Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində milli Liderlərin bolşevizmə münasibəti

12:00 / 26.10.2018

Rahİm Həsənov
AMEA Şəki Regional
Elmi Mərkəzinin şöbə müdiri.
AMEA A.A. Bakıxanov adına Tarix insititutu

1917-ci il bolşeviklərin Petroqradda həyata keçirdikləri dövlət çevrilişi Bakıda birmənalı qarşılanmadı. Bakıda hakimiyyət orqanları bu hadisəni çevriliş kimi qiymətləndirərək bolşevik hökümətini tanımaqdan imtina etdilər. Menşevik, eser, daşnakların bolşeviklərə qarşı siyasi cəbhə yaratması ilə müşahidə edilən 27 oktyabr Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin yığıncağı keçirildi. Bolşeviklərin yeni höküməti dəstəkləmək təklifi 169 səsə qarşı 246 səs çoxluğu ilə qəbul edilmədi.(9) Əyalət Əsgər və fəhlə deputatları sovetinin Gecekorinin rəhbərliyi ilə keçirilən iclasında Petroqrad hadisələri pisləndi. (9) Eser-menşeviklərin bəyannaməsində bolşeviklərin hakimiyyəti ələ keçirmələrini inqilabi demokratiyaya zidd olduğu qeyd edildi. (10)
Menşevik-eser-daşnak bloku səs çoxluğu ilə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin yaradılması haqqında qərar qəbul etdilər. Komitəyə müsavatçılar daxil edilmədi.(18) Ancaq daşnakların bu komitədə olması eser-menşevik blokunun heç də milli partiyaları təkzib etmədiyini, yalnız müsəlmanların təcrid edilməsini göstərən fakt idi. Müsavatçıların komitəyə qəbul edilməməsi, ən ağır vəziyyətdə belə eser-menşeviklərin müsəlman siyasi xadimlərinə etibar etməməsini və əsasən də, Azərbaycanda milli hərəkata düşmən kəsilmələrini bir daha sərgilədi.
Bolşeviklər sovetlərə keçirilən səsverməni qanunsuz hesab edərək, 31 oktyabrda sovetin geniş iclasını çağırmağa müvəffəq oldular.(1,s,248)Bununla eser-daşnak-menşevik bloku razılaşmasa da, bolşeviklər istəklərinə nail oldular. Bolşeviklərin bu taktikası effekt verdi. 2 noyabrda bolşeviklərin ikinci dəfə belə bir iclasın keçirilməsi isə Sovetdə onların tam üstünlüyünü təmin etdi.(19) Bütün hakimiyyətin sovetlərə verilməsi qərara alındı.(10) Kaspi qəzetində eser-menşeviklərin uğursuzluğunun səbəbləri içərisində onların demokratiya daxilində koalisiya yaratmaq istəklərini qeyd edərək, bunu absurd adlandırırdı və sovetin geniş iclasında onların bütün siyasətinin alt-üst olmasında əsas səbəb kimi bunları göstərirdi. (17)
Oktyabr çevrilişindən sonra Azərbaycan siyasi xadimlərinin, əsasən də Müsavat partiyasının bolşeviklərə qarşı münasibəti məsələsi tarixşünaslıqda müxtəlif mövqelərlə qiymətləndirilir. Ənənəvi olaraq müsavatçıların V.İ. Leninin “xalqlara öz müqəddəratını təyin etmək hüququ” kimi şüarların səsləndiriyinə görə bolşeviklərə meyl etməsi göstərilir. Doğrudan da, bu şüar ABŞ prezidenti V. Vilsondan da qabaq V.İ. Lenin tərəfindən irəli sürülmüşdü. V.İ. Lenin hələ 1914-cü il fevral –may aylarında “Xalqların öz müqəddəratı” ilə bağlı yazdığı proqramda, hər bir millətin öz təyini müqəddəratına hörmət edildiyi söylənilir.(23,s,13)
Müsavat partiyasının ətrafındakı siyasi xadimlər fevral inqilabından bəri məqsədyönlü olaraq, Rusiyada mərkəzdənqaçma siyasəti üzərində öz istiqamətlərini qurmuşdular. Xalqların müqəddəratı ilə bağlı V.İ.Leninin bu şüarı isə milli ziyalıların siyasi istəkləri ilə üst-üstə düşürdü. Lakin belə bir ciddi məsələni yalnız bir neçə aldadıcı şüarın verilməsi ilə izah etmək olmaz. Çünki Müsavat partiyası ilə Bolşevik ideologiyası arasında ciddi fərqlər mövcud idi və bu partiyalar konkret olaraq əks qütbdə dayanırdılar. Yalnız Xalqların müqəddəratı ilə bağlı şüarların verilməsi, Azərbaycan siyasi xadimlərini bolşeviklərlə müttəfiq edə bilməzdi və bu, ideoloji cəhətdən də mümkün deyildi. Yəni V. İ. Leninin başçılığı ilə Petroqradda bolşevik çevrilişi, Azərbaycan siyasi xadimlərinin mənafeyinə ziddiyyət təşkil ediridi. Sosializm prinsiplərinin böyük bir hissəsini dəstəkləyən M. Ə. Rəsulzadə dövlət çevrilişi ilə “sosialist diktaturasına” razı ola bilməzdi. Hələ 25 iyun 1917-ci il Açıq söz qəzetində o, sosializmin təkamülü haqqında belə çıxış etmişdi: “ Kapitalizmin gördüyümüz bu surətli tərəqqisi nəticəsində heç şübhəsiz ki, bəşəriyyət bu böyük səadəti dərk edəcək. Bu dərki səadət tezmi olacaq, gecmi olacaq o bir başqa məsələ. Vazeh ola bir məsələ varsa, o da budur ki, bu inqilab birdən olmayıb, tədriclə vaqe olacaq və sosializm tamamilə yetişməyincə bəşəriyyət ağacından dərilməyəcəkdir”.(3)
Sovet tarixşünaslığında da Müsavatçıların bolşeviklərə meyl etməsi yox, onların qüvvələr nisbətinin necə olacağını bilmək üçün gözləmə mövqeyində dayandıqları göstərilir.(2,s,82) Həm də onu qeyd etmək lazımdı ki, bu qurumlar və ətraflarında toplaşan siyasi xadimlərin fikir istiqamətlərində ciddi siyasi ziddiyyətlər mövcud idi. Siyasi mövqelərindəki əks qütblülük bu partiyalarda hələ 1917-ci ilin ortlarından özünü tam biruzə vermişdi. Məsələn, Bolşeviklərin əsas istəklərindən biri mədən zavod rayonlarını şəhərə birləşdirmək məsələsi təşkil edirdi.(26,s,11) Ancaq Müsavat partiyası və ətrafında topaşan Azərbaycan siyasi xadimləri bunun əleyhinə çıxırdılar. Bundan başqa bolşeviklər L. Kornilov qiyamından sonra bütün tətilllərdə əhalinin fikirlərini yalnız siyasi istiqamətlərə yönəlməyə çalışırdılar. Azərbaycan siyasi xadimləri isə tətillərədə proletariatı provakasiyalara uymamağı çağırır, özbaşınalıqların baş verməsinin qarşısını almaq üçün təbliğatlar aparırdılar.(20)
Fevral inqilabından sonra dövlətin hər bir vətəndaşının səbrsilziklə gözlədiyi Müəssislər Məclisi məsələsində də bolşeviklərin siyasi fikirləri Azərbaycan siyasi xadimlərinin fikirlərinə tam əsk idi. Belə ki, 2-7 okrtyabrda Tiflisdə keçirilən məclisdə qəbul etdikləri bəyannamədə onların heç bir siyasi partiya ilə seçkilərə qatılmayacağı və yalnız internasionalla ittifaqda olacağı elan edilmişdi.(8) Bu arqumentləri nəzərə alaraq Müsavat partiyasının oktyabr-noyabr hadisələrində bolşeviklərə qarşı loyal münasibətinin səbəblərini Bolşeviklərin xalqlara müqəddəratını həll etmə barəsində elan etdiyi şüarların Azərbaycan milli hərəkatının nümayəndlərinin fikirləri ilə üst-üstə düşməsi ilə izah etmək olar. Xalq Komissarları Sovetinin verdiyi bəyanatda Rusiya xalqlarının suverenliyi və bərabərliyi, Rusiya xalqlarının öz müqəddəratının təyin edilməsi, milli və dini ayrıseçkiliyə son qoyulması, milli azlıqlar və etnik qruplara Rusiya ərazisində azadlıq verliməsi öz əksini tapmışdı.(11) Hətta RSDFSR-in Zaqafqaziya əyalət qurultayında bolşeviklərin bəyannaməsində xalqlara muxtariyyat, müstəqillik verilməsi məsələsi dəstəklənir.(11) Milli məsələlər üzrə xalq komissarı İ.Stalinin imzası ilə verilmiş qərarda da Rusiya xalqlarına öz müqəddəratını sərbəst həll etmək, dini və milli qadağaların ləğv edilməsi ilə bağlı qərar verilir.(10) Yuxarıda göstərildiyi kimi bu, yalnız səbəblərdən biri ola bilərdi.
1917-ci il Fevral Burjua Demokrat İnqilabı baş verdikdən sonra hakimiyyətdə olan istər Kadetlər istərsə də eser-menşevik bloku, müsəlman milli hərəkatına qarşı düşmən mövqedə dayanırdılar. Onların “ Vahid və bölünməz Rusya “ şüarları da Azərbaycan siyasi xadilmərinin istəklərinə uyğun gəlmirdi.(25,s,123) Kaspi qəzetinin 1 avqust tarixli sayında qeyd edilir ki, hakimiyyət ruslaşdırma siyasəti yeridir, müqəddərat məsələsinə baxmır.(21) Öz mətbuat səhifələrində müsəlmanları silahlanmada və başqa təxribatçı işlərdə günahlandıraraq, onları hakimiyyət strukturlarına buraxmamaq siyasəti yeridirdilər. Bu isə başda Müsavat partiyası olmaqla müsəlman milli hərəkatı siyasi xadilmərini Müvəqqəti hökümətdə yer alan siyasi partiyaların yerli nümayəndəliklərinə qarşı mənfi münasibətin formalaşmasına gətirib çıxarırdı. Hələ 1917-ci ilin may ayında M.Ə. Rəsulzadə dövrü mətbuatlardakı müsəlmanlara qarşı tənqidlərinə dair yazırdı: “ Müsəlmanları qara və “mədəniyytsiz xəlq” deyə böylə bir qələbəyi gözləməyən “yoldaşlar” səhvlərini dərk edərək bundan sonra müsəlman təşkilatları ilə dostluqda getməgə hazırlaşmaq əvəzinə “burjua” kapitalist kibi modalı sözlərə bir də “qoçu” kəlməsini əlavə ederək əhvəlı öylə təsvir etmək istiyorlar ki, guya on minlərlə müsəlman seçkiləri mauzer və tapanca gücilə gəlib “qoçu”ları özlərinə “ağa” seçmişlərdir.” (4)
Sovetlərdəki siyasi abi hava da Azərbaycan siyasi xadimlərinin mövqeləri ilə əks qütbü təşkil edirdi. İnqilabdan sonra Azərbaycan siyasi xadimlərinin demək olar ki, bu orqanlarda təmsil edilməməsi, sovetlərin Azərbaycan siyasi hərəkatına düşmən kəsildiyini sərgiləyirdi. Kaspiy qəzetinin 5 avqust sayında qeyd edilir ki, sosial demokratlar Rusiyanın gələcək müqəddəratı məsələsinə sentralist nöqteyindən yanaşırlar.(22) Belə bir zamanda bolşeviklərin gözləmə mövqeyində dayanması, Azərbaycan siyasi xadimlərinin konkret olaraq bolşevik təbliğatına qarşı heç bir təkzibedici siyasi addımların atılmaması ilə müşahidə edilirdi.
Daşnakstyun partiyasının eser-menşevik bloku ilə ittifaqda olması da Azərbaycan milli hərəkatı nümayəndələrinin bu bloka qarşı mənfi möveyində dayanmasına təsir göstərməyə bilməzdi. Daşnakların əsrin əvvəllərində yeritdikləri siyasi xəttin dəyişməməsi və Azərbaycan milli hərəkatına qarşı əks mövqedə durması, siyasi xadimlərdə əlbəttə ki, əks münasibət yaradırdı. Ümumiyytələ inqilabdan sonra Azərbaycandakı erməni siyasi xadimlərinin kadetlərin və eser-menşeviklərin siyasi xəttinə uyğun istəklərinin olması danilmaz fakt idi. Azərbaycandakı kadetlərdən olan Vermişevin etiraflarında rus imperializminin erməni xalqının xilaskarı olması kimi fikirlər yer almışdı.(5)
Müsavat parityasının proqramında sosial məsələ, siyasi quruluş, təhsil, müharibə sülh məsələləri də bolşevik fikirləri ilə üst-üstə düşürdü. Fevral inqilabından sonra Kadet partiyası Rusiyanı bütöv halda görmək istəyrdisə, Azərbaycan siyasi xadimləri Rusiya tərkibində siyasi muxtariyyat məsələsini dəstəkləyirdi. Eser-menşeviklər müharibənin davamını istəyirdilərsə, Müsavat və boşlevikər müharibəyə son qoyulması məsələsini qabardırdılar. Müsavat partiyasının oktyabr qurultayında da qəbul edilən məsələlər, yuxarıda göstərilən faktlara uyğun gəlirdi.
Azərbaycan siyasi xadimləri həmin dövrdə ərazidə siyasi ziddiyyətlərin yüksək kuliminasiya nöqtəsinə çatmasını istəmirdilər. Müsavatçılar eser-menşeviklərin bolşevikləri tamamilə sıxışdırmaq taktikasına inqilabi demokratiyanın tənəzzülü kimi baxırdılar. Belə ki, eser-menşevik bloku mübarizdə məğlub olmamaq üçün müsavatçıları da, İctimai Təhlükəsizlik Komitəsinə daxil etmək təklifini verdilər. Yalnız bu komitənin təşkili zamanı Müsavatçıları, ümumiyyətlə müsəlman siyasi xadimlərini bolşeviklərdən daha qorxulu hesab edən, bolşeviklərin dili ilə desək “sazişçilər”, indi komitəyə Müsavatçıları dəvət etməklə yalnız onların gücündən istifadə etmək istəyirdilər. Lakin Müsavat partiyası 7 noyabr tarixində keçirdiyi iclasda qəbul etdiyi bəyannamədə deyilirdi ki, İctimai Təhlükəsizik Komitəsi siyasətə və demokratiyaya zidd olduğu üçün Müsavatın bu komitəyə daxil edilməsi təklifi rədd edilir. Bəyannəmədə göstərilir ki, bolşeviklərin sovetlərdən çıxarılması taktikası demokratiyaya ziddir.(12) Bəyannmədə xüsusən vurğulanırdı ki, inqilabın sol qanadının yıxılması sağ qanadı olan əksinqilabı tikməkdir. (6) Lakin bu bəyannamədə bolşeviklərin hakimiyyətə gəlməsi də, heç də alqışlanmır. Çünki bəyannamədə demokratik yolla sovetlərə yeni seçkilərin keçirilməsi dəstəklənir.(12)
Alay, rota, batalyonların böyük bir hissəsi bolşevikləri dəstəkləyirdi. Eser-menşevik bloku istəklərinə nail olduğu halda bolşeviklərin qarşıdurmalar yaratması məsələsi məntiqə uyğun idi. Bu isə Azərbaycan siyasi xadimlərinin mənafelərinə heç cür uyğun gəlmirdi. Hətta F. Xoyski də sonralar Cənubi Qafqaz seyminin iclasında belə bir məsələni təsdiqləmişdi.
Bolşeviklərə münasibətdə Müsavat və onun ətrafındakı Azərbaycan siyasi xadimlərinin mövqeyini həm sovet dövrü tarixçiləri həm də müasir dövr yazarlar müxtəlif cür rəy vermişlər. Bir sıra yazarlar Müsavatın tutduğu mövqeni taktiki addım kimi qiymətləndirərək, praqmatik siyasətdən çox uzaqgörənlik kimi dəyərləndirmişlər.(13) B.İşxanyan qeyd edirdi ki, “elə bir məsələ yox idi ki, müsavatçılar bolşeviklərin əleyhinə çıxsınlar. Ancaq bir çox məsələlərdə müsavatçılar eser-menşevik blokunun əleyhinə çıxırdılar.(15) Yazarlardan A. Milman kimiləri müsavatçıları İctimai Təhlükəsizlik Komitəsindən çox sovetlərdə qalmaq istədiyini qeyd edir.(24,s,22) Ancaq burada səbəbin və nəticənin yalnız bu faktla bitməsinin üzərində dayansaq sadəlövhlük olardı. Yalnız onu qeyd etmək olar ki, Müsavat partiyası ətrafında toplaşan siyasi xadimlər başda M. Ə. Rəsulzadə olmaqla, yalnız reallığa uyğun hərəkət etdilər. Yəni yuxarıda göstərildiyi kimi bolşeviklərin bir sıra şüarları, siyasi fikirlərindəki müəyyən sosial prinsiplər, eser-menşevik-daşnak blokunun konkret olaraq antiazəbaycan siyasəti, Azərbaycan siyasi xadimlərini realizm siyasi çərçivəsindən çıxara bilmədi.
Doğrudur, M. Ə. Rəsulzadə bu siyasi xəttin yürüdülməsini sonralar taktiki addım adlandırmışdı. Ancaq ümumi siyasi auraya baxdıqda bunun müsavatçılar tərəfindən heç də siyasi addım deyil, yuxarıda göstərilən faktlara uyğun olaraq, realizm siyasi xətti və tərəddüd kimi qiymətləndirilməlidir. Çünki Bakı sovetinə noyabr seçkiləri zamanı M. Ə. Rəsulzadənin əvvəlcə sovetdə iştirakdan imtina etməsi sonradan razılaşaraq müsavatçıların həmin sovetdə yer almaları siyasi tərəddüddən başqa bir şey deyil. Bu məsələdə yalnız inandırıcı F. Xoyskinin Cənubi Qafqaz Seymində söylədiyi bu ifadə idi: “ Bakı müsavatçılarının Sovetdə iştirakı silahlı toqquşmalara yol verilməməsi, sabitliyin təmin edilməsi məqsədi daşıyırdı.(14,s,124) M. Ə.Rəsulzadə seymin iclasında bu məsəlyə aydınlıq gətirərək, müsavatdan başqa heç kimin bolşeviklərin əleyhinə çıxmadığını, buna görə də onların təklikdə qaldıqlarını və sovetə daxil olduqlarını, müsavatçıların boşlevikləri deyil, soveti dəstəklədiyini bildirmişdi. (27,s,37) Bu faktın üzərində dayanmağımızın səbəbi ondan ibarətdir ki, müsavatçılar Azərbaycanın milli partiyası idi və bu paritya ətafında toplaşanlar heç cürə ərazidə silahlı qarşıdurmanın olmasını istəməzdilər. Müsavatçılar üçün isə eser-menşevik blokunun hakimiyyətdə qalması heç cür sərf etmirdi. Ona görə də onlar bu məsələdə loyal mövqe tutmaqla həm silahlı qarşıdurmanı dəf etməyə müvəffəq oldular həm də şüarlarına inandıqları, bir sıra məsələlərdə fikir ortaqlıqları olan bolşevikərin hakimiyyətə gəlməsinə bir növ kömək etmiş oldular .
Azərbaycan siyasi xadimlərinin belə bir addımı atmalarının səhv və ya doğru olduğunu söyləmək həmin dövr aspektindən çox çətindir. Çünki bu addımı doğru addım kimi qiymətləndirsək, onda bir müddət sonra müsavatçılarla bolşeviklər arasında başlanan qarşıdurmanı müşahidə edərək belə bir addımın atılmasının səhv olduğu qənaətinə gəlmiş olarıq. Bolşeviklərin hakimiyyətə gəlməsində müsavatı günahlandrsaq, bu zaman siyasi vəziyyətə düzgün qiymət verilməz. Yəni müsavatçıların eser-menşevik-daşnak blokunun siyasi addımlarına müsbət münasibət göstərməsi, elə həmin blokun günahı ucbatından qeyri mümkün idi. Çünki elə həmin blok heç bir məsələdə Azərbaycan milli ziyalılarını önə buraxmırdı. Buna görə də həmin dövrün siyasi ictimai durumuna dəqiq nəzər salmaq lazımdır və müsavtçıların bu addımı yalnız siyasi məcburiyyət və tərəddüd kimi qiymətləndirilməlidir. Lakin onu da qeyd etmək lazımdır ki, müsavatçılar bolşeviklərin onlardan istifadə etdiyi kimi, onlar bolşeviklərdən istifadə edə bilmədilər. Yəni bolşeviklər eser-menşevik blokunun antimüsəlman siyasətindən istifadə etməyi bacardılar.(7,s,44)
Bolşeviklər Müsavat partiyasının hadisələrə müəyyən dərəcədə loyal münasibətilə xalq kütlələrinin bir hissəsini öz tərəflərinə çəkə bildilər. Tarixin sonrakı gedişi göstərdi ki, bolşeviklər nəinki müsəlman xalqarına azadlıq verəcək, hətta Müvəqqəti Hökümət dövründə əldə olunan müəyyən demokratik azadlıqların aradan qaldrılmasına çalışacaqdılar.

Ədəbİyyat
1. Azərbaycan tarixi XIX-XXI əsrin əvvəllərində . Bakı Univeristeti 2010 . 448 səh
2. Azərbaycan tarixi Elm nəşriyyatı Bakı 1973 . 217 səh
3. Açıq söz qəzeti 25 iyun 1917 N 560
4. Açıq söz qəzeti 29 may 1917 N 483
5. Açıq söz qəzeti 1917 ci il 31may N 485
6. Açıq söz qəzeti 15 noyabr 1917-ci il N 606
7. Балаев А. Азербайджанскще национальное движение. В 1917-1918 гг . 220 səh
8. Бакинский Рабочий 1917 22 октябр N 69
9. Бакинский Рабочий 1917 27 октябр N 72
10. Бакинский Рабочий 1917 4 ноября N 73
11. Бакинский Рабочий 1917 10 ноября N 76
12. Бакинский Робочий . 14 ноября 1917 N 82
13. İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər). -Bakı: Azərnəşr, 1957.-588 s.
14. İbrahimova A. Azərbaycanda ictimai-siyasi qüvvələrin mübarizəsi. 1917-1918-ci illər. -BAKI: 2010.-208 s.
15. Ишханян Б. Контрреволюция в Закавкзье. Баку 1919 119 səh
16. Каспий 27 октябр 1917 N 241
17. Каспий 4 ноября 1917 N 248
18. Каспий 29 октября 1917 N 243
19. Каспий 2 ноября 1917 N 246
20. Каспий 30 sentyabr 1917 N 218
21. Каспий 1 август 1917 N 170
22. Каспий 5 август 1917 N 171
23. Мустафа-заде. Р ДВЕ РЕСПУБЛИКИ Азербайджано-российские отношения в 1918-1922 гг. МОСКВА 2006 . 356 səh
24. Milman A. Bakı Soveti-Azərbaycanda proletariat diktaturası orqanıdır. Bakı 1957 s 224
25. Sadıqov R. Rus İhtilalerinin Azerbaycana etkileri: Bağımsızlığa giden yol. Gazi Türkiyat Türkoloji Araşdırmaları dergisi. 2015 N 16
26. Шамуян C. Бакинская коммуна. Баку 1927 118 səh
27. Закавказский сейм. Стенографический отчеть 20 март 1918 .

Keywords: Musavat, political figures, the bolsheviks, the soviets

Resume
The second decade of the twentieth century in the history of Azerbaijan was one of the conflicting period.The overthrow of Romanov dynasty in the Russian Empire and the scope of the revolutionary movement in the country had given rise to increased political conflicts.The october revolution and the loyal attitude of the musavatists which was considered the main party in Azerbaijan had given rise to a variety of contradictions in Azerbaijani historiography.During investigation of positions of opposing political parties some various trends emerged in historiography.In the article the author has tried to investigate the attitude of the musavatists towards the Bolshevik revolution.The main essence of the article is to reveal contraversial thoughts in political leaders’ attitude who are on the side of the Musavat party and against Bolshevik party.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
27.09.2020

Anar Eyvazov: Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq təklif edilib

27.09.2020

Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

27.09.2020

Milli Məclis bəzi şəhər və rayonlarda hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib 

27.09.2020

Müdafiə Nazirliyi: Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub

27.09.2020

Ermənistan hərbi birləşməsinin komandanlığına təslim olmaq barədə təklif edilib

27.09.2020

Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışıb

27.09.2020

Səfərbərlik Xidməti: Ölkədə yaşayan azsaylı xalqların məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi yalandır

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza hər an dəstək verməyə hazırdırlar

27.09.2020

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi

27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub

27.09.2020

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb

27.09.2020

Prezident İlham Əliyev: Ermənistan öz cəzasını alıb və alacaq

27.09.2020

Anar Eyvazov: Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var

27.09.2020

MN: İşğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar

27.09.2020

MN: Bütün cəbhə boyu şiddətli döyüşlər gedir

27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir

27.09.2020

Türkiyə Prezidenti Administrasiyası: Bölgədə sabitliyin pozulmasına görə Ermənistan məsuliyyət daşıyır

27.09.2020

MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 PUA-nın vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır

27.09.2020

Müdafiə Nazirliyi cəbhdəki son vəziyyətlə bağlı məlumat yaydı

27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb

27.09.2020

MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

27.09.2020

MN: Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur və döyüş fəaliyyətinin qarşısı alınır

27.09.2020

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib

26.09.2020

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub

26.09.2020

10 şagirddə koronavirus aşkarlandı

26.09.2020

AZƏRBAYCANIN "HÜCÜM MODELİ" DİPLOMATİYASI VƏ ONUN TƏTBİQİ MEXANİZMLƏRİ

26.09.2020

Baş Prokuror və Hərbi Prokuror cəbhəboyu hərbi hissələrdə olublar 

26.09.2020

Birjalarda neftin qiyməti

26.09.2020

Bu yolda hərəkət məhdudlaşdırılır

26.09.2020

Ermənistan iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşkəsi 48 dəfə pozub

25.09.2020

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

25.09.2020

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub (FOTO)

25.09.2020

Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi

25.09.2020

Azərbaycan Prezidenti: Ermənistan müharibəyə hazırlaşır

25.09.2020

Koronavirusla mübarizə aparan tibb işçiləri və könüllülərə iyul üzrə 359 min manat ödənilib

25.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı

25.09.2020

Prezident İlham Əliyev: Ermənistanda faktiki olaraq diktatura qurulub

24.09.2020

BDU Fransa Lyon Universiteti ilə birgə ikili diplom proqramını həyata keçirəcək

24.09.2020

Ali məktəblərə dövlət sifarişi üzrə yerlərin sayı artırılıb

24.09.2020

Sabiq prokurorun qaynı evində amansızlıqla öldürüldü

24.09.2020

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Daşkəsən” dəmir filizi və “Çovdar” qızıl yataqları ilə tanış olub (FOTO)

23.09.2020

Azərbaycanda Kosmik Məsələlər üzrə Şura yaradılıb

23.09.2020

Təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyət açıqlandı

23.09.2020

Sahibə Qafarova: Paşinyanın açıqlamaları münaqişənin sülh yolu ilə həll üçün dünya birliyinin bütün səylərini puç edir

23.09.2020

Prezident İlham Əliyev: Balaxanıya turist axını qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq

23.09.2020

Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO

23.09.2020

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yayıb

23.09.2020

Ermənistanın bu cür hərəkətləri diqqətdən kənarda qalmamalı və öz adekvat cavabını almalıdır

23.09.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı