Ayrı-seçkiliyin anlayışı və hüquqi məzmunu, ona qarşı mübarizə

08:00 / 28.10.2018

Aygün Mehdiyeva
AMEA Tarix İnstitutu

Ayrı-seçkiliyin anlayışına çoxsaylı ədəbiyyatlarda müxtəlif formalarda rast gəlmək olur. Ayrı-seçkilik – bir dövlətin və ya cəmiyyətin bəzi fərdlərinin digərlərinə təmin edilmiş müəyyən hüquq və imtiyazlardan məhrum edilməsidir. Bəzi şəxslər yaxud qruplar “kateqoriya olaraq ayrı seçkiliyin” mövzusu olurlar, çünki ictimai cəhətdən “irq, din, cinsiyyət və ya bir cəmiyyətin üzvlərini bir-birindən fərqləndirməkdə istifadə olunan hər hansısa bir anlayış səbəbi ilə” müəyyən bir təsnifata aid edilirlər. [6] Bu vəziyyət istər qanundan doğan, istərsə də müəyyən bir fərdin gəldiyi qənaət və ya hər hansısa bir fərziyyəyə söykənməsindən irəli gələn və müəyyən qrup insana mənfi təsir göstərərək onların daha da pis davranışa məruz qalmaları ilə səciyyələnir. Bu isə öz növbəsində bu cür “mənfi fikirlərin” tərəfdarı olan insan qruplarının artmasına səbəb olur.
Digərləri “doğulandan malik olduqları üstünlükləri, yaxud sahib olduqları maddi imkan, təhsil, ya da vəzifələri baxımından” daha artıq hüquq və imtiyazlara malikdirlər. [7] Ənənəvi və ya hüquqi səbəblərlə müşayət olunan bu ayrı seçkilik həmin cəmiyyətin üzvlərindən bəzilərinə rəngləri və ya fərz edilən digər irqi xüsusiyyətləri səbəbi ilə bərabər olmayan ölçüdə davranıldığında irqi ayrı seçkilik halına gətirib çıxarır.
Hər nə qədər də olsa bəzi cəmiyyətlər “bərabər rəftara” ehtiyac duymasalar da və “məqbul” bir səviyyədə qaldığı müddət ərzində sinifləndirməni “sanki qəbul edirlərmiş” kimi davransalar da, bu cür ayrı seçkilik bir çox hallarda milli və ya beynəlxalq qarşıdurmaların səbəbi olur. [9]
Bəzi cəmiyyətlərin konstitusional sistemləri və orqanları, qrupların bir hissəsinin üstünlüyünə, digərlərinin isə daha aşağı səviyyədə olduğu fərziyyəsinə söykənərək tətbiq edilməkdədir. Zaman keçdikcə imtiyazlı olanlar daha artıq imtiyazlar əldə etdikləri halda, hüquq və imtiyazlardan məhrum edilənlərin vəziyyəti daha da ağırlaşır. Bu vəziyyətdə üstün qrup imtiyaz və immunitetlərini qorumaq üçün qarşıdurmanı intensivləşdirərək, daha artıq təzyiqdən istifadə edirlər. Beləliklə müəyyən olunmuş düşmənçiliklər qanlı mübarizələr də daxil olmaqla, fərqli ölçülərdə qarşıdurmalara gətirib çıxarır. Bu qarşıdurmalar isə ayrı-seçkiliyə son qoyulanadək davam edir. [5]
Bəzi ədəbiyyatlarda qeyd olunur ki, ayrı-seçkilik halları ona görə baş verir ki, müəyyən fərdlər qrupu digərlərindən daha güclü olmaq, daha geniş hüquq və azadlıqlardan istifadə eləmək arzusunda olur. Bu zaman özünü daha üstün hesab edən qrup digər təbəqələrə aid olan insanları özlərini onlardan daha aşağı hiss eləməyə vadar edir. Hamıya məlum olduğu kimi Amerika tarixində afroamerikalılar hər zaman öz dəri rənglərinə görə ayrı-seçkiliyə məruz qalmışlar və zaman keçdikcə bu hal daha da qlobal xarakter almağa başlamışdır. Hal-hazırda isə bu növ ayrı-seçkilik yalnız Amerikada deyil, bütün dünyada mövcuddur.
Ayrı-seçkilik coğrafi, irqi, sinfi, dini və mədəni sərhədləri aşır. Hər bir insan gündəlik həyatında ayrı-seçkiliyin bu və ya digər forması ilə rastlaşır. Qeyd olunmalıdır ki, bu cür böyük problemdən heç bir ölkə sığortalanmayıb. Ayrı-seçkiliyə qarşı mübarizə və insanların hər növ ayrı-seçkilikdən müdafiəsi məsələsi beynəlxalq hüquqda da çox aktualdır. Ayrı-seçkiliklə bağlı atılan ciddi addımlara baxmayaraq heç bir dövlət bu sahədə immunitetə malik deyil.
Ayrı-seçkilik halları birbaşa və dolayı yollarla baş verə bilər. Eyni vəziyyətdə olan şəxslərlə fərqli şəkildə rəftar “birbaşa” ayrı-seçkilik adlanır. Avropa İnsan hüquqları Konvensiyasına əsasən, birbaşa ayrı-seçkilik hallarına qarşı obyektiv və əsaslı şəkildə müdafiə təmin olunmalıdır, Avropa İttifaqı qanunvericiliyinə əsasən isə birbaşa ayrı-seçkilikdən qanuni müdafiə tədbirləri müəyyən dərəcədə məhduddur. Eyni zamanda, ayrı-seçkiliyi qadağan edən qanunlar, fərqli vəziyyətdə olan şəxslərin konkret imkanlardan başqaları ilə eyni əsaslarla istifadə etmələri üçün şərait yaratmaq məqsədilə həmin şəxslərlə zəruri dərəcədə fərqli tərzdə rəftarı nəzərdə tutur. Bununla da, konkret tədbirlər həyata keçirildiyi və ya konkret hüquqi normalar işlənib hazırlandığı zaman, müvafiq “müdafiə olunan” əsaslar nəzərə alınmalıdır. Fərqli vəziyyətdə olan şəxslərlə müvafiq şərait yaradılmadan, fərqli tərzdə rəftaretmə “dolayı” ayrı-seçkilik hesab olunur. Müvafiq iddia ərizəsi Avropa İnsan hüquqları Konvensiyasına və ya Avropa İttifaqı qanunvericiliyinə əsaslanmasından asılı olmayaraq, dolayı ayrı-seçkiliyin bütün formalarına qarşı obyektiv və əsaslı şəkildə müdafiə təmin olunmalıdır. [8] Həyata keçirilmə formasından asılı olmayaraq nəticə etibarilə hər biri öz mənfi və dağıdıcı təsirini göstərir. Məhz bu səbəbdən də ayrı-seçkilik qlobal problem olaraq dünya əhalisini narahat edir. Ayrı-seçkiliyin bütün formaları istənilən insan cəmiyyətinin ideallarına ziddir. Təəssüflər olsun ki, müasir dövrdə də dünyanın bir çox dövlətlərində ayrı-seçkiliyin bu və ya digər formasına rast gəlinir. Ən çox da irqi ayrı-seçkilik təzahürləri, eləcə də irqi üstünlüyə, yaxud irqi nifrətə əsaslanan dövlət siyasəti müşahidə olunur.
Qeyd etmək istərdim ki, hal-hazırda dünya praktikasında ən mühüm və diqqət cəlb edən məsələlərdən biri ayrı-seçkilik problemidir. Bu cür halların qarşısını almaq üçün müxtəlif müdafiə mexanizmlərindən istifadə olunmalıdır. Ümumilikdə isə, insan hüquqlarının təmin olunması hər bir dövlətin demokratiya yolu ilə inkişaf etdiyinin ən mühüm göstəricisidir.
Azərbaycanda da bu prinsiplər dövlət siyasəti səviyyəsində tanınır, tətbiq edilir və daim təkmilləşir. Müvafiq beynəlxalq standratlara uyğunluğu təmin etmək məqsədilə mövcud qanunvericilikdə boşluqların müəyyənləsdirilməsi və əlaqədar strategiyaların, qanunların və hüquqi vasitələrin təkmilləşdirilməsi sahəsində ölkə potensialını gücləndirmək üçün ayrı-seçkiliyə qarşı mübarizə sahəsindəki qanuvericilik bazasının və istiqamətləndirmə mexanizmlərinin ümumiləşdirilərək vahid bir sənəd formasında tərtib edilməsi Azərbaycanda bu istiqamətdə aparılan ilk işlərdəndir. Azərbaycan dövlətinin əsas məqsədi fərdlərin heç bir ayrı-seçkilik halları olmadan, onların dinindən, irqindən, inancından, etnik mənsubiyyətindən və digər hallardan asılı olmayaraq öz hüquq və vəzifələrindən eyni dərəcədə faydalandığı mühitə nail olmaqdır. Azərbaycan Respublikasının Konstitusiyasında da bərabərlik hüququ müdafiə olunur, bu hüquqlara dövlət tərəfindən təminat verilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin 1-3 bəndlərində qeyd olunur: “Hamı qanun və məhkəmə qarşısında bərabərdir.Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.” [1] İnsan və vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini və digər əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi Konstitusiya ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir. Qeyd etmək lazımdır ki, şəxsin milliyyətindən, irqindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq hüquq və qanuni mənafelərinə zərər vurmağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 109-cu (təqib), 111-ci (irqi ayrı-seçkilik (aparteid), 154-cü (bərabərlik hüququnu pozma), 283-cü (milli, irqi və ya dini düşmənçiliyin salınması) maddələrində məsuliyyət nəzərdə tutulur. [3]
Eyni zamanda qeyd etmək istərdim ki, cəmiyyətin bütövlüyünün qorunması dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Bu mənada, Azərbaycan Respublikası Hökuməti müxtəlif qruplara mənsub insanların ayrı-seçkiliyə məruz qalmadan birgə yaşamalarını qarşıya məqsəd qoymuşdur.
İnsan hüquqları haqqında Ümumi Bəyannamə bütün insanların ləyaqətcə və hüquqca bərabər və azad doğulduğunu və hər bir insanın heç bir fərq, o cümlədən irqinə, dərisinin rənginə, yaxud milli mənşəyinə görə fərq qoyulmadan, orada elan edilən bütün hüquq və azadlıqlara malik olmasının vacibliyini bəyan edir.
Qeyd etmək lazımdır ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və onların hər cür ayrı-seçkilikdən və ayrı-seçkiliyə təhrikdən qanunla bərabər şəkildə qorunmaq hüququ vardır.
Birləşmiş Millətlər Təşkilatı harada və hansı formada təzahür etməsindən asılı olmayaraq, müstəmləkəçiliyi, onunla bağlı seqreqasiya və ayrı-seçkilik praktikasını pisləmiş və Müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsi haqqında 1960-cı il 14 dekabr tarixli Bəyannaməsində (Baş Məclisin 1514(XV) nömrəli qətnaməsi) bütün bunlara təcili surətdə və qeyd-şərtsiz son qoyulmasının zəruriliyini təsdiq və elan etmişdir.
Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1963-cü il 20 noyabr tarixli Bəyannaməsində (Baş Məclisin 1904(XVIII) nömrəli qətnaməsi) bütün dünyada irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinin tezliklə ləğv edilməsinin və şəxsiyyətin, insan ləyaqətinin dərk edilməsinin və ona hörmətin təmin olunmasının zəruriliyinin təsdiqləmişdir.[4]
Bundan başqa Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsində də ayrı-seçkiliyin qadağan olunması öz əksini tapır. Qeyd olunur ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.[2]
Ayrı-seçkiliyin qadağan olunması ilə bağlı qanunların məqsədi bütün şəxslərə müvafiq cəmiyyətdə mövcud olan imkanlardan bərabər və ədalətli şəkildə istifadə etmək üçün şərait yaratmaqdan ibarətdir. İlk növbədə bu qanunvericiliklər oxsar vəziyyətdə olan şəxslərlə bərabər səviyyədə rəftar olunmanı və onlarla sadəcə olaraq hansısa “müdafiə olunan” xüsusiyyətlərinə görə qeyri-münasib şəkildə rəftar etməməni nəzərdə tutur.
Ümumiyyətlə insan hüquqlarına hörmət cəmiyyətin sağlam inkişafının göstəricilərindən biridir. İnsan hüquqları sahəsində də ayrı-seçkilik halları yol verilməzdir. Bu cür hallar cəmiyyətin möhkəm əsaslarını daxildən oynadır və süqutuna gətirib çıxardır. Ayrı-seçkilik hər bir halda, hər zaman, hər bir şəxsin insan hüquqlarının pozulması deməkdir. Ayrı-seçkilik hallarının qarşısının alınması, demokratik cəmiyyətin prinsiplərinə uyğun insan həyatının təhlükəsizliyin təmin olunması, hüquq və azadlıqların həyata keçirilməsi, hüquq normalarına riayət edilməsi, insani dəyərlərin formalaşması problemlərinin həll edilməsi ilə bağlıdır.

Ədəbİyyat
1. Azərbaycan Respublikası Konstitusiyası, maddə 25. Bakı: Qanun, 2009
2. Avropa İnsan Hüquqları Konvensiyası, maddə 14. 1950
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Hüquq Yayım Evi 2017
4. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya 1965
5. Prof. Dr.Türkkaya Ataöv, Çatışmaların kaynağı olarak Ayrımcılık, Ankara 1996, s. 2
6. Ellis Cashmore, Dictionary of Race and Ethnic Relations, London, Routledge,1988, p.79
7. Edward Conrad Smith and Arnold John Zurcher, A Dictionary of American Politics, New York, Barnes and Noble, 1944, p.102.
8. Handbook on European non-discrimination law, 2010, p.21.
9. Б.Н.Пономарева,Политический Словарь, Москва, Государственное Издательство Политической Литературы, 1958, стр.175.

Açar sözlər: ayrı-seçkilik,cəmiyyət,mübarizə,insan hüquqları, hüquq və azadlıqlar
Key words: discrimination, society, struggle, human rights, rights and freedoms
Ключевые слова: дискриминация, общество, борьба, права человека, права и свободы


The concept and the legal content of discrimination and the ways of countering it
Resume
In the modern world on the background of changing public relations adiscrimination problem and fight against it become increasingly important from the perspective of human rights.
With regards to this, the subjects of international law, particularly states, carry out an effective policy to resolve this global problem. Nevertheless, the existence of discrimination in the modern world makes the issue of struggling highly relevant. To this end, the concept and the legal content of discrimination and countering it have been studied in this article from the various aspects.

Понятие и юридический контент дискриминации,
борьба с ней
Аннотация
В современном мире на фоне меняющихся общественных отношений проблема дискриминации и борьба с ней приобретает особую важность с точки зрения прав человека. В связи с этим субъекты международного права, в частности государства, осуществляют эффективную деятельность для урегулирования этой глобальной проблемы. Несмотря на это, существование дискриминации в современном мире делает вопрос борьбы с ней крайне актуальным. С этой целью в данной статье понятие и юридический контент дискриминации, а так же борьба с ней были изучены с разных аспектов.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
05.12.2019

ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi tərəflərini əlavə humanitar tədbirlər görməyə çağırır

05.12.2019

Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib

05.12.2019

Prezident İlham Əliyevin müsahibəsi “Rossiya-24” telekanalının “Bakutel-2019” sərgisi ilə bağlı reportajında yer alıb

05.12.2019

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

05.12.2019

Bələdiyyə sədrinə “məcburi göstəriş”

05.12.2019

Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib

05.12.2019

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi - SƏRƏNCAM

05.12.2019

Medvedev: Rusiya “Youtube”a qadağa qoymayacaq

05.12.2019

Mövlud Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

05.12.2019

“Boeing”in baş mühəndisi istefaya getdi

05.12.2019

Zakir Həsənov Pakistan səfiri ilə görüşüb

05.12.2019

"Manenin dördüncü olması ayıbdır" - Messi

05.12.2019

Xəzər dənizində dalğanın hündürlüyü 5,2 m olub - Nazirlik

05.12.2019

Xaricdən alınan telefon xarab olduğu halda yenisi ilə əvəzlənsə, ikinci dəfə qeydiyyat rüsumu ödəməliyikmi?

05.12.2019

Balakəndə mənşəyi məlum olmayan heyvan əti satan şəxs saxlanılıb

05.12.2019

Baş nazirin qərarı kərə yağının bahalaşmasının qarşısını alacaq - RƏSMİ

05.12.2019

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

05.12.2019

ABŞ Suriyanın şimal-şərqindəki qoşunlarını çıxardı

05.12.2019

Faşist ideologiyası Ermənistanda dövlət tərəfindən dəstəklənir

05.12.2019

Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir

05.12.2019

Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

05.12.2019

DİM sədri: "Növbəti il üçün qəbul imtahanlarının vaxtı müzakirə edilir"

05.12.2019

Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var

05.12.2019

Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq

05.12.2019

Sabahın hava proqnozu açıqlanıb

05.12.2019

Vağzaldan üz döndərən sakinlər - Buna səbəb nədir? - VİDEO 

05.12.2019

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

05.12.2019

Bakıda direktor işdən çıxarıldı - Şagirdlərə qanunsuz attestat verdiyi üçün

05.12.2019

Azyaşlını hədələyib soydular

05.12.2019

Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı

05.12.2019

Ermənistanda nazir müavini həbs edildi

05.12.2019

Baş Prokurorluq: Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir

05.12.2019

Xalq artisti Əlibaba Məmmədov - Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

05.12.2019

XİN rəhbərlərinin görüşü 3 saatdan çox davam edib

05.12.2019

Azərbaycan neftinin bir barrelinin qiyməti 68 dolları ötüb

05.12.2019

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxladı

05.12.2019

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

05.12.2019

Almaniya NATO-nun əsas düşməninin adını açıqladı

05.12.2019

Sumqayıt-Bakı qatarı ləğv edildi, sıxlıq yarandı

05.12.2019

Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək

05.12.2019

Qubada evdən oğurluq edən şəxs saxlanılıb

05.12.2019

Serj Sarqsyana qarşı cinayət işi açıldı

05.12.2019

ABŞ-ın neft ehtiyatları azalıb

05.12.2019

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində pozuldu - 20 dəfə

05.12.2019

Dekabrın 5-də xarici valyutaların manata qarşı məzənnələri

05.12.2019

Bu gün ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayır

05.12.2019

Liderlər Trampın qeybətini edərkən görüntüləndilər - VİDEO

05.12.2019

Çindən ABŞ-a çağırış: Daxili işlərimizə qarışmayın

05.12.2019

“WSJ”: ABŞ Yaxın Şərqə 14 min hərbçi göndərəcək

05.12.2019

Neft yenidən ucuzlaşıb