XIX-XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ MİNGƏÇEVİR VƏ ƏTRAF BÖLGƏLƏRİ ƏHALİSİNİN DAİMİ YAŞAYIŞ MƏSKƏNLƏRİ

12:00 / 30.10.2018

AYGÜN QƏDİROVA
АМЕА Аrxeologiya və
Etnoqrafiya İnstitutu

Mingəçevir və ətraf bölgələri əhalisi tarixən çoxlu məskən tipləri yaratmış, onların əksəriyyəti XIX-XX əsrin əvvəllərinə qədər gəlib çatmışdır. “Məskən insanların uzun müddət yurd salıb məişət və təsərrüfat həyatı qurduğu, yaşayış evləri və yardımçı binalar, su təchizatı, əlaqə yolları və s. ilə təchiz olunmuş, zaman keçdikcə abadlaşdırılıb müvafiq görkəmə salınmış insan düşərgəsi olmaq etibarı ilə çox böyük təkamül yolu keçmişdir. Yaşayış evləri, təsərrüfat tikililəri və fərdi həyətlər daimi məskənlərin başlıca məişət göstəricisi sayılır. Bütün bunlardan əlavə yollar, küçə və döngələr, meydanlar, sənət və ticarət dükanları, ictimai və dini binalar iri məskənlərin mühüm nişanəsi idi” [18, səh. 98]. Tipoloji cəhətdən bir-birindən fərqlənən müxtəlif məskən formalarının yaranmasında təbii-coğrafi şəraitin, mövcud ictimai-iqtisadi və siyasi quruluşun, məhsuldar qüvvələrin inkişafının, həmçinin sosial-iqtisadi inkişafın xüsusiyyətlərinin, ailə həyatının normalarının və təsərrüfat fəaliyyətinin yönümünün həlledici rolu olmuş, bu amillərin fəal təsiri sayəsində sosial-iqtisadi tərəqqi ilə həmahəng xalq məişətində əmələ gələn yeni keyfiyyət dəyişikliyi, yaşayış məskənlərinin müxtəlif tip və formalarının meydana gəlməsinə zəmin yaratmışdır [20, səh. 19]. Məskən növlərinin tipoloji təsnifatını verərkən maddi nemətlər istehsalı prosesində insanların kollektiv əməyinin və yaradıcılıq səyinin, məişətin xarakterindən asılı olaraq onların dəyişikliyə uğramasının [7, səh. 114], eləcə də əhalinin sayının, etnik mənsubiyyətinin, məskənlərin əsas şosse yollarından və iri şəhərlərdən hansı məsafədə yerləşməsinin də rolunu nəzərə almaq məqbul hesab edilməlidir [2, səh. 139].
Bölgədə tarixən əmələ gələn daimi yaşayış məskənlərinin əsas vahidi kəndlərdən ibarət olmuşdur. Sonralar meydana gələn qəsəbə və şəhər tipli yaşayış məskənləri bölgənin məskən fondunu daha da zənginləşdirmişdir. Kənd (oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyanı sahələri, inzibati, sosial-mədəni və dini mərkəzləri, ümumi otlaqları, əkin sahələri, içməli suları, ayrıca qəbiristanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Hər bir kəndin özünəməxsus, xüsusi mərzlərlə ayrılmış həndi var idi. Hənd (əkin sahəsindən, örüş, biçənək, meşəlik, cələ, axmaz və s.-dən ibarət olub, bütün icma üzvləri tərəfindən elliklə istifadə edilirdi. Həndin təkcə əkin sahəsi vaxtaşırı icma üzvləri arasında bölüşdürülürdü [17, səh. 18]. Tədqiq etdiyimiz dövrdə bölgədə poligen, yəni qan qohumluğu cəhətdən eyni olmayan kəndlər üstünlük təşkil etmişdir. Belə ki, Yevlax rayonunun Ərəş kəndində Zaman yüzbaşının adı ilə adlandırılmış Zamanlar tayfası, Molla Musalar tayfası, Kərimoğullular tayfası, Həmidlilər tayfası, Adıgözəllər tayfası, Əbdürrəhmanlılar tayfası, Hasanlar tayfası, Nazarlılar tayfası, Mürşüdlülər tayfası kəndin əsas tayfalarından hesab olunmuşdur. Yenə də Yevlaxın Tanrıqulular kəndi 1050-yə qədər təsərrüfatdan və 2645 nəfər əhalidən ibarət olub, tayfalarla təmsil olunmuşdur. Burada 6-7 kənd birləşmişdir ki, bunlardan Kiçikli, Bağırlı, Qamışlı, Bayramlı, Samux-Tomullular və b. adlarını sadalamaq olar. Buna uyğun olaraq tayfalar da Kiçiklilər, Bağırlılar, Qamışlılar, Bayramlılar, Samuxlular və s. adlanmışlar. Yevlaxın Gülövşə kəndində Hacı Qasımlılar, Ələkbərli, Fərzalılar, Allahverdilər, Sicimalılar (Şəkidən gəliblər) tayfaları yaşayırlar. Xanabad kəndində Keçəllər, Faxralı, Ağdaşlı (Kircəli), Atgötürənlər Kərbəlayı İsmayıllılar, Öjəklilər, Samuxlular kimi tayfalar kəndin əsas tayfaları sırasında olmuşdur. Salahlı kəndində isə Qaranəsibli, Göyənli, Eminli, Qaratəpəlilər, Kəblə Abbaslı, Samuxlular kimi nəsillər yaşamışdılar. Goranboy rayonunun Borsunlu kəndi isə Tatarməhlə, Karrar, Alıhüseynli, Salahlı, Məşədi Kilarli, Elyaslı və b. məhəllələrdən təşkil olunmuşdur [İsmayılqızı V. Goranboy. Ensiklopedik toplu. Bakı, “İsmayıl” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2000, səh.31]. Bölgənin kəndləri arasında monogen xarakterli kəndlərə rast gəlmədik.
İctimai inkişafın sonrakı gedişində bölgənin qohumluq prinsipinə əsaslanan kəndlərində böyük dəyişikliklər olmuş, onlar böyüyərək qarışıq tərkibli kəndlərə çevrilmişlər. Belə kəndlərin əmələ gəlməsində patronimiyaya (qohum ailələr qrupuna) mənsub ailələrin-patronim qrupların (tayfa, tirə, ocaq, nəsil, dəngə, təbəh, tabun, suban, nebi, əqrəba, çilək, övladı, uşağı, əbəcdad, toxum və s.) böyüyərək parçalanması, orta əsrlərdə və hətta daha sonrakı dövrlərdə böyük saylı əhali qruplarının düşünülmüş şəkildə Azərbaycan ərazisinə köçürülməsi, müxtəlif obyektiv tarixi səbəblər üzündən ölkə daxilində əhalinin bir kənddən digər kəndə köçməsi əsas rol oynamışdır. Məhz bu səbəblərin nəticəsi olaraq qohumluq prinsipi əsasında məskunlaşma prosesi getdikcə zəifləmiş, yaşayış məskənlərinin salınmasında qonşuluq prinsipi üstünlük təşkil etmişdir [17, səh. 19; 20, səh. 19]. Tarixi-etnoqrafik ədəbiyyatda Şirvan bölgəsinə aid edilən məskunlaşmanın belə səciyyəsini Mingəçevir və ətraf bölgələrin də kəndələrinə aid etmək olar. VII əsrdən başlamış ərəb işğallarının nəticəsi olaraq Azərbaycanda məskunlaşdırılmış ərəb tayfalarının saldıqları ərəb etnonimli kənd adlarına Mingəçevir və ətraf bölgələrdə də rast gəlmək mümkündür. Məsələn, Yevlax rayonunun Ərəbbəsrə kəndi bu qəbildəndir. Bölgə ilə qonşuluqda olan keçmiş Ağdaş qəzasında da Ərəbkönül, Giləşəərəb, Ərəbocağı və Ərəbşəki kimi kəndlərin mövcudluğu [21, səh. 54] fikrimizi bir daha təsdiq edir. Tarixi ədəbiyyatda bəzən “Şərqli Napaleon” adlandırılan Nadir şah Əfşar [1, с. 84] 1736-cı ildə Muğanda qurultay çağıraraq özünü şah elan edəndə Gəncə-Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu öz etirazını bildirmişdi. O, gizli olaraq böyük fədakarlıqla çalışırdı ki, Səfəvilərdən başqa heç kim hakim olmamalıdır [14, səh. 30]. Bu işdən qəzəblənən Nadir şah, hökmü-rəvan olduqdan sonra Ziyadoğluların hakimiyyətini zəiflətmək məqsədilə Gəncə-Qarabağ bəylərbəyiliyinin tərkibində olan Qazax, Şəmşəddil və Borçalı mahallarını xüsusi fərmanla ayırıb Kartli çarı Teymurazın sərəncamına vermişdi [14, səh. 30; 1, səh. 103; 11, с. 107]. Bunun nəticəsi olaraq həm yadellilərin (gürcülərin), hən də yerli ağaların ikili zülm və istismarına dözməyən qazax soyları XIX əsrdə Azərbaycanın Gəncə, Cavanşir, Quba, Göyçay, Ağdaş, Lənkəran və b. qəzalarındakı kəndlərdə məskun olmuşdular [6, с.30-31]. Mingəçevir və ətraf bölgələrinin bir çox kəndlərinin (Alpoud, Salahlı, Quşçu, Tanrıqulular, Qazaxlar, Quşçular, Yəhərçi Qazaxlar, Veyisli, Qarasüleymanlı, Qızılhacılı, Rəhimli, Səfikürd, Faxralı, Şıxlar və b.) məskunlaşmasında tarixin müxtəlif dönəmlərində Borçalı, Qazax və Şəmşəddildən köçüb gələn ailələrin müəyyən rolu olmuşdur.
Yazılı məlumatlar XIX əsrin sonlarında Ərəş bölgəsində müxtəlif etnik mənşədən olan əhalinin məskunlaşdığı 3 kəndin olması haqqında da məlumat verir [5, səh. 148]
XIX əsrin ikinci yarısından başlayaraq bölgənin maldar elatlarının oturaqlaşması prosesi ilə əlaqədar olaraq salınmış kəndlərdə məskunlaşmanın qohumluq prinsipi əsasında səciyyəsinə daha tez-tez rast gəlmək olardu.
Mingəçevir və ətraf bölgələrdə məskunlaşmanın başlıca tipləri əkinçilik və əkinçilik-maldarlıq təsərrüfat-mədəni tiplərinə uyğun olaraq çaykənarı-yolkənarı, düzənlik-aran məskunlaşma tipləri olmuşdur. Bölgənin Kür, Kürəkçay, Gorançay, Korçay, Əlicançay, İncəçay, Qaraçay və b. çayları boyunca salınan kəndlər çaykənarı məskunlaşma tipinin bariz nümunələridir. Yazılı ədəbiyyatda Ərəş qəzasının cənubunun suvarıldığı Əlicançay boyunca 20-dək kəndin məskunlaşdığı və yerli əhali tərəfindən Ərəş mahalı adlandığı qeyd olunur ki, onun da əsas mərkəzi sahibkar kəndi olan Xaldan kəndi idi. Xaldan kəndi ətrafında da çoxlu miqdarda digər kəndlər qruplaşmışdı ki, onlar bir-biri ilə bağ sahələri ilə üzvi şəkildə birləşmişdilər və ilk baxışda Əlicançayın hər iki sahili boyunca onlarla kvadrat-verst uzanan vahid bağ massivini xatırladırdı [5, səh. 142]. Köhnə Mingəçevir, Xanabad, Varvara, Yuxarı Qarxun kəndləri Kür çayı boyunca; Muzdurlar, Xoylu, Qaradağlı kəndləri Kürəkçay boyunca məskunlaşmışlar.
Yolkənarı məskunlaşma tipinə gəldikdə isə bölgədən keçən Bakı-Tiflis, Yevlax -Balakən magistral yolları, eləcə də daxili əhəmiyyətli Yevlax-Mingəçevir, Xaldan-Mingəçevir, Mingəçevir kəndi-Mingəçevir dəmiryol stansiyası yollarının hər iki tərəfi boyunca salınan Dəliməmmədli, Bağçakürd, Borsunlu, Qızılhacılı, Goranboy-Əhmədli, Goranlı, Rəhimli, Sarov, Xanqərvənd, Şahməmmədli, Hürüuşağı, Salahlı, Balçılı, Tanrıqulular, Havarlı, Hacıselli, Əkşəm, Gülövşə, Salamor, Xaldan, Aşağı və yuxarı Bucaq, Xanabad, Ərəş-Şilyan, Ərəş Ləmbəti kəndləri yolkənarı məskunlaşma tipinə aid edilən yaşayış məskənləridir.
Mingəçevir və ətraf bölgələrinin əksər kəndləri düzənlik-aran məskunlaşma tipinə aid edilən kəndlərdir. İstər Kürün sağ sahilində - Gəncə-Qazax düzənliyinin cənub-şərqində, Qarabağ və Şirvan düzlərinin çimal-qərb kənarında – Qədim İpək Yolunun üzərində yerləşən Yevlax rayonunun [3, səh. 99], istərsə də Kiçik Qafqazın şimal-şərq ətəklərində yerləşən, cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları əhətələyən, böyük hissəsi Gəncə-Qazax düzənliyinə düşən Goranboy rayonunun [4, səh. 80; 8, səh. 19] kəndləri düzənlik-aran məskunlaşma tipinin bütün xüsusiyyətlərini özündə cəmləşdirir. Düzənlik-aran məskunlaşma tipi həm də ərazinin relyef quruluşuna görə qruplaşmasının ən böyük vahidini təşkil edir. Azərbaycanın bir çox bölgələrindən fərqli olaraq tədqiq etdiyimiz bölgədə relyef üzrə qruplaşmada dağ-yamac kəndləri azlıq təşkil edir. Buradakı kəndlərin əksəriyyəti düzənlik kəndləri, az bir qismi isə dağətəyi və ya yarımyamac tipli kəndlərdir. Yuxarıda adlarını çəkdiyimiz kəndlər yolkənarı-çaykənarı olmaqla yanaşı, həm də düzənlik-aran kəndlərinin səciyyəvi xüsusiyyətlərinin daşıyıcılarıdır. Düzənlik-aran kəndlərində başlıca olaraq bölgənin azərbaycanlı əhalisi məskunlaşmışdı.
Mingəçevir və ətraf bölgələri kəndlərinin bir qismini təşkil edən dağlıq, dağətəyi və ya yarımyamac tipli kəndlər əsasən Goranboy rayonunun payına düşür. Buradakı Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Mehmanlı, Meşəli, Gülüstan, Başqışlaq, Buzluq kəndləri dağlıq-yamac tipli kəndlərə, Ballıqaya, Börü, Qaraçinar, Qarqucaq, Erkəc, Zeyvə, Qaşaltı, Gürzalılar, Mənəşli, Səfikürd, Todan kəndləri isə Murovdağ silsiləsi ətəklərində yerləşən dağətəyi və ya yarımyamac tipli kəndlərə bariz nümunələrdir. Etnoqrafik və memarlıq ədəbiyyatında daqlıq-yamac və dağətəyi-yarımyamac tipli kəndlərin xarakterik xüsusiyyətləri genişliyi ilə verildiyindən [17, səh. 22; 7, səh.115; 12, səh. 229-231; 16, səh. 100-105; 20, сящ. 33-34; 9, səh. 38-43; 13, с. 54-69 və s.], ətraflı araşdırmalara lüzum görmədik.
XIX-XX əsrin əvvəllərində tədqiq etdiyimiz bölgənin kəndləri forma (qruplaşma) cəhətdən də müxtəlif səciyyə kəsb etmişdir. Sosial-iqtisadi inkişafın gedişi ilə əlaqədar olaraq bölgə kəndlərinin plan quruluşu tədricən dəyişdiyindən, etnoqrafik səfərlər zamanı apardığımız müşahidələr bölgədə kənd yaşayış məskənlərini, şərti şəkildə nizamsız (dağınıq), koma-koma, və yığcam kənd forması kimi təsnif etməyə imkan vermişdir. Nizamsız (dağınıq) kəndləri, əsasən, bölgənin Gəncə-Qazax düzənliyində məskunlaşan kəndləri təşkil edirdi. Düzənlik bölgədə torpaq sahəsinin genişliyi yaşayış məskəninin də geniş arealda salınmasını şərtləndirirdi. Buradakı evlər bir-birindən xeyli aralı tikilir, məişət-istehsal, bağça-pərəkər (dirrik-əkin) sahələri və təsərrüfat təyinatlı tikililər dağınıq halda həyətin geniş ərazisinə səpələnirdi. Bütün bunlar isə həm kəndin böyük ərazi tutumuna malik olmasına gətirib çıxarır, həm də sərbəst təsərrüfat məşğulluğu yaradırdı. Bölgənin Bölgənin Dəliməmmədli, Əkşəm, Gülövşə, Bağçakürd, Tanrıqulular, Qızılhacılı, Ərəş-Şilyan, Goranboy-Əhmədli, Xaldan, Goranlı, Ərəş Ləmbəti, Sarov, Xanqərvənd, Xanabad, Hürüuşağı, Salahlı, Havarlı, Hacıselli və b. kəndləri nizamsız (dağınıq) kəndlərdəndir. Statistik məlumatlardan da məlum olur ki, XIX əsrin sonlarında keçmiş Ərəş qəzasının 51845 nəfərdən ibarət 131 kəndi Kür-Araz ovalığının bir hissəsi olan Gəncə-Qazax düzənliyində məskunlaşmışdı [19, табл. IХ-ХI, ХIII].
Koma-koma salınmış kəndlərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, “tikililər əsasən müəyyən qrup halında, çox zaman isə bir-birindən xeyli aralı məsafədə yerləşən komalar halında mövcud olurdu” [7, səh. 115]. Belə kəndlərin formalaşmasında patronimik münasibətlərin (qan qohumluğu ilə birləşən icma üzvlərinin bir yerdə yaşamağa can atması meylinin), təbii-coğrafi şərait və yerin relyef quruluşunun, həmçinin iqtisadi amillərin (təsərrüfat fəaliyyətinin istiqaməti, məişət tərzi və s.) mühüm rolu olmuuşdur [20, сящ. 35]. Belə kəndlərə Goranboy rayonun dağlıq və dağətəyi kəndlərini (Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Mehmanlı, Meşəli, Gülüstan, Başqışlaq, Buzluq, Ballıqaya, Börü, Qaraçinar, Qarqucaq, Erkəc, Zeyvə, Qaşaltı, Gürzalılar, Mənəşli, Səfikürd, Todan və b.) aid etmək olar. Koma-koma formalı kəndlərin bəhs olunan dövrdə qonşu Gəncəbasar bölgəsinin dağlıq hissəsində çoxluq təşkil etdiyini etnoqraf Q.T.Qaraqaşlı da qeyd etmişdir [9, səh. 37].
Mingəçevir və ətraf bölgələri kəndlərinin bir qismini də yığcam formalı kəndlər təşkil edirdi. Belə kəndlərin başlıca məskunlaşma amili yerin relyef-landşaft quruluşu, həyətyanı torpaq sahəsinin azlığı, artan əhalinin kəndin mürəkkəb relyef qurluşunun imkan vermədiyinə görə məcburən bir-birinə yaxın evlər tikməsi, eləcə də evlənərək böyuk (patriarxal) ailədən ayrılıb, yəni böyük ailəni parçalayıb müstəqil yaşamağa can atması və s-dən ibarət idi. Etnoqraf B.P.Kobıçev yığcam kənd formasını Azərbaycanın ancaq dağlıq bölgələrinə aid olduğunu iddia etsə də [10, səh. 9-10], belə kənd forması Azərbaycanın, o cümlədən tədqiq etdiyimiz bölgənin həm dağlıq, həm də düzənlik əraziləri üçün xarakterik olmuşdur. Kəndlərin bu formasından bəhs edən prof. H.A.Həvilov yazırdı ki, “yığcam kənd formasınəsli quruluşu və habelə əkinçi-maldar və maldar təsərrüfatların üstünlüyünü xatırladan əvvəlki iki formadan fərqli olaraq, nisbətən son tarixi dövrlərin məhsuludur. Bunlar kəndlərin inkişafındakı son mərhələni təşkil edirlər. Belə kəndlərdə məhəllələr bir neçə nəsildən ibarət olur. Bu nəsillər öz növbəsində, bir-biri ilə sıx qonşuluq münasibətlərinə girərək yığcam vəziyyətdə yerləşirlər. Bu, hər şeydən əvvəl, yarımoturaq maldar tayfaların tamam oturaqlaşması və əkinçilik təsərrüfatına keçmələri ilə əlaqədar olmuşdur. Əkinçiliyin inkişafı ilə vəziyyət tədricən dəyişmiş və hər bir ayrıca nəsil başqa nəsillərlə sıx iqtisadi qonşuluq münasibətləri yaratmışdır” [7, səh. 116]. Etnoqrafın bu fikirlərini tədqiq etdiyimiz bölgənin də yığcam kənd formasının yaranması prosesinə şamil etmək olar. Goranboyun Borsunlu, Faxralı, Rəhimli, Yevlaxın Gülövşə, Əkşəm, Hacıselli, Malbinəsi, Qoyunbinəsi və b. kəndləri yığcam kənd formasına aid edilir.
Mingəçevir və ətraf bölgələrdə qəsəbə və şəhər tipli yaşayış məskənləri nisbətən sonralar yaranmışdır. Hazırda bölgədə Mingəçevir, Yevlax, Naftalan kimi şəhərlər, Goranboy ərazisində 2 şəhər (Goranboy və Dəliməmmədli), 4 şəhər tipli qəsəbə (Aşağı Ağcakənd Yuxarı Ağcakənd, Qazanbulaq, Qızılhacılı), Yevlax ərazisındə isə 4 qəsəbə (Aran, Düzdağ, İrəvanlı və Meyvəli) mövcuddur ki, bunlar da müasir şəhərlər və şəhər tipli qəsəbələrin bütün xarakterik xüsusiyyətlərini özlərində cəmləmişlər.


ƏDƏBİYYAT
1. Абдуллаев Г. Азербайджан в ХIII веке и взаимоотношение его с Россией. Баку, 1965
2. Азербайджанцы. Историко-этнографический очерк. Баку, Елм, 1998
3. Azərbaycan Sovet Ensiklopediyası.V cild. Bakı, ASE-nin Baş redaksiyası, 1981
4. Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı, ASE-nin Baş redaksiyası, 1979
5. Арасханиянц А.Н. Экономический быть государственных крестьян Арешского уезда Елисаветпольской губернии. // МИЭБГКЗК. т. VII. Тифлись, Tипография А.А.Михельсона, 1887
6. Велиев (Бахарлы) М.Г. Азербайджан (физико-географического, этнографичского и экономического очерки) Баку. Изд-во Азерб. Совета Народ. Хоз-ва, 1921
7. Həvilov H.A. Azərbaycan etnoqrafiyası. Bakı, 1991
8. İsmayılqızı V. Goranboy. Ensiklopedik toplu. Bakı, “İsmayıl” Nəşriyyat-Poliqrafiya müəssisəsi, 2000
9. Каракашлы К.Т. Материальная культура азербайджанцев. Баку, 1964
10. Кобычев В.П. Крестьянское жилище народов Азербайджана в XIX в. / ТИЭ, т. 79.
11. Левиатов В.Н. Очерки из истории Азербайджана в XVIII веке. Баку, 1948
12. Мехтиев А.М. Сельское поселение Азербайджана. / МНКППИАЭНА, Баку, Билик, 1992
13. Мехтиев А.М. Народное жилище Азербайджана (сдревнейших времен до начала ХХ века). Тебрия, 2001
14. Mirzə Adıgözəl bəy. Qarabağnamə. Bax: Qarabağnamələr. I kitab, Bakı, 1989
15. Musəvi T. M. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlər (XVI-XVIII əsrlər). Bakı, 1977
16. Насирли М.Н. О поселениях скученного типа Куба-Хачмасской зоны / АЭИА (1975 г.). Баку, Элм, 1978
17. Mustafayev A.N. Şirvanın maddi mədəniyyəti. Bakı, Elm, 1977
18. Mustafayev A.N. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı, Bakı Universiteti nəşriyyatı, 2009
19. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 года. Елисаветпольская губерния – Тифлис, 1893, табл. IХ-ХI, ХIII
20. Vəliyev F.İ. XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). Bakı, Şərq-Qərb, 2010
21. Vəlili M. Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat. Bakı, Az. Döv. Nəşri, 1993.


SUMMARY
In the article presented at the beginning of the XIX-XX centuries, the permanent settlements of Mingachevir and the surrounding regions were investigated ethnographic. It shows the role of socio-economic, ethnic-cultural and political factors that affect the formation of residential areas. Characteristic features of residential settlements (villages, settlements, cities), types of settlements, ethnic composition, monogenic or polygene character are defined. In addition, the types and forms of the villages - the location of the area according to the natural-landscape structure and economic-cultural types (mountainous, foothill and plains) are also studied in detail on the basis of actual ethnographic desert materials.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (46) İYUL-AVQUST 2018



Strategiya.az

Xəbərlər
18.03.2019

Alzeymerdən qorunmağın üsulunu açıqlandı

18.03.2019

Yunanıstan futbolunda növbəti qalmaqal 

18.03.2019

Bakteriya mənşəli qida zəhərlənmələri - İnsan orqanizminə düşdükdə...

18.03.2019

Bu şəxslərin maaşları artırılacaq - Qanunda dəyişiklik

18.03.2019

İrandan Azərbaycana 84 kq heroinin keçirilməsinin qarşısı alınıb

18.03.2019

Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib

18.03.2019

"Biz Azərbaycandan qorxmuruq" - xorvat futbolçu

18.03.2019

Bu gündən yenilənmiş 10 manatlıq pul nişanı istifadəyə verilir

18.03.2019

Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar bir sıra tədbirlər görür

18.03.2019

Avtomobildən oğurluq edən Bakı sakininin digər cinayətləri də üzə çıxıb

18.03.2019

KİVDF-nin Müşahidə Şurası müsabiqənin nəticələrini təsdiq edib

18.03.2019

Azərbaycanda "şəbəkə biznesi" adı altında insanların pulunu ələ keçirən cinayətkar dəstə tutulub

18.03.2019

Növbəti özəlləşdirmənin vaxtı məlum oldu - 62 dövlət əmlakı üzrə seçim imkanı

18.03.2019

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

18.03.2019

Sabahın havası - Külək, yağış...

18.03.2019

Qızların Avropa çempionatında yumruq davası - Video

18.03.2019

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

18.03.2019

Sosial şəbəkədən asılı qalanların qorxusu – VİDEO

18.03.2019

Dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb

18.03.2019

Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

18.03.2019

Avtomobilin yük yerində 913 minə yaxın pirotexniki vasitə aşkar edilib

18.03.2019

Bakıda silahlı şəxs saxlanılıb

18.03.2019

Bərdədə ikimərtəbəli ev yanıb

18.03.2019

Millimizin rəqibinin heyətində dəyişiklik

18.03.2019

DİM qəbul imtahanından keçən namizədlərə müraciət etdi

18.03.2019

Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb

18.03.2019

Buraxılış imtahanı tapşırıqlarının yoxlanılma prosesini izləmək mümkündür

18.03.2019

Həyət evləri ilə bağlı təklif – Aminstiya gözlənilir

18.03.2019

Umayra Tağıyeva: Güclü şimal küləyi sabah günün ikinci yarısınadək əsəcək

18.03.2019

"Barselona"da ciddi itki - Suares 3 həftə oynamayacaq

18.03.2019

Səməd Vurğunun Ev muzeyində  Məti Osmanoğlunun "Ocaq yeri"kitabının təqdimat mərasimi keçirilib

18.03.2019

Bakıda güclü külək - Ağac maşınların üstünə aşdı

18.03.2019

İkinci dünya müharibəsi illərində ermənilərin Azərbaycan tarixini təhrif etmək cəhdləri

18.03.2019

İri asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq 

18.03.2019

Mərasimlərin təşkilində Naxçıvan modeli

18.03.2019

Azərbaycanın ilk qadın metallurq qadını Zəminə Həsənova

18.03.2019

Yasamalda baş verən yanğında bir nəfər ölüb

18.03.2019

Qızıl Fond - Xan Şuşinski (VİDEO)

18.03.2019

Neftin qiyməti ucuzlaşır

18.03.2019

İki gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb

18.03.2019

Martın 18-də xarici valyutaların manata qarşı məzənnələri

18.03.2019

"Barselona"dan böyükhesablı qələbə - Messi het-trik etdi

18.03.2019

Cəbhədən son xəbər

18.03.2019

Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsinin fəlsəfi aspektləri

18.03.2019

Soyğunçu "isti izlər"lə yaxalandı

18.03.2019

Magistral kəmərdə sızma - Bakının bu rayonlarında qaz yoxdur

18.03.2019

Boksçumuz Avropa çempionu tituluna yiyələnib

18.03.2019

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Memorandum imzalandı

18.03.2019

Bakıda işıqforun işə salınmaması qəzaya səbəb olub- VİDEO

18.03.2019

Gürcü ekspertlər: İran qazının Ermənistan və Gürcüstan ərazisi ilə Avropaya nəqli inandırıcı deyil