Leyla İmanova Macarıstan prezidentinin “Qızıl xaç” ordeni ilə təltif edildi  

17:46 / 22.10.2018

 

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) və Macarıstanın Azərbaycandakı Səfirliyi “Macarıstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına Mərkəzi Elmi Kitabxananın töhfəsi” adlı tədbir keçirib.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi MEK-lə olan əməkdaşlıqdan söz açıb. O, qarşılıqlı əməkdaşlığın Azərbaycan-Macarıstan mədəni əlaqələrinin inkişafına böyük töhfə verdiyini vurğulayıb. MEK-in fəaliyyəti sayəsində Azərbaycan vətəndaşlarının Macarıstanın ənənələri, mədəni müxtəlifliyi, ədəbiyyatı, tarixi, elm və təhsil sistemi ilə yaxından tanış olduğunu deyib.

Diplomat səfirliyin kitabxana ilə birgə təşkil etdiyi elmi mühazirələr, kitab təqdimatları və sərgilərdən də söz açıb. Ötən il “Bakıda Macarıstan günləri”nin təşkili və uğurla həyata keçirilməsində MEK-in əsas tərəfdaşlardan biri kimi xüsüsi rolu olduğunu bildirib.

“Biz qürür duyuruq ki, Mərkəzi Elmi Kitabxanada Macarıstanın kitab guşəsi var, burada böyük macar alimi, türkoloq G.Hazainin həyat və fəaliyyətinə dair, həmçinin Macarıstanın tarixi ilə bağlı kitablar mövcuddur”.

Səfir çıxışında AMEA və MEK-in rəhbərliyinə, eləcə də kitabxananın işçi heyətinə birgə əməkdaşlığı dəstəklədiyi üçün təşəkkürünü bildirib.

Daha sonra diplomat Macarıstan Prezidenti Janos Aderin qərarını səsləndirib. Macarıstan-Azərbaycan ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsinə, Macarıstan qarşısındakı xidmətlərinə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova Macarıstanın “Qızıl xaç” ordeni ilə təltif edilib. Səfir V.Szederkenyi mükafatı Leyla İmanovaya təqdim edib.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova öz növbəsində mükafata görə minnətdarlığını bildirərək, bunu MEK kollektivinin fəaliyyətinə verilən dəyər kimi qiymətləndirib. 

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək Macarıstan və Azərbaycan arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıqla xarakterizə olunduğunu deyib. Akademik qarşlıqlı elmi-mədəni əlaqələrin genişləndirilməsində MEK-in fəaliyyətini yüksək qiymətləndirib.

Sonda tədbir iştirakçıları Macarıstan mədəniyyəti, tarixi, incəsənəti haqqında kitablar, eləcə də macar dilində nəşr edilmiş və Azərbaycanın  Macarıstandakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilmiş kitablardan ibarət sərgi ilə tanış olublar.

Məlumat üçün bildirək ki, MEK-in təşkilatçılığı ilə Macarıstanla bağlı, o cümlədən iki ölkənin əməkdaşlığına dair bir sıra işlər həyata keçirilib. 2015-ci ildən başlayaraq MEK-də “Mədəniyyətlərarası dialoqun gücləndirilməsində Azərbaycan mədəni irsinin təbliğinin rolu” mövzusunda sərgi, “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans, macar türkoloq alimi Georq Hazainin kolleksiyasının rəqəmsallaşdırılması mövzusunda təqdimat, “Bakıda Macarıstan günləri”nin açılış mərasimi, macar yazıçısı İmre Madaçın “İnsanın faciəsi” əsərinin və eyni adlı animasiya filminin subtitrlərinin macarcadan Azərbaycan dilinə tərcüməsi və təqdimatı, türkoloq-alimlər Bəkir Çobanzadə və Georq Hazaiyə həsr olunmuş tədbir, yazıçı İştvan Seçeniyə həsr olunmuş tədbir keçirilib. Eyni zamanda MEK direktoru Leyla İmanova 2017-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində G.Hazainin ev-kitabxanasının açılışı mərasimində türkoloq alim G.Hazainin MEK tərəfindən rəqəmsallaşdırılmış və elektron kataloqa daxil edilmiş, “Milli Rəqəmsal Yaddaş” bazasında yerləşdirilmiş sənəd kolleksiyasının elektron variantını hədiyyə edib. Səfirliyin Azərbaycan dilinə tərcümə edilmiş və kiril qrafikası ilə çap olunmuş Macar ədəbiyyatının latın qrafikasında yenidən işlənməsi layihəsinə MEK tərəfindən biblioqrafik informasiya dəstəyi verilib. Hazırda MEK AzVikipediyada Macarıstan tarixi və mədəniyyətinə aid 100 məqalənin hazırlanıb yerləşdirilməsi layihəsi üzərində çalışır.



Strategiya.az

Xəbərlər
15.11.2018

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib

15.11.2018

Milli Dram Teatrı ölkəmizi beynəlxalq festivalda uğurla təmsil edib

15.11.2018

Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir

15.11.2018

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

15.11.2018

Cinayət başında yaxalandılar

15.11.2018

Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub

15.11.2018

Azərbaycan – Ukrayna: hakim təyinatları açıqlandı

15.11.2018

Çili Azərbaycanda səfirlik açır

15.11.2018

Bu gün Bakının bu ərazisində su kəsiləcək

15.11.2018

ABŞ işğalçı müharibələrə 6 trilyon dollar xərcləyib

15.11.2018

Xarici İşlər Nazirliyinin həbs edilən əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

15.11.2018

Payız tətili başlayır

15.11.2018

Neftin qiyməti ucuzlaşır

15.11.2018

Axtarışda olan 40 nəfər saxlanılıb

15.11.2018

Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı

15.11.2018

Şinzo Abe: Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub

15.11.2018

Sürücülərə VACİB XƏBƏRDARLIQ: Yol polisi bu gündən 150 manatlıq cərimələrə başlayır

15.11.2018

Arıçılara subsidiyaların verilməsi başa çatır

15.11.2018

Fransa hökuməti Donald Trampın tənqidi tvitlərinə şərh verib

15.11.2018

Kombi quraşdırarkən diqqəli olun! - VİDEO

15.11.2018

Ronaldo 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

15.11.2018

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı -  Dövlət Himni ilə bağlı

15.11.2018

Güləşçilərimiz dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

15.11.2018

Noyabrın 15-də xarici valyutaların manata qarşı məzənnələri

15.11.2018

Atəşkəs 26 dəfə pozulub

15.11.2018

“Vikipediya”da Qarabağ müharibəsində şəhid olan Axıska türklərinin siyahısı yerləşdirilib

15.11.2018

Elçin Əhmədov: Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri

15.11.2018

Qəbələdə yol qəzasında ölən Teymur Musayev “Qəbələ” futbol akademiyasının məşqçisi olub

15.11.2018

Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb 

15.11.2018

Siyasi ekspertlər: Sanksiyalarla İranın çökəcəyini gözləmək əbəsdir

15.11.2018

Albaniya da ermənipərəst deputatı arzuolunmaz şəxs elan etdi - VİDEO

15.11.2018

Prezident İlham Əliyev: "Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür"

15.11.2018

Notlar dekabrın 12-də ödəniləcək

15.11.2018

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

15.11.2018

Qazaxıstanda ilk dəfə latın əlifbası ilə kütləvi imla yazılıb 

14.11.2018

Evi çirklənmədən necə qoruyaq?

14.11.2018

"Lopeteqiyə haqsızlıq edildi" - "Real"ın futbolçusu

14.11.2018

Kəskin bakteriyalara qarşı yeni preparat hazırlanıb

14.11.2018

DİQQƏT! Toylara telefonla giriş qadağan oluna bilər - VİDEO

14.11.2018

Azərbaycan MDB ölkələri arasında birinci, dünyada isə 34-cü oldu

14.11.2018

İsrailin müdafiə naziri Liberman vəzifəsindən istefa verib

14.11.2018

Azərbaycan - Farer adaları oyununun hakimləri

14.11.2018

Azərbaycan ordusunun hərbi birlikləri qarşıya qoyulan vəzifələri icra edirlər - VİDEO

14.11.2018

Ana və övladlarının öldüyü dəhşətli yanğının şahidi DANIŞDI: “Uşaqların səsi gəlirdi” – VİDEO

14.11.2018

Şabranda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

14.11.2018

Nazirdən pensiyaçılara ŞAD XƏBƏR - 273 MANAT...

14.11.2018

Azərbaycan məhsullarının ixracı genişlənir

14.11.2018

Türkiyə Mersin sahillərində neft-qaz axtarışına başlayıb

14.11.2018

Azərbaycana gələn şəxsin cibindən 65 boyunbağı, 161 cüt sırğa tapıldı

14.11.2018

Abşeronda evlərdən oğurluq edən şəxs tutulub