MÜASİR DÖVRDƏ Azərbaycanın sosial sahələrinin inkişafı haqqında

12:00 / 23.10.2018

ANAR EMİNOV

İqtisad üzrə fəlsəfə doktoru

Ümummilli lider Heydər Əliyev 1969-cu il 14 iyul tarixindən respublikamıza rəhbərlik etmiş, milli şüurunun formalaşmasında, dövlətçilik ənənələrinin bərpa və inkişafında əvəzsiz xidmətlər göstərmiş, dünya siyasi tarixində özünəməxsus yer tutan dahi şəxsiyyətdir. Heydər Əliyev hakimiyyətə gəlmədən öncə Azərbaycan istər sosial-iqtisadi, istər kənd təsərrüfatı, istərsə də istehsal və istehlakın həcmi baxımından SSRİ-yə daxil olan digər respublikalardan geri qalırdı. Ümummilli lider belə acınacaqlı şəraitdə respublikaya rəhbər təyin edildi. O zamanlar insanların inkişafına inanmadığı iqtisadiyyatı Heydər Əliyev problemlərin həllinə yönəldilmiş tədbirlərin icrası ilə yüksəltməyə nail oldu. Həmin il sənayedə, kənd təsərrüfatında istehsal sahəsində diqqəti çəkən artıma nail olundu, iqtisadiyyatın inkişafı üçün zəmin yaradıldı. Eləcə də həmin dövrdə respublikamızda yolların uzunluğunun 1,2 dəfə artımın olması ilə bərabər sosial inkişafda 2 dəfədən artıq inkişaf olmuşdur. 1974-cü ilin statistik nəticələrini incələdiyimizdə respublikada yolların təmirinə ayrılmış vəsaitin 3,5 dəfə, investisiya qoyuluşlarının isə 2,5 dəfə artdığının şahidi oluruq.
Heydər Əliyev qeyri-neft sahələrinin,xüsusi ilə respublikanın regionlarının inkişaf etdirilməsinə, əhalinin yeni iş yerləri ilə təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə rayon, qəsəbə və kəndlərin mədəni simasının dəyişdirilməsinə xidmət edən çoxplanlı siyasət həyata keçirirdi. Heydər Əliyev insanların istirahətlərinin maraqlı, onlara ayrılan illik əmək məzuniyyətləri dövrünü səmərəli təşkil edilməsi üçün yeni turizm obyektlərinin tikintisinə xüsusi önəm verirdi. Belə ki, həmin dövrləri analiz etdikdə 1970-1972-ci illərdə Zaqatala, Şuşa, 1971-ci ildə Xankəndi, 1972-ci ildə Mingəçevirdə turizmin inkişafına xidmət edən addımlar atıldı. Bununla yanaşı Qəbələdə, Nabranda və Bakıda mehmanxanalar istifadəyə verilməyə başlandı.
Həmçinin 1973-cü ildə Bakı şəhərində 1042 yerlik “Azərbaycan” mehmanxanası, 1978-ci ildə isə 200 yerlik “Moskva” mehmanxanası tikilib istifadəyə verildi. Bu mehmanxanalara müəyyən tədbirlərlə bağlı ölkəmizə SSRİ-yə daxil olan digər respublikalardan gələn turistlərlə yanaşı başqa ölkələrdən olan turistlərin gəlişi xarici turizmin inkişafını sürətləndirməyə başladı.
Heydər Əliyevin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və qəbul edilmişdir. Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı və həmin il ÜmumdünyaTurizmTəşkilatınınüzvlüyünə qəbul olundu.
Heydər Əliyevin sərəncamı ilə “2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında nəzərdə tutulan işlərin icrası nəticəsində bu gün turizm qeyri-neft sektorunun aparıcı qollarından birinə çevrilmişdir.

Yeni soial model -Heydər Əliyevin sosial iqtisadi modeli.
Ulu öndərin hakimiyyətə gəldiyi ilk illərdə müharibənin ağrılı nəticələri, qaçqı-məcburi köçkünlərin problemləri, onların sosial müdafiəsinin təşkili dövlətin qarşısında duran əsas vəzifələrdən idi. Sosial sahələrin inkişafı, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, onlara yardımların göstərilməsi, yaşayış şəraitlərinin yüksəldilməsi üçün çoxsaylı tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranırdı. Yeni yaranmış dövlət üçün çox çətin prosesin öhdəsindən Ulu öndər dünya təcrübəsini öyrənərək və tətbiq edərək gəlməyə başladı. Heydər Əliyev 1994-cü ildə 8-11 fevral tarixlərində Türkiyəyə rəsmi səfəri çərçivəsində 1994-cü il 9 fevral tarixində tərəflər arasında “Təhsil, Texnika, Sosial, Mədəni və İqtisadi sahələrdə əlaqələr” anlaşma imzalanmışdır. Daha sonra 17 iyul 1998-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında beş bölmə, beş hissə, 32 maddədən ibarət “Sosial güvənlik” sözləşməsi əldə edilmişdir. Bu sözləşmələrin nəticəsində Türkiyə modelləri ətraflı öyrənilmiş, cəmiyyətin inkişafı baxımından araşdırılmışdır. Müstəqilliyin ilk illərində sosial müdafiə sahəsində qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təşkili diqqət mərkəzində olmuşdur. İlk illərdə bu yardımlar daha çox təşkilatların humanitar yardımlarına əsaslanırdısa Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra sosial cəhətdən həssas qruplar artıq dövlətin himayəsinə sığınmış, dövlətdən ayrılan ödənişlər və yardımlar hesabına öz həyatlarını müsbət istiqamətə dəyişdirməyə başlamışlar. Bundan əlavə əhalinin aztəminatlı təbəqələrinin ünvanlı sosial müdafiəsinin təşkil edilməsi məqsədilə 22 may 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən imzalanmış "Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında" sərəncama əsasən müharibə əlillərinə, aztəminatlı ailələrə, şəhid ailələrinə və müddətli hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, Çernobıl qəzası nəticəsində əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına təyin olunan aylıq müavinətləri, uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdə olan şəxslərə müavinətlər, gəlirdən asılı olmayaraq uşaq doğulması və dəfn üçün birdəfəlik müavinətlərin təyin olunması müəyyən edilmişdir. (2)
1994-cü ilin 15 iyun tarixində "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Fərman, Fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sənəd imzaladı. 1995-ci ildə qəbul edilən Konstitutsiyanın 16 –cı maddəsidə qeyd edilir: Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Sosial sahələrin inkişafı iə bağlı Ulu öndər 60-dan çox sənəd imzalamışdır. 1997-ci ildə əhalinin pensiya təminatının yaxşılaşdırlması üçün atılan addım təqdirəlayiqdir. Həmin ildən başlayaraq pensiyalar artırılmağa başlamış, bu isə istər sosial müavinət alan qrupların, istərsə də əmək pensiyası ilə təmin olunan əhalinin yaşayışına müsbət təsir göstərmişdir. Heydər Əliyevin əsasını qoyduğu uğurlu sosial siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azaldılmış, yoxsulluq faizi 5-ə enmişdir.
1994-cü ildə ölkədə infilyasiya səviyyəsi 1763,5 % idi. Ölkənin valyuta ehtiyatları tükənmək üzrə idi və manat dəfələrlə ucuzlaşmışdı. Əhalinin vəziyyəti çox ağırlaşmış, əməkhaqqı 1991-ci ildən başlayaraq 8,2, əhalinin pul gəlirləri 3,6 dəfə aşağı düşmüşdü. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə sosial –iqtisadi inkişaf strategiyası hazırlandı. Buna müvafiq olaraq qəbul edilən qanunlar, qərarlar, dövlət proqramlarının uğurlu icrası ilə yaranmış vəziyyətdən çıxış yolu tapıldı. 1995-2003-cü illərdə dövlət büdcəsi gəlirləri 3 dəfə artmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra əhalinin həssas qruplarının müdafiəsi istiqamətində uğurlu addımlar atıldı, müharibədə əlil olmuş şəxslərə, sağlamlıqlarını itirən, sağlamlıq imkanları məhdud uşaqlara müavinətlər təyin edilməyə başlanıldı.Əhalinin pensiyaya ilə təminatı da həyata keçirilir, ildən-ilə pensiyaların miqdarı artırdı. Əgər 1995-ci ildə əhaliyə təyin olunan aylıq pensiyaların məbləği 1995-ci ildə 1,7 % təşkil edirdisə, artıq 2003-cü ildə 17,7 faizə çatmışdır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qısa iqtisadi təhlil etsək görərik ki, 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasının ÜDM-i 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri isə 4.1 dəfə, sənaye məhsullarının həcmi müqayisəli şəkildə 23,3%, kənd təsərrüfatı məhsullarının istehsalı 54,5%, respublikamızın xarici ticarət dövriyyəsi 4 dəfə artmışdır.
Ümumiyyətlə siyası baxımdan Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi ki, 1994-cü ilin mayında Ermənistanla atəşkəs əldə edilmişdir. Həmin ilin sentyabr ayının 20-də isə xarici ölkələrin neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. 1995-ci ildə keçirilən ümumxalq referendumunda Heydər Əliyevin tapşırığı və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Konstitusiyanın qəbulu Azərbaycanın zəngin dövlətçilik tarixindən xəbər verir, Azərbaycanı demokratik ölkə olaraq tanıdırdı. Heydər Əliyevin gərgin əməyinin töhfəsidir ki, bugün Azərbaycan Respublikasının Konstitutsiyası inkişaf etmiş dünya ölkələrinin konstitutsiyaları ilə müqayisədə kifayət qədər mütərəqqi müddəaları ilə seçilir, insan hüquq və azadlıqlarının mühafizəçisi kimi çıxış edir. İnsan hüquqlarının bərpası və müdafiəsi istiqamətində atılan ən mühüm addımlarından biri, ölüm cəzasının ləğvidir. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulur, davamı olaraq 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Ümummilli liderimizin səyi nəticəsində Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmişdir.
Bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətinin banisi də məhz ulu öndər Heydər Əliyevdir.1 fevral 1997-ci il tarixində Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə ayrılan xüsusi diqqətin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Diaspor quruculuğunun əsasını təşkil edən qurultayda 36 xarici ölkədə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nümayəndə və 63 qonaq iştirak etmişdir(3).
Ulu öndərin qətiyyəti nəticəsində Azərbaycan Respublikası 2002-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir. "Azərbaycanlılar! Harada olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən", – deyən azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyev milli ideyanın yaranması, onun həyata keçirilməsi uğrunda mübarizə xalqın birliyi və milli süurun formalaşmasına, Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına əvəzolunmaz töhfələr vermişdir. Hazırda müstəqil Azərbaycan dövləti bu siyasətin həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edir. Böyük türk dünyasının siyasi xadimi Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada qəbul edilir və layiqincə qiymətləndirilir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə möhkəm addımlarla irəliliyə doğru addımlayır. Ulu öndərin dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi Prezidentimiz İlham Əliyev atdığı addımlarla, xalqın tərəqqisi naminə görülən işlərlə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu bir daha sübut edir.

 

ƏDƏBİYYAT
1. Azərbayan qəzeti,9 fevral 1994-cü il
2. Əliyev A., Qasımov N. Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri. Bakı: Azərbaycan, 2000, 124 s.
3. Əliyev Heydər. Müstəqillik yolu: seçilmiş fikirlər / H. Əliyev; red. Ə. Həsənov.- B.: Azərbaycan Universiteti nəşriyyatı,
4. “Sosial güvənlik” sözləşməsi.Bakı, 17 iyul 1998
5. Qasımlı, Musa. Heydər Əliyev - istiqlala gedən yol: 1969-1987-ci illər / M. Qasımlı; elmi red. Ə. Həsənov.- B.: Bakı Universiteti Nəşriyyatı, 2006
6. Mehdiyev R. Heydər Əliyev - Müstəqilliyimiz Əbədidir, Bakı, Azәrnәşr, 2009,
7. Mehdiyev R. Ə. XXI əsrdəmilli dövlətçilik . Bakı. Qızılşərq mətbəəsi., 2003.
8. http://anl.az/down/meqale/azerbaycan/azerbaycan_may2009/77176.ht
9. http://serqqapisi.az/index.php/ictimai-siaysi/5562-2001-dzi-il-noyabr-n-9-10-da-dunya-azaerbaydzanl-lar-n-n-birindzi-gurultay-kechirilmishdir
10. https://www.president.az/azerbaijan/leader
11. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=2687

Açar sözlər: dövlətçilik,rəhbərlik, konstitutsiya, uğurlu siyasət, respublika

Key words: statehood, leadership, constitution, successful politics, republic

Ключевые слова: государственность, лидерство, конституция, успешная политика, республика

Abstract
National leader Heydar Aliyev was a great personality who led the republic from July 14,1969, rendered invaluable services in the formation of national consciousness, the restoration and development of statehood traditions,and occupy a special place in world political history. The rich statehood experience of Heydar Aliyev, the political figure of the Great Turkic world, is accepted all over the world and is worthy of appreciation. Today, Azerbaijan is stepping forward with strong steps through Heydar Aliyev.

Pезюме
Национальный лидер Гейдар Алиев был великой личностью, которая руководила республикой с 14 июля 1969 года, оказала неоценимую помощь в формировании национального сознания, восстановлении и развитии традиций государственности и занимает особое место в мировой политической истории.
Опыт богатой государственности Гейдара Алиева, политического деятеля Великого тюркского мира, принят во всем мире и заслуживает высокой оценки. Сегодня Азербайджан продвигается с сильными шагами через Гейдара Алиев.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
20.01.2019

Xunta rejiminin süqutu: erməni rəhbərliyi konstruktiv mövqeyə gələcəkmi?

20.01.2019

DİN bu gün Şəhidlər Xiyabanında baş vermiş insidentə münasibət bildirib

20.01.2019

Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı: ölən və yaralananlar var

20.01.2019

Alimlər tarixi binaların birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar

20.01.2019

"Milli Şura" Şəhidlər xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

20.01.2019

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır

20.01.2019

Bakıda minik avtomobili yanıb

20.01.2019

Qara dənizdə içində azərbaycanlı kapitanın cəsədi olan qayıq tapıldı

20.01.2019

Sabahın hava proqnozu açıqlanıb

20.01.2019

Ötən il Bakı-Novorossiysk kəməri ilə 1,3 milyon tonadək neft nəql olunub

20.01.2019

Sükut dəqiqəsi

20.01.2019

Elçin Əhmədov: “XX əsrin sonunda Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsini Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək mümkün deyil”

20.01.2019

20 YANVAR FACİƏSİ VƏ ONA BEYNƏLXLAQ SİYASİ-HÜQUQİ QİYMƏTİN VERİLMƏSİ PROBLEMİ

20.01.2019

20 YANVAR FACİƏSİ :  MÜASİR TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ  SALNAMƏSİ

20.01.2019

Ağstafada yanğın baş verib

20.01.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20.01.2019

Ağsuda zəlzələ olub

20.01.2019

"Real Madrid" "Sevilya"nı məğlub etdi

20.01.2019

Bu gün “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək

20.01.2019

Atəşkəs 26 dəfə pozulub

20.01.2019

Lənkəranda tank əleyhinə iki mina aşkarlanıb

20.01.2019

Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır

20.01.2019

Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur

19.01.2019

Abşeronda yanacaqdoldurma məntəqəsinə SİLAHLI BASQIN - VİDEO

19.01.2019

Bərdədə 20 Yanvar hadisələrinin qurbanları yad olunub

19.01.2019

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19.01.2019

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada öldü 

19.01.2019

Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır

19.01.2019

Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb

19.01.2019

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatdı

19.01.2019

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir

19.01.2019

Nazirlik: 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib

19.01.2019

Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

19.01.2019

Prezident İlham Əliyev: "Bu, tarixi səfərdir"

19.01.2019

AFFA üç millini ləğv etdi

19.01.2019

Mnatsakanyan rəsmən xarici işlər naziri oldu

19.01.2019

Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19.01.2019

DİN rəsmisi: Nazirlik öz funksiyalarının icrasını davam etdirəcək

19.01.2019

Gecə Bakıda şaxta olacaq

19.01.2019

Gömrükdə Gürcüstan vətəndaşının avtomobilindən marixuana çıxdı

19.01.2019

Quba-Xınalıq yolu qardan tam təmizlənib

19.01.2019

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb

19.01.2019

Şamaxı təfərə yolu düşən sürücülərin DİQQƏTİNƏ! EHTİYYATLI OLUN! - VİDEO

19.01.2019

Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

19.01.2019

Naxçıvanda bir ildə 51 milyona yaxın kredit verilib

19.01.2019

Məmmədyarov Karlsenə məğlub oldu

19.01.2019

Cavid Nəcəfov  saxlanılıb

19.01.2019

Saxta əlillik alanlara ödənilən pul geri qaytarılacaq

19.01.2019

FETÖ-nün "alman ablası" Avropanı "Azərbaycanın qolları arasından" necə xilas edir? -Taleh Şahsuvarlı yazır

19.01.2019

ASAN mərkəzləri bir gün işləməyəcək