməti bahalaşır

22.04.2019

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı müraciətlərə hansı müddətdə baxılacaq?

22.04.2019

Bakı sakinini sifarişlə öldürüb yandıran şəxslər tutulub

22.04.2019

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək

22.04.2019

Tramp Zelenskini təbrik edib

22.04.2019

"Qarabağ", "Astana", PAOK...

22.04.2019

Ədəbi dilimizin və dilçiliyimizin fədaisi -professor Yusif Seyidov

22.04.2019

Aprelin 22-də xarici valyutaların manata qarşı məzənnələri

22.04.2019

Atəşkəs 23 dəfə pozulub

22.04.2019

Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

22.04.2019

Kredit borcunu zamin ödəyibsə kompensasiya kimə verilməlidir?

22.04.2019

Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik

22.04.2019

Ev alarkən diqqətli olun

22.04.2019

Ukrayna MSK-sı protokolların 80,78 faizini hesablayıb – Zelenski 73,09 faiz səs toplayıb

22.04.2019

Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb

22.04.2019

Lənkəranda F-1 əl qumbarası tapılıb

21.04.2019

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

21.04.2019

Sabahın hava proqnozu

21.04.2019

Çaylarda sululuq səviyyəsi dəyişib

21.04.2019

Şri-Lankada törədilən partlayışlarda 25 nəfər ölüb

21.04.2019

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub

21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb

21.04.2019

Sabahdan Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

21.04.2019

PSJ klubu "Monako" ilə oyuna 500 yanğınsöndürən dəvət edib

21.04.2019

Bu gün 29 şəhər və rayonda 22 min 748 şagird imtahan verəcək