AZƏRBAYCAN RESPUBLİKASI VƏ MACARISTAN ARASINDA XXI ƏSRİN İLK İLLƏRRİNDƏ TƏHSİL SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ

12:00 / 27.10.2018

ZÜMRÜD NURİYEVA
Bakı Dövlət Universiteti

Təhsil hər bir ölkənin gələcək inkişafının təməlinin qoyan əsas bir sahədir. Məhz bu səbəbdən istənilən dövlətdə təhsilə qayğı və təhsilə kapital qoyuluşu proritet məsələlərdən biri hesab edilir. Azərbaycan Respublikası höküməti də bu sahədə digər dövlətlərdən geri qalmamaq məqsədi ilə müstəqilliyin əldə edilməsindən sonra təhsil sahəsində islahatların keçirilməsinə və yeni innovativ metodların tətbiqinə diqqət ayırır. Sözsüz ki, yeni dünyanın və müasir cəmiyyətin tələblərinə uymaq böyük bir işinin görülməsini tələb edir. Bu istiqamətdə Azərbaycan dövləti artıq bəlli bir yol keçmiş və sosialist sistemindən çıxaraq daha müasir təhsil sistemini qurmağa nail olomuş Macarıstanın təcrübəsindən faydalana bilər. Dövlətlərimiz arasında qarşılıqlı əməkdaşlığın perspektivli sahələrindən biri də məhz təhsil və elm sahələridir. Əslində bu əməkdaşlığın artıq bəlli bir tarixi mövcud idi .
İkinci dünya müharibəsindən sonra eyni ideya-siyasi istiqamətə və sosial-iqtisadi bazisə malik olmaları Azərbaycan SSR və Macarıstan Xalq Respublikası arasında elm, təhsil mədəniyyət və incəsənət sahələrində əməkdaşlığın inkişafına da təkan vermişdir. Bu, elmi əməkdaşlıqda daha sürətlə təzahür tapdı.
Azərbaycan Neft və Kimya İnstitutu ilə Macarıstanın Mişkolts Texniki İnstitutu arasında mövcud olan təcrübə və elmi mübadilələr sovet dövründə iki ölkə arasındakı elm və təhsil əlaqələrinə gözəl nümunələrdən biri idi. Belə ki, Azərbaycan Respublikası EA-nın Macarıstan Xalq Respublikasının Elmlər Akademiyası ilə əməkdaşlığı səmərəli və məhsuldar idi. Azərbaycan Dövlət Universiteti Loranda Etvens adına Budapeşt Universiteti ilə elmi əməkdaşlıq edirdi. Xüsusilə, riyaziyyat, kibernetika, bitki fiziologiyası və kimya sahələrində birgə əməkdaşlığın nəticələri beynəlxalq səviyyəli konfrans, simpozium və konqreslərdə təzahür tapırdı. Akademiki A.Mirzəcanzadə 1961-ci ildə Macarıstanda “ “SSRİ-də qazma və hasilat üzrə hidravlik tədqiqatların xülasəsi” mövzusunda çox maraqlı məruzə etmişdi.Görkəmli alim M.Abutalıbov 1967-1968-ci illərdə bir neçə dəfə bu ölkəyə təcrübə mübadiləsi məqsədilə dəvət olıımuş, mineral yemlərlə bəslənilən bitkilərin fiziologiyası haqqında maraqlı mühazirələrlə çıxış etmişdi.
1963-cü ilin avqustunda Macarıstanın paytaxtı Budapeştdə makromolekulyar kimyanın müasir nəzəri problemlərinə həsr olunan XI Beynəlxalq simpoziumda Bakıdakı Ümumittifaq Elmi- Tədqiqat Olefınlər İnstitutunun direktoru, akademik M.Dalin və həmin institutun laboratoriya müdiri, alim A.Bünyadzadə “Çatlamaya qarşı davamlı olan yeni növ polietilen alınması” və “Yüksək temperaturlarda polimer maddələrin parçalanma mexanizmi haqqında” mövzularında məruzələrlə çıxış emtiş və çox böyük maraqla qarşılanmışlar. SSRİ-nin süqutundan sonra baş vermiş siyasi dəyişimlər keçmiş sosialist düşərgəsinin üzvlərini yeni dünyada münasibətlərin qurulmasına yenidən baxmağa məcbur etdi.
2004-ci ildə Azərbaycanın Macarıstanda səfirliyinin açılması və 2009-cu ildə Macarıstanın ölkəmizdəki səfirliyinin təsis edilməsi ikitərəfli təhsil, elm və mədəni münasibətlərinin inkişafına mühüm təkan verdi. Belə ki,yeni açılmış səfirliyin Macarıstanla Azərbaycan arasında mədəni əlaqələrin inkişafı sahəsində gördüyü ilk dəyərli tədbirlərdən biri 2006-cı il mayın 23 - 24-də həmin ölkədə Azərbaycan günlərinin keçirilməsi faktı oldu. Tədbirin keçirilməsində əsas məqsəd Macarıstan ictimaiyyətini Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə yaxından tanış etmək, ölkəmizlə bağlı həqiqətləri macar xalqının diqqətinə çatdırmaq, onları Qarabağla bağlı tarxi məqamlarla məlumatlandırmaq idi[1].
Elm, təhsil, mədəni əməkdaşlıq məsələləri yüksək səviyyəli dövlət və hökumət başçılarının, yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlər zamanı müzakirə mövzularından biri olmuşdur. Məsələn, 2006-cı il yanvarın 23-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə dövlət katibi Andraş Barşoni ilə görüşdə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi-normativ bazanın yaradılmasına ehtiyac duyulduğu, ölkələr arasında turizmin inkişaf etdirilməsi üçün hərtərəfli imkanların olduğu qabardıldı. Bu sahədə tədbirlərin reallaşdırılması məqsəd kimi qarşıya qoyuldu[1].
Son illərdə Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında təhsil sahəsində əlaqələr getdikcə artmaqdadır. Artıq iki ölkənin ayrı-ayrı ali məktəbləri müəyyən əməkdaşlıq münasibətləri qurublar. Belə ki, Bakı Dövlət Universiteti Budapeşt Korvinus Universiteti (06.11.2009), Budapeşt Fondu Açıq Cəmiyyət İnstitutu (17.08.2013) və KodolaniYanoşadına Tətbiq Elmlər Universiteti (20.08.2013) ilə, Bakı Slavyan Universiteti Budapeşt Korvinus Universiteti (2010) ilə, Azərbaycan Tibb Universiteti Macarıstanın Szeged Universiteti ilə, Azərbaycan Dövlət İqtisad Universiteti Macarıstanın Dunayvaros Universiteti ilə, Naxçıvan Dövlət Universiteti Budapeşt Corvinus Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Azərbaycan Dillər Universiteti və Balaşi İnstitutu arasında əməkdaşlıq haqqında ilkin razılıq əldə edilib. Bu iki universitet arasında əməkdaşlığa dair imzalanacaq saziş əsasında Azərbaycanın ali məktəbində macar dili tədris ediləcəkdir.
Macarıstan hökumətinin humanitar sahədə, xüsusilə təhsil sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyəti əməkdaşlığa mühüm təkan vermişdir. Macar tələbələri Azərbaycanın ali məktəblərində, xüsusilə Lomonosov adına MDU-nun Bakı filialı, Azərbaycan Neft Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və b. təhsil almaqda maraqlı olduğunu görən hökumət hazırda bu istiqamətdə fəallığı artırmışdır.
Hökumətimizin məqsədinə uyğun olaraq səfirliyimiz Azərbaycan və Macarıstan ali məktəbləri arasında əməkdaşlığın qurulması və inkişafı istiqamətində müəyyən işlər görmüşdür. Belə ki, 2007-ci ildə “Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi və Gödöllő Müqəddəs İştvan Universitetinin İqtisadiyyat və sosial elmlər fakültəsi arasında 2007-2008-ci tədris ilində əməkdaşlıq haqqında Protokol” imzalanmışdır. Protokolda tərəflərlər razılaşırdılar ki, səfirlik Azərbaycanda həm dövlət, həm də özəl ali məktəblər arasında tərəfdaş universitet tapmağı, Azərbaycanın tərəfdaş universiteti ilə Müqəddəs İştvan Universiteti arasında əməkdaşlıq haqqında Müqavilənin imzalanmasına dəstək verməyi, Müqəddəs İştvan Universitetində Azərbaycanla bağlı elmi tədqiqatla məşğul olmaq istəyən mağistr, aspirant və gənc alimləri zəruri elmi ədəbiyyatla təmin etməyi öz üzərinə götürürdü. Həmçinin protokolda tərəflər bu universitetdə birlikdə Azərbaycana həsr olunmuş sərgi təşkil etmək və s. barədə də razılığa gəldilər.[2]
2009-cu ilin fevral-mart aylarında Macarıstanda keçirilən “Azərbaycan kitab ayı” proqramı çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası Kitabxanası, bir sıra ali məktəblərin nəzdində yerləşən kitabxanalar, habelə digər kitabxanalara Azərbaycan mövzusunda kitablar hədiyyə olunmuş, həmin ilin 5-8 noyabr tarixlərində Macarıstanın Korvinus Universitetinin rektoru prof. T.Mezaroşun rəhbərliyi altında nümayəndə heyəti iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə Azərbaycana səfər etmişdir.[3]
Təhlil göstərir ki, son illərdə Bakı Slavyan Universiteti Macarıstanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirmişdir. Belə ki, 2009-2012-ci illərdə Macarıstanin Debresten Universitetinin Slavistika İnstitutunun dosenti Veneta Yankova BSU-nun qonağı olmuşdur; Avropaşünaslıq kafedrasının müdiri prof. E.Ə.Nəcəfov Macarıstanın Mərkəzi Avropa Universitetində treninqlərdə iştirak etmişdir; Macarıstanın Budapeşt Korvinus Universitetinin Beynəlxalq Şöbəsinin rəhbəri Erzsebet Veres, Dünya İqtisadiyyatı Şöbəsini əməkdaşı Andras Tetenyi və Macarıstan Respublikasının Azərbaycandakı Səfirliyinin Avropa Birliyi məsələləri üzrə müşaviri Zoltan Baçla BSU-nun qonaqları olmuşlar; Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi, “Kölgə kabineti”nin rektoru H.H. Babayev Macarıstanın Budapeşt Korvinus Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həmin universitetin nəzdində “Azərbaycanın dostları” klubunun yaradılması ilə bağlı Korvinus Universitetinin tələbə və gənclər təşkilatı ilə müzakirələr aparmaq üçün Macarıstanın Budapeşt şəhərinə ezam olunmuşdur; BSU-nun rektoru prof. K.M.Abdullayev Bakı Slavyan Universiteti ilə Macarıstanın Budapeşt Korvinus Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həmin Universitetin rəhbərliyi ilə gələcək əməkdaşlığa dair müzakirələr aparmaq üçün Budapeştə ezam olunmuşdur və s.[4]
Macarıstanın Debresen, Kapoşvar, Korvinus, Sent İştvan və digər nüfuzlu universitetlərdə “Azərbaycan günü” adı altında tədbirlər keçirilməsi ənənə halını almışdır.
2010-cu il 21-26 fevral tarixlərində Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclası və elecə də iclas çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə təşkil olunmuş Biznes Forumunda Təhsil Nazirinin müavini Elmar Qasımov iştirak etmişdir. İclas zamanı Sent İstvan Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında birgə Protokolun imzalanması, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan Təhsil və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş layihəsinin imzalanmasının sürətləndirilməsi, Korvinus Universitetinə hər il 15-20 tələbənin təhsil almağa göndərilməsi və s. məsələlər müzakirə olunmuşdur.[5]
2011-ci ilin 21 sentyabrında Azərbaycanın Macarıstandakı Səfirliyində Macarıstanın müxtəlif ali məktəblərinin tələbələri arasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse müsabiqəsinin qaliblərinin elan olunması mərasimi təşkil olunmuşdur. Təqdim olunmuş esselər Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji siyasəti, Azərbaycan - Aİ münasibətləri, Azərbaycan iqtisadiyyatı, ədəbiyyatı və digər mövzuları əhatə etmişdir. Qaliblər Azərbaycana bir həftəlik səfər imkanı qazanmışdır.
2012-ci ildə Macarıstan EA-nın həqiqi üzvü, dünya miqyasında tanınan türkoloq-alim Georq Xazai şəxsi kitabxanasında saxlanan 300-ə yaxın kitab və məcmuəni Naxçıvan Dövlət Universitetinə hədiyyə etdi. Macar alimi özünün bu addımını son illərdə azərbaycanlı həmkarları ilə yaranmış sıx qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirdi. Əksəriyyəti 1950-1980-ci illərdə Avropanın müxtəlif ölkələrində çap olunan kitablar müasir filologiya elminin, xüsusən də türkologiyanın aktual problemlərinə həsr edilib.
Qeyd edək ki, akademik Georq Xazai Xazainin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına ilk töhfəsi deyil. Ötən il o, şəxsi kitabxanasında saxlanan 1000-ə qədər kitab, məcmuə, jurnal, habelə bir sıra əlyazmalarını təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına bağışlamışdı. [6]
2012-ci ilin 15-18 mart tarixlərində Budapeştdə Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun (ASAİF) “Mən gənc səfirəm” devizi altında keçirilən ikinci beynəlxalq konfransında çıxış edən Gənclər və idman naziri A.Rəhimov bildirdi ki, humanitar sahədə - tarix, sosiologiya, politologiya, beynəlxalq münasibətlər, jurnalistika və s. sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini Azərbaycan ilə bağlı aparmalı, eləcə də digər tədqiqatçıları bu işə cəlb etməlidirlər”. Macarıstan Respublikasının Milli Assambleyasının vitse-spikeri Jakap İstvan bilik üzərində qurulan əlaqələrin möhkəmliyindən və ölkələrarası əlaqələrin intensivləşməsində gənclərin xüsusi rolundan danışaraq vurğuladı ki, “Bu gün Azərbaycan və Macarıstan arasında möhkəm, sabit və davamlı inkişaf edən sıx əlaqələr vardır. Macarıstanda digər xarici ölkələrlə bərabər, Azərbaycandan da çoxlu tələbə təhsil alır. Qeyd etmək istərdim ki, xaricdə təhsil gənclərə tolerantlığı, digər ölkələrin mədəniyyətlərinə, adət-ənənələrinə daha böyük hörmətlə yanaşmağı öyrədir”. [7]
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası əcnəbi tələbələr cəlb etmək istəyən Macarıstanın ali məktəbləri üçün ən perspektivli bazarlardan biri hesab edilir və ölkənin qabaqcıl ali təhsil müəssisələri azərbaycanlı tələbələrə beynəlxalq münasibətlər, menecment, İKT, tibb, aqrokultura (əkin mədəniyyəti), mühəndislik, su təchizatı və digər ixtisaslar üzrə keyfiyyətli təhsil verməyə hazırdırlar. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanın 35 tələbəsi Macarıstanın müxtəlif ali məktəblərində təhsil alır.[8]
Ümumiyyətlə, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 2012 – ci ildə keçirilmiş üçüncü iclasından sonra Naxçıvan və Budapeştin ali təhsil müəssisələri arasında əməkdaşlığa dair saziş imzalanmış, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilmiş, təhsil sahəsində bir çox sahələrarası sənədlər imzalanmağa razılaşdırılmışdır. Məsələn, tələbələr üçün təqaüd proqramı haqqında sazişin imzalanması azərbaycanlı tələbələrin Macarıstanın ali məktəblərində təhsil almaları üçün yaxşı imkan yaratmışdır. Belə ki, bu proqram çərçivəsində Macarıstanın 11 ali məktəbi yer alaraq 200 azərbaycanlı tələbəni qəbul edəcəkdir. Sazişə əsasən, Macarıstan təhsil haqqını ödəyəcək, tələbələri yataqxana və təqribən 42 min forint və ya təqribən 150 manat həcmində aylıq təqaüdlə təmin edəcəkdir”.
Beləliklə, son illərdə Avropa İttifaqı məkanında ən münasib təhsil və yaşayış xərcləri, daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri, ingilis dilli təhsil sistemi ilə Macarıstan ali məktəbləri digər ölkələrdən əsaslı şəkildə fərqlənərək azərbaycanlı gəncləri də özünə cəlb etmişdir. Artıq 200-ə yaxın azərbaycanlı tələbə Macarıstanın nüfuzlu universitetlərində təhsil alırlar. Xarici vətəndaşların, o cümlədən azərbaycanlıların Macarıstanın ali təhsil almasına böyük maraq göstərməsini nəzərə alaraq “Study in Hungary” (www.study-hungary.com) internet portalı yaradılmışdır. Portalda xarici ölkə vətəndaşlarına Macarıstan universitetləri barədə, burada ali təhsil almaq (o cümlədən təqaüdlü) haqda bitkin məlumat verilir. Eləcə də Macarıstanın Təhsil Nazirliyi və ayrı-ayrı ali məktəblərinin nümayəndələri Baklda keçirilən təhsil sərgilərində fəal iştirak edərək macar universitetlərini ölkəmizdə vaxtaşırı təbliğ edir.


ƏDƏBİYYAT
1. Beynəlxalq mədəni əlaqələr. Dərslik. (M.C.Manafovanın və N.T.Əfəndiyevanın redaktəsi ilə. Bakı: Sabah, 2008, 660 s. (s.560)
2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tarix-Arxiv İdarəsi, f.26, siy.11, iş №-si 516, v..
3. Humanitar sahədə əlaqələr Azərbaycan - Macarıstan münasibətləri / http://mfa.gov.az/files/file/AzMacarstan.pdf
4. Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr şöbəsinin cari arxivi. 2000-2015-ci illər, 152 s.(s.72-73).
5. Beynəlxalq əlaqələr sahəsi üzrə 2010-cu ildə görülmüş işlərə dair Hesabat http:// www.edu. gov.az / upload file/ hesabat2010/ beynelxalq-elaqeler.pdf
6. Macar alim Azərbaycana 300 kitab bağışladı / http://news.lent.az/news/99894
7. Macarıstanda Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumunun ikinci konfransı işə başlamışdır. “Azərbaycan” qəzeti, 2012, 07 aprel
8. Səfir: Macarıstanın ali məktəbləri azərbaycanlı tələbələrə Avropa səviyyəli təhsil verməyə hazırdırlar. http://az.trend.az/azerbaijan/society/2197692.html

Açar sözlər: Təhsil, tələbələr üçün layihələr, rəsmi protokollar, Biznes Forum
Ключевые слова: Образование, проекты для студентов, официальные протоколы, Бизнес Форум.
Key words: Education, projects for students, official protocols, Business Forum.

Резюме
В данной статье рассматривается сотрудничество между Азербайджаном и Венгрией в сфере образования. Отмечая важность и незаменимость образования в будущем развитии любой страны , рассматриваются те шаги которые были предприняты государствами для обмена опытом и для налаживания сотрудничества в сфере образования. Студенческий обмен между вузами Венгрии и Азербайджана, так же разные проекты открывающие возможности для азербайджанских студентов также были изучены. Таким образом было отмечено что несмотря на то что развитие сотрудничества между Азербайджаном и Венгерским государством в сфере образования еще не достигло желаемого уровня. Меры предпринятые с обеих сторон дает основания предполагать что в ближайшем будущем сотрудничество в сфере науки и образования будут развиваться.

Summary
In this article cooperation between Azerbaijan and Hungary in education is considered. Noting importance and indispensability of education in future development of any country, those steps which have been taken by the states for exchange of experience and for establishing cooperation in education are considered. Student’s exchange between higher education institutions of Hungary and Azerbaijan, also different projects the opening opportunities for the Azerbaijani students have also been studied. Thus it has been noted that in spite of the fact that development of cooperation between Azerbaijan and the Hungarian state in education hasn’t reached desirable level yet. The measures taken on both sides gives the grounds to assume that in the near future cooperation in the sphere of science and education will develop.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
26.11.2020

Azərbaycan Fransaya nota verib

26.11.2020

Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

26.11.2020

Hulusi Akar: Fransa Qarabağ məsələsində problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi

26.11.2020

Ermənistan iqtisadiyyatının dramı – Təhlil

26.11.2020

Milli Məclis Fransanın həmsədrlikdən çıxarılması üçün hökumətə çağırış edib

26.11.2020

Kəlbəcərin səhiyyə statistikası açıqlanıb

26.11.2020

Səfir Hulusi Kılıç: Fransa parlamentinin qərarının hüquqi əsası yoxdur

26.11.2020

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır

26.11.2020

Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

26.11.2020

FRANSA NƏHAYƏT Kİ, ƏSL SİFƏTİNİ AÇDI!

25.11.2020

Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar

25.11.2020

Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək

25.11.2020

"Paşinyan danışıqları pozanda elə bilirdi ki, Əliyev blef edir, müharibəyə başlamaz..." – Ermənistan diplomatının gecikmiş etirafları

25.11.2020

Prezident İlham Əliyevin xalqa müraciəti

25.11.2020

Türkiyə Milli Müdafiə Nazirliyi: Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur

25.11.2020

Kəlbəcər - Zəngin təbii resurslar və turizm potensialı

25.11.2020

Vaqif Dərgahlı: İlk olaraq bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq

25.11.2020

Kəlbəcərin təhsil statistikası açıqlanıb

25.11.2020

İşğaldan azad olunan Kəlbəcər rayonundan ilk görüntülər - VİDEO

25.11.2020

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

25.11.2020

Türkiyə və Rusiya Prezidentləri arasında telefon danışığı olub

24.11.2020

Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub

24.11.2020

Qarabağda yeni müharibə kimə lazımdır?

24.11.2020

İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM

24.11.2020

Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM

24.11.2020

Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır

24.11.2020

Ermənistan işğal etdiyi ərazilərdə qədim dini və mədəni irsi tamamilə silməyə çalışıb - Konfessiyaların birgə bəyanatı

24.11.2020

İki gündə evini tərk edən 50-dən çox koronavirus xəstəsi məsuliyyətə cəlb olunub

24.11.2020

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi

24.11.2020

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

24.11.2020

Prezident İlham Əliyevin çıxışı - Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir

24.11.2020

Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir 

23.11.2020

BDU-da "İşğaldan azad olunmuş ərazilərmizin tarixi-mədəni və arxeoloji abidələri və zəngin faydalı qazıntları” mövzusunda dəyirmi masa keçirilib

23.11.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Ağdamdan görüntülər paylaşıb - VİDEO

23.11.2020

Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi

23.11.2020

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib

23.11.2020

Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edilib

23.11.2020

Pandemiya dövründə şərti azadlığa buraxılan məhkumların sayı açıqlandı

23.11.2020

Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

23.11.2020

Mingəçevirdə yaşayış yerini tərk edən COVİD-19 xəstəsinə cinayət işi başlanılıb

23.11.2020

Ağdamda "Şahbulaq" qalasına Azərbaycan bayrağı sancılıb - VİDEO

22.11.2020

Vladimir Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

22.11.2020

Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi

22.11.2020

Vladimir Putin Dağlıq Qarabağla bağlı bəyanat mətninin müəlliflərini açıqladı

22.11.2020

Düşməndən qənimət kimi götürülən texnikalar Bakıya daşınır - VİDEO

22.11.2020

Hikmət Hacıyev: Beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar

22.11.2020

Ombudsman əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət hazırlayıb

22.11.2020

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb 

22.11.2020

DTX-nin rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

21.11.2020

Prezident İlham Əliyev: Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti mühüm rol oynayır